Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-104/2024 19.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdeh tərəfindən bərpa işlərinin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh tərəfindən bərpa işlərinin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüquqlarının iri inhisarçı olan cavabdeh "xxxx" ASC tərəfindən bərpa işlərinin aradan qaldırılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Tərəflər məhkəmənin baxış iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına təkrarən gəlməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.*.6-cı və 259.*.7-ci maddələri tətbiq edilir. MPM-in 259.*.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Göstərilən qanunvericilik normasına əsaslanaraq məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmənin baxış iclasına təkrarən gəlmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş, iddiaçı tərəfindən göndərildiyi qeyd edilən və 29.*1.2*24-cü il tarixdə poçt vasitəsilə məhkəməyə göndərilən teleqrama görə iddiaçı Bakı şəhərində yaxın qohumunun rəhmətə getməsi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının başqa günə təyin edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçı tərəfindən göndərildiyi qeyd edilən və 27.*2.2*24-cü il tarixdə təkrarən poçt vasitəsilə məhkəməyə göndərilən teleqrama görə iddiaçı iddiasını müdafiə etdiyini və təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirərək, ekspertizanın rəyinə əsasən qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, iddiaçı tərəfindən göndərildiyi qeyd edilən və 28.*3.2*24-cü il tarixdə təkrarən poçt vasitəsilə məhkəməyə göndərilən teleqrama görə iddiaçı məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, ekspertiza rəyini nəzərə almaqla işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, həmin teleqramlar iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən məhkəməyə göndərilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 3-38-2/33-1*93/24 nömrəli, *2.*4.2*24-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2**2-ci il təvəllüdlü İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: 1) 18.*2.2**6-cı il tarix – çıxış, 2) 26.11.2**6-cı il tarix – giriş, 3) 11.*3.2*17-ci il tarix – çıxış, 4) *5.*4.2*17-ci il tarix – giriş, 5) 14.*5.2*19-cu il tarix – çıxış, 6) 22.*5.2*19-cu il tarix – giriş, 7) *2.12.2*19-cu il tarix – çıxış. Həmçinin, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.*4.2*24-cü il tarixli sorğuya cavab məktublarında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, 29.*1.2*24-cü il tarixində 2 saylı Poçt Filialının 1*8 saylı poçt şöbəsindən göndərilən ***3924*25 nömrəli, 27.*2.2*24-cü il tarixində 1*8 saylı poçt şöbəsindən göndərilən ***3951274 nömrəli və 28.*3.2*24-cü il tarixində 1*8 saylı poçt şöbəsindən göndərilən ***3974316 nömrəli teleqramlar mövcud qanunvericiliyin tələblərinə uyğun etibarnamə əsasında, İddiaçı rəsmi nümayəndəsi X2 tərəfindən göndərilmişdir. Göründüyü kimi, İddiaçı *2.12.2*19-cu il tarixdə dövlət sərhədini keçmiş, həmin tarixdən sonra onun ölkəyə giriş məlumatları aşkar olunmamışdır. Həmçinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müvafiq cavab məktubundan da göründüyü kimi, qeyd olunan teleqramlar iddiaçı tərəfindən deyil İddiaçı nümayəndəsi X2 tərəfindən göndərilmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, X1 İddiaçı səlahiyyətli nümayəndəsi qismində hazırkı icraatda iştirakı mümkün deyil. Belə ki, X2 iş materiallarına iddiaçının yaxın qohumu və ya vəkil olmasını təsdiq edən hər hansı sübut əlavə etməmişdir. Halbuki, MPM-in 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. MPM-in 19-cu maddəsinin qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Bundan başqa, iddiaçı iddia ərizəsinin “xahiş etdi” hissəsində mülkiyyət hüquqlarının iri inhisarçı olan cavabdeh "xxxx" ASC tərəfindən bərpa işlərinin aradan qaldırılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini tələb etdiyini bildirsə də, məhz hansı bərpa işlərinin və hansı qaydada aradan qaldırılmasını dəqiq göstərməmişdir. Bununla da iddiaçının tələbinin qeyri-dəqiq olduğu müəyyən olunur. Halbuki, MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 259.*.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 15*.1.2-ci və ya 15*.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə iclaslarında iştirak etməyən iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvana məhkəmə bildirişləri göndərilməklə qeyri-müəyyən iddia tələbinin dəqiqləşdirilməsi üçün məhkəmə iclasında iştirakının zəruri olduğu bildirilmiş, lakin iddiaçı məhkəməyə gəlməmiş, iddia tələbindəki qeyri-müəyyənliyi aradan qaldırmamışdır. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, ərizənin məzmunu MPM-in 149-cu maddəsinin tələblərinə uyğun təqdim edilmədiyindən, yəni iddia ərizəsinin nəticə hissəsində xahişin nədən ibarət olduğu konkret göstərilmədiyindən və iddiaçı məhkəmə iclasında bu nöqsanı aradan qaldırmadığından hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cavabdeh tərəfindən bərpa işlərinin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-104/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-104/2024
19.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver