Məhkəmə qərarları › İş №2(125)-1051/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1051/2022

04.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1051/2022 04.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X57 Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehlər Çelik (Zeynalova) Aybəniz Qurban qızının, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, və X10 iştirakları ilə, İddiaçı cavabdehlər Çelik (Zeynalova) Aybəniz Qurban qızına və Cavabdeh2 qarşı «mülkiyyət hüququnun qeydə alınması üçün maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Çelik (Zeynalova) Aybəniz Qurban qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X2ndan miras qalmış, Gəncə şəhəri, Atatürk prospekti, ev 207 ünvandakı mülkə dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyət hüquqununun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarış verilməsinə cavabdehlər tərəfindən yaradılmış süni maneənin aradan qaldırılması və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ünvan 1 ünvanda yerləşən evə müayinə baxışı keçirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şərəfindən şərait yaradılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Aybəniz onun mərhum qardaşı Elxanın arvadı, cavabdeh Vüqar isə oğludur. Mərhum X2ndan Gəncə şəhəri, Atatürk prospekti, ev 207 ünvanda yerləşən mülk miras qalmışdır. 15 mart 1995-ci İ tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin mülk 6 vərəsə arasında bərabər paylara bölünmüşdür. Mərhumun qanun üzrə vərəsələri olaraq oğlanları - X27, İddiaçı, X21, X28, qızları X15 və X5 hər birinə bərabər pay müəyyən olunmuşdur. Həmçinin, həmin şəhadətnamə ilə mərhum X11 əmlakının vərəsələri olaraq onun arvadı Cavabdeh1, oğlu Cavabdeh2, qızı X32, qızı X29 müəyyən edilmişlər. Lakin cavabdehlər belə düşünürlər ki, guya onların hər birinin payı 1/6 hissədir. Halbuki əslində onlar mərhum Zeynalov Elxana çatan əmlaka dair vərəsədirlər və ümumi mülkdə hər birinin payı 1/24 hissədir. Həm vərəsəlik şəhadətnaməsi ilə, həm də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin məktubu ilə bu təsdiq olunur. Çıxarış almaq üçün dəfələrlə DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, cavabdehlərin müayinə baxışına şərait yaratmamasına görə ərizəsinin icrası mümkün olmamışdır. Bu və ya digər səbəblərdən cavabdehlər onların çıxarış almalarına hər vəchlə mane olurlar. Dəfələrlə onlarla söhbət etmiş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən çıxarış almaq istədiyini başa salamağa çalışmışdır. Lakin təəssüf ki, cavabdehlər onun hüquqlarını pozmaqda davam edirlər. O, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi idarəsinə müraciət etdikdən sonra həmin idarədən gələn əməkdaşlara cavabdehlər tərəfindən şərait yaradılmamış və ərizənin icrasından imtina edilmişdir. Digər vərəsə olan Sadıxın arvadı X42 da iki dəfə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, hər iki ərizənin icrası eyni səbəblə mümkün olmamışdır. Cavabdehlər dəfələrlə müayinə baxışına imkan verməmişlər. Vərəsəlik şəhadətnaməsində tikililərin ölçüləri aydın şəkildə qeyd edilmiş, lakin cavabdehlər müayinə baxışına mane olmaqla yanaşı həm də mülkdə müvafiq razılıq almadan yeni tikililər inşa etməkdə israrlıdırlar. Bununla da cavabdehlər mülkün daha çox hissəsini zəbt etmək, tikinti və söküntü etməklə mövcud tikililərin vəziyyətini dəyişmək, həm çıxarışın verilməsində əlavə çətinlik yaratmaq, həm də vərəsə olaraq onu payına dair sərəncam verə bilmək, sahiblik və istifadə imkanından onu məhrum etmək istəyirlər. Hazırda nə çıxarış ala bilmir, nə də onların tikinti və söküntü işlərinin qarşısını ala bilmir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddiaçı ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında cavabdeh Çelik (Zeynalova) Aybəniz Qurban qızı iddia tələbini qəbul etməyərək bildirdi ki, o, əmlaka dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına etiraz etmir, lakin iddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər onların paylarını azaltmağa çalışırlar. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildikdən sonra mirasqoyan X6 vərəsələri ilə mirasqoyanın qardaşı X16 arasında bölgü sazişi bağlanmış həmin sazişə digər vərəslərlə yanaşı oğlu Cavabdeh2 və qızlarının nümayəndəsi kimi də özü imza etmişdir. Sazişdə onların əmlakın bir hissəsindən istifadə hüququna malik olması göstərilsə də digər vərəsələr onlara mane olur və hüquqlarınıhəyata keçirməyə imkan vermirlər. Onlar bölgü zamanı paylarının azalacağından ehtiyat etdikləri üçün onların iştirakı olmadan müayinə baxışının keçirilməsinə razılıq verməmişlər. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək digər cavabdehlə oxşar məzmunlu izahat vermiş, onlara məxsus ev dəftərinin və digər sənədlərin olduğunu, 16 oktyabr 1996-cı il tarixli bölgü sazişinə uyğun olaraq onların payına dair ayrıca çıxarış almaq üçün Gəncə Regional ASAN Xidmət Mərkəzinə müraciət etdiklərini, özlərinə çıxarış aldıqdan sonra payların müəyyən edilə biləcəyini bildirmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən şəxs X22 izahat verərək cavabdehlərin heç bir əsas olmadan hər biri üçün mirasdan ayrıca 1/6 hissə pay almaq hüquqlarının olduğunu iddia edərək miras əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınmasına maneə yaratdıqlarını bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Günətay Sadıx qızı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X42, X35, X15, X23, Cavabdeh1 Telman qızı, X12, X24, X48, X36, X29, X32 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməişdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 15 mart 1995-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X6 vərəsələri - oğlu X27, İddiaçı, X21, qızı- X15, qızı - X17, oğlu X18r. xx.xx.1986-cı il tarixdə ölmüş X11 əmlakının vərəsələri - arvadı Cavabdeh1, Cavabdeh2, qızı X32 və X19r. Şəhadətnamə verilən miras əmlak 25 iyun 1987-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanda yerləşən yaşayış evinin ½ hissəsidir. İş materiallarında olan torpaq qeydinin surətindən görünür ki, Kirovadad şəhəri, 328-ci kvartal, sahə 22, Əzizbəyov küçəsində yerləşən 457 m2 torpaq sahəsi Zeynalov İbrahim və Abdulla İsmayıl oğlunun adlarına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin 31 yanvar 2014-cü il tarixli məktubundan görünür ki, Gəncə şəhəri Nizami rayonu, Atatürk prospekti 207 saylı ev 1 nömrəli notariusun xx.xx.1995-ci il tarixli 2V-1-122 saylı qanun üzrə vərəsəlik nüququ haqqında şəhadətnaməsinə və xx.xx.1995-ci il tarixli 3M-4-554 saylı evin bölgü müqaviləsinə əsasən Zeynalovlar Sadıx 1/6 hissə, Nazim 1/6 hissə, Telman 1/6 hissə, Ofelya 1/6 hissə İbrahim uşaqlarının, X5 1/6 hissə, X3 1/24 hissə, Vüqar 1/24 hissə, Günay 1/24 hissə, Vüsalə 1/24 hissə Elxan uşaqlarının adlarınadır. Bu fərdi yaşayış evi dövlət reyestrində qeydiyyata alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin İddiaçı və X33 ünvanlanmış 13 dekabr 2018-ci il tarixli, 15 fevral 2019-cu il tarixli, 18 mart 2022-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlərdən görünür ki, Gəncə şəhəri, Atatürk prospekti, 207 saylı fərdi yaşayış evi üzərində mübahisə olduğundan müayinə baxışına şərait yaradılmadığından ərizənin icrasından imtina olunmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 24 iyun 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 01 may 1951-ci il tarixdə doğulmuşdur. X2, anası X37r. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X27 ilə X42 arasında 15 aprel 1975-ci il tarixdə nikah bağlanmışdır.Nikah bağlandıqdan sonra ərə Zeynalov, arvada Musayeva soyadı verilmişdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Zeynalovlar- Sadıx, Nazim, Telman, Ofelya, İbrahim uşaqlarının, Aybəniz Qurban qızının, Vüqar, Günay, Vüsalə Elxan uşaqlarının və X5 ümumi birgə adlarına 1 saylı notariusun xx.xx.1996-cı il tarixli, 3M-4-54 saylı evin bölgü müqaviləsi əsasında Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti ev 207 qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının 1994-cü il tarixli sərəncamından görünür ki, vətəndaş A.İ.Zeynalovun və mərhum İ.İ.Zeynalovun mülkiyyətində olan Sofulu küçəsi, 207 saylı ünvanda yerləşən mülkdə yerləşən tikililərin qanuni hesab olunması və həmin tikililərin vətəndaşın mülkiyyətində saxlanılmasına sərəncam verilmişdir. İş materiallarında olan X25, X27 və İddiaçı tərəfindən tərtib edilmiş 18 yanvar 2019cu il tarixli aktdan görünür ki, Gəncə şəhəri, Atatürk küçəsi 207 nömrəli mülkün torpaq sahəsini öz aralarında bölmüşlər. İş materiallarında olan Nizami rayon memarı Ə.Məmmədov tərəfindən verilmiş 18 yanvar 2019-cu il tarixli icazədən görünür ki, ünvan 3 ünvanda yaşayan X7 ərizəsi əsasında həmin ünvanda ona mövcud yaşayış evinə bitişik 20 m2 örtülü eyvan, 8 kvm dəhliz, 10 kvm mətbəx və 8 kvm hamam tikdirilməyə icazə verilmişdir. İş materiallarında olan yaşayış evinə dair texniki pasportun surətindən görünür ki, Gəncə şəhəri, Atatürk prospekti 207 nömrəli evdə X27, İddiaçı, X21, X15 və X5 hər birinə 1/6 hissədə, Cavabdeh1 (Cavabdeh2, X32 və X13 1/6 hissədə payları müəyyən edilmişdir. İş materiallarında olan Gəncə “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında 04 fevral 2019-cu il tarixli, 245 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan X42, xx.xx.2017 ildə vəfat etmiş əri - X9 miras qalmış ünvan 5 ünvanında yerləşən torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə alması üçün Gəncə «ASAN Xidmət» mərkəzində notariat ofisinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1 maddəsinə əsasən X42 mərhum X14 vərəsəsidir. X33 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün mərhum X14 adına ünvan 5 ünvanında yerləşən torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reystrindən Çıxarış verilməsinə göstəriş verilməsini xahiş etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da göründüyü kimi iddiaçı və cavabdehlər eyni əmlaka verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 6 ünvanda yerləşən daşınmaz əmlaka vərəsəlik hüquqları vardır. İddiaçı həmin hüquqdan irəli gələrək özünün və digər vərəsələrin əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestrini alan orqana müracitə etsə də cavabdehlər qeydiyyat üçün zəruri olan müayinə baxışına maneə törətdiklərindən mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina olunmuşdur. Cavabdehlər bu maneəni onların payları ilə bağlı mübahisələrinin olması ilə izah etsələr də məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə daşınmaz əmlaka payların müəyyən edilməsi ayrı-ayrı hüquqi aktlar olmaqla hazırkı halda artıq vərəsələrin payları qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə müəyyən olunmuşdur və hüquqların qeydiyyatı zamanı da həmin paylardan kənara çıxıla bilməz. Digər tərəfdən paylı mülkiyyət hüququnun qeydə alınması ilə payların naturada müəyyən edilməsi də ayrı-ayrı anlayışılardır və paylı mülkiyyətdən payın ayrılması yalnız tərəflərin qarşılıqlı razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı əsasında aparılır. Beləliklə cavabdehlərin daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün qeydiyyat orqanına müayinə baxışının aparılmasına maneə törətmələrinin heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Qeyd olunan normalardan göründüyü kimi daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmağa mülkiyyətçinin hüququ olduğu kimi eyni zamanda həmin hüququn dövlət tərəfindən qorunması, eləcə də sərəncam hüququnun həyata keçirilməsi üçün qanunvericilik belə qeydiyyatı zəruri şərt kimi müəyyən etmişdir. İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas olan sənədə - qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən hüququnun qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestrini aparan orqana müraciət etmişdir. Hüququn qeydiyyata alınmasına imkan verilməməsi mülkiyyət hüququnun özünün pozulmasına səbəb olur. Çünki, daşınmaz əmlak üzərində qeydə alınmamış hüquq barədə mülkiyyətçi sərəncam vermək hüququndan məhrum olur. Cavabdehlər heç bir əsaslı səbəb göstərmədən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına maneə törətdikləri üçün iddia təmin edilməli və mülkiyyət hüququnun qeydiyyatı üçün daşınmaz əmlaka müayinə baxışının keçirilməsinə maneə törədilməsi cavabdehlərə qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X4 miras qalmış, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş 15 mart 1995-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın əməkdaşları tərəfindən daşınmaz əmlaka müayinə baxışının keçirilməsinə maneə törədilməsi cavabdehlər Çelik (Zeynalova) Aybəniz Qurban qızı və Cavabdeh2 qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar