Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1235/2023 15.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və ya onların dəyərinin verilməsi tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən verilən vəsatətə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, çəkisi 28.4 qram, əyarı 750 olan brilyant dəst (kulon, sırğa, qolbağı), çəkisi 4.5 qram, əyarı 585 olan boyunbağı, çəkisi 6.0 qram, əyarı 750 olan üzük, çəkisi 5.5 qram, əyarı 585 olan üzük versace, çəkisi 5 qram, əyarı 583 olan S hərfli kulonlu boyunbağı, çəkisi 6 qram, əyarı 583 olan üzük, çəkisi 5 qram, əyarı 583 olan 2 ədəd üzük, çəkisi 5 qram, əyarı 583 olan brilyant qaşlı kişi üzüyü və çəkisi 6 qram, əyarı 585 olan qolbağının, onlar olmadıqda dəyərinin - 5615 manatın, həmçinin məhkəməyə ödənilmiş 77 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçı yazılı vəsatət təqdim edərək bildirdi ki, cavabdehlə barışmışlar, iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyaları ona geri qaytarılmışdır. Zərurət aradan qalxdığı üçün həmin mülki işə baxılmasını istəmir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında cavabdeh iddiaçı tərəfindən verilmiş vəsatətlə razı olduğunu bildirərək vəsatətin təmin olunmasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyib, iddiaçı tərəfindən verilən vəsatəti nəzərdən keçirərək hesab edir ki, verilmiş vəsatət təmin olunmalı, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və ya onların dəyərinin verilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və ya onların dəyərinin verilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1235/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1235/2023
15.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver