Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-122/2025 15.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (Gəncə ASAN Vəkil Bürosunun vəkili) Vəkil1, Cavabdehlər: 1. Cavabdeh1
2. Cavabdeh2,
3. Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “ümumi birgə paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “ümumi birgə paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Atatürk prospekti, ev 208, yeni qaydalarla: AZ2003, Gəncə şəhəri, Atatürk prospekti, 358-də yerləşən Daşınmaz əmlakın dövlət reyestri **********20-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən 5/10 hissə payının naturada bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəmənin 22 iyul 2024-cü il tarixdə keçirilən hazırlıq iclasında “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, bildirmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı Gəncə şəhəri, Atatürk prospekti, ev 208, yeni qaydalarla: AZ2003, Gəncə şəhəri, Atatürk prospekti, 358-də yerləşən Daşınmaz əmlakın dövlət reyestri **********20-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən 5/10 hissə payının naturada bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan çıxarışda digər mülkiyyətçilər Cavabdeh5 və Cavabdeh4 da adları qeyd edildiyindən Cavabdeh5 və Cavabdeh4 da iş üzrə cavabdeh kimi qəbul etməklə iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (Gəncə ASAN Vəkil Bürosunun vəkili) Vəkil1 EMİS vasitəsi ilə məhkəməyə ünvanlanan ərizəni müdafiə edərək, mübahisənin məhkəmədən kənar qaydada həll edildiyini bildirərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər biri ayrı-ayrılıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmçinin məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “ümumi birgə paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov