Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1045/2025 09.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 520 manat maddi zərərə görə, həmçinin iddia qaldırmaqla bağlı ödədiyi 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «Toyota Prius (Hibrid)» minik markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. O, X1 xx.xx.2024-cü il tarixli ƏN-İX seriyalı, 189102 nömrəli etibarnamə ilə həmin «Toyota Prius (Hibrid)» minik markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, digər hərəkətlər etmək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüquqları vermişdir. xx.xx.2024-cü il tarixdə X4 «Toyota Prius (Hibrid)» minik markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobili taksi xidmətləri göstərilməsi üçün tanışı cavabdehə vermiş, aralarında avtomobilin təhvil-təslim aktı da imzalanmış, cavabdeh avtomobili təhvil almışdır. Cavabdehə avtomobili idarə etmək üçün xx.xx.2024-cü il tarixli, 27/01-24 nömrəli etibarnamə də verilmişdir. xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində cavabdeh Bakı şəhəri, M.Əliyev küçəsində ara məsafəsi qaydalarını pozaraq, “Hyundai Sonata” markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “Hyundai Sonata” markalı ** GO *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 500 manat, «Toyota Prius (Hibrid)» minik markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobili zədələyərək avtomobilə 520 manat ziyan vurmuşdur. Bununla bağlı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri DYPİ-nin Müşayiət-Eskort Bölüyünün YPX-nin Baş inspektoru, polis kapitanı X3 tərəfindən cavabdehin Azərbaycan Respubılikası İXM-nin 327.1 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün TP ******* nömrəli qərar qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respubılikası İXM-nin 327.1 və 332.1-ci maddələri ilə TP ******* nömrəli qərarla inzibati məsuliyyətə cəlb edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş ziyan aktından görünür ki, «Toyota Prius (Hibrid)» minik markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilə 520 manat ziyan dəymişdir. Odur ki, hazırda pozulmuş hüquqlarımın müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iş üzrə tərəfindən sübutların təqdim edilməyəcəyini və iddia tələbini müdafiə etdiyini bildirərək iddiasına onun iştirakı olmadan baxılıb ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildirişlər və onun sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehin və iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə k, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 100 nömrəli “taksi xidmətlərinin göstərilməsi haqqında xidməti müqavilədən” görünür ki, "xxxx" MMC-nin direktoru X4 («sifarişçi») taksi xidmətlərinin göstərilməsini sifariş verib Cavabdeh (“icraçı”) razılaşdırılmış xidmət haqqı ödəməyi, «icraçı» isə «sifarişçi»nin müəyyən etdiyi qaydada taksi xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2.1-ci bəndinə görə müqavilədə nəzərdə tutulan qaydada «sifarişçi»nin təhkim etdiyi «Toyota Prius (Hibrid)» minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə taksi xidmətləri həyata keçirmək icraçının vəzifəsidir. Həmin müqavilənin 6.4-cü bəndinə görə “icraçı” yol hərəkətinin təmin edilməməsinə və baş vermiş yol nəqliyyat hadisələrinə görə birbaşa cavabdehdir. İş materiallarına əlavə edilmiş təhvil verən Zahidov Pərviz və təhvil alan Cavabdeh arasında bağlanmış “maşınların təhvil-təslim aktı”ndan görünür ki, «Toyota Prius (Hibrid)» minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa buferində çatlar var, vurulub, arxa sol qapı əzik və batıqdır. Həmçinin qabaq sağ buferdə çürük var, şüşələr və faralarda çat yoxdur. Salonun vəziyyəti normaldır, sınıq və cırığı yoxdur. “ABC” dəyişilib, batareya normaldır. Motorda yağ yeyintisi var, təkərlərin dərəcəsi 30-40 faizdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il nömrəli yol vərəqinə əsasən "xxxx" MMC şirkəti ona məxsus olan «Toyota Prius» markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının hüdudlarında AD 203947 nömrəli sürücülük vəsiqəsinin sahibi Cavabdeh xx.xx.2024-cü il tarix, saat 09:00 tarixindən xx.xx.2024-cü il, saat saat 23:59 tarixinədək idarə etməyi həvalə etmişdir. İş materiallarına əlavə edilmiş, elektron sistemdən çıxarışdan görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 11:00-da M.Əliyev küçəsində «Toyota Prius (Hibrid)» minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 04 mart 2024-cü il tarixli qüsur aktdan görünür ki, «Toyota Prius (Hibrid)» minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 520 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan, Bakı şəhəri X8 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, cavabdeh, xx.xx.2024-cü il tarixində, saat 11:00-da Bakı şəhəri, M.Əliyev küçəsi ərazisində «Toyota Prius (Hibrid)» minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə və nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "xxxx" ASC tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehdən "xxxx" ASC tərəfindən ödənilmiş 500 manat sığorta ödənişinin 15 iş günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, sığorta hadisəsinin törədilməsi nəticəsində dəymiş maddi zərərə görə 500 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən zərərçəkənə (X2) ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən reyestrdə 7E- 907 nömrəsi ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli, ƏN-İX seriyalı, 189102 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, «Toyota Prius (Hibrid)» minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi İddiaçı tərəfindən X1 1 il müddətinə (xx.xx.2025-ci il, saat 23:59-dək) etibar edilmişdir. İş materiallarında olan Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən reyestrdə 7E- 12913 nömrəsi ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli, 363759 nömrəli etibarnamədən görünür ki, X4 tərəfindən "xxxx" MMC-yə səlahiyyətlər verilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Toyota Prius (Hibrid)» minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı olmuşdur. Beləliklə, mülki işin materiallarında öz əksini tapan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilən işin halı ondan ibarətdir ki, Cavabdeh iddiaçının mülkiyyətində olan «Toyota Prius (Hibrid)» minik markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, M.Əliyev küçəsində idarə edərkən ara məsafəsi qaydalarını pozaraq, “Hyundai Sonata” markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “Hyundai Sonata” markalı ** GO *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 500 manat, iddiaçıya məxsus «Toyota Prius (Hibrid)» minik markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobili zədələyərək həmin avtomobilə isə 520 manat ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən müddəların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. İşin şərh edilən hallarından da göründüyü kimi, iddiaçıya məxsus avtomobilə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsinə cavabdehin yuxarıda qeyd edilən avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması səbəb olmuşdur. Bu hal iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında qərarla təsdiq olunur. Göstərilənlər, baş vermiş deliktə görə cavabdehin təqsirli olması barədə nəticəyə gəlməyə əsas verir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsi təşkil edir. Bununla bağlı, cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməl, yəni mülki hüquq pozuntusu nəticəsində iddiaçının avtomobilinə təmir-bərpa üçün cəmi 520 manat məbləğində zərər vurulması faktı mötəbər sübutlarla təsdiq olunduğundan, vurulmuş zərərin əvəzi kimi 520 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Sübutlar işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-in 77.1-ci maddəsi). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin iddiaçının əmlakına qeyd edilən məbləğdə ziyan vurduğunu təsdiq edir, cavabdeh məhkəməyə iddia tələbini təkzib edəcək, vurulan ziyanın məbləğinin düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Bundan başqa, hazırkı iş üzrə məhkəmə xərci – iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdedən alınaraq iddiaçıya ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 520 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat olmaqla, cəmi 550 (beş yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1045/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1045/2025
09.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver