Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-124/2025 01.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxlı Rəşad Şahin oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı payın naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yeni qaydada Gəncə şəhəri, İsa Məmmədov küçəsi, 30 (köhnə qaydada Gəncə şəhəri, Şahsevənlər küçəsi, 2-ci döngə, ev 17 ünvanda yerləşən mülkə dair payının naturada ayrılması haqda qətnamə məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, yeni qaydada Gəncə şəhəri, İsa Məmmədov küçəsi, 30 (köhnə qaydada Gəncə şəhəri, Şahsevənlər küçəsi, 2-ci döngə, ev 17 paylı mülkiyyət hüquq ilə ona və cavabdehə məxsusdur. Belə ki, Gəncə Şəhər Məhkəməsinin 2023-cü il tarixli 2(125)-1588/2023 saylı qətnaməsi ilə mülk əvvəlcə hərəyə 1/3 hissə olmaqla cavabdehin, onun və bacısı X3 adına keçmiş, lakin Məsmə öz payını rəsmi qaydada xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsi ilə onlara hədiyyə etmişdir. Lakin məsələ burasındadır ki, əmlak naturada bölünmədiyi üçün cavabdehlə aralarında narazılıqlar yaranır. Mülkiyyət hüququ elə bir hüquqdur ki, mülkiyyətçi öz əmlakı barəsində istədiyi kimi sərəncam verə bilməlidir. Lakin onların evlərinin çıxarışları birdir və hansı hissənin kimə aid olması rəsmi olaraq müəyyən edilməmişdir. Cavabdehlə bu məsələni həll edə bilmirik, mübahisə yaranır. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 Şəxsin 3 saylı Gəncə Ərazi idarəsinə də məhkəməyə müraciət etməli olduğunu bildirir. Belə olan şəraitdə qeyd edilən fərdi yaşayış evinin naturada ayrılması zərurəti yaranmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı qəbul edərək tələbinin təmin edilməsinə etiraz etmədiyini, faktiki payın ayrıldığını və bunun sənəd üzrə sənədləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları Gəncə Şəhər Məhkəməsinin 2(125)-1588/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X4, Cavabdeh və cavabdeh İddiaçı xx.xx.1978-ci ildə vəfat etmiş mərhum X1 miras qalmış yeni qaydada Gəncə şəhəri, İsa Məmmədov küçəsi, 30 (köhnə qaydada ünvan 1 ünvanında yerləşən miras əmlakın faktiki qəbul etmələri faktı müəyyən edilmiş, yeni qaydada Gəncə şəhəri, İsa Məmmədov küçəsi, 30 (köhnə qaydada ünvan 1 ünvanında yerləşən miras əmlaka iddiaçılar X4, Cavabdeh və cavabdeh İddiaçı hər birinin 1/3 hissədə miras payları müəyyən olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin çıxarışından görünür ki, yeni qaydada Gəncə şəhəri, İsa Məmmədov küçəsi, 30 nömrəli evi (köhnə qaydada ünvan 1 1/3 hissədə X4, 1/3 hissədə Cavabdeh və 1/3 hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 179 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində 23 oktyabr 2023-cü il tarixdə ********** nömrə ilə qeyd olunmuşdur. 11 fevral 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X4 yeni qaydada Gəncə şəhəri, İsa Məmmədov küçəsi, 30 nömrəli evi (köhnə qaydada ünvan 1 Cavabdeh və İddiaçı bağışlamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin çıxarışından görünür ki, yeni qaydada Gəncə şəhəri, İsa Məmmədov küçəsi, 30 (köhnə qaydada ünvan 1 1/2 hissədə Cavabdeh və 1/2 hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 179 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində 23 fevral 2023-cü il və xx.xx.2023-cü il tarixdə ********** və ********** nömrə ilə qeyd olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrlı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 16 aprel 2024-cü il tarixli müraciətə cavabdan görünür ki yeni qaydada Gəncə şəhəri, İsa Məmmədov küçəsi, 30 (köhnə qaydada ünvan 1fərdi tikili “A” vahid bir əmlakdır və bölünməsi qanunla mümkün deyildir. Bu səbəbdən bölgü sxeminin hazırlanması mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7162 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, Gəncə şəhəri, İsa Məmmədov küçəsi, 30 (köhnə qaydada ünvan 1 ünvanında yerləşən **********36-10301 reyestr nömrəli torpaq sahəsinin və fərdi yaşayış evinin naturada iki hissəyə bölünməsi (ayrılması) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.1, 2.2, 2.4, 2.7 və 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün, tədqiq olunan yaşayış evi və torpaq sahəsi faktiki (bölünmüş) vəziyyətdə saxlanılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1-ci maddəsinə görə Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə görə Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 221.1-ci maddəsinə görə Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Vahid Məhkəmə təcrübəsi: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı: 11-ci bənd: Qüvvədə olan qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. İdeal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir. 17.-ci bənd: Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. 19-cu bənd: Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən **********36-10301 reyestr nömrəli Gəncə şəhəri, İsa Məmmədov küçəsi, 30 (köhnə qaydada ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi 1/2 hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh adına qeydiyyata alınmışdır. İddiaçı payının naturada ayrılmasını və beləliklə də əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsini istəyir. İş üzrə ekspertiza təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. məhkəmə tikinti-texniki ekspertizasının 03 aprel 2025-ci il tarixli, 10/7162 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, İsa Məmmədov küçəsi, 30 (köhnə qaydada ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin naturada 2 hissəyə ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Beləliklə Məhkəmə hesab edir ki Gəncə şəhəri, İsa Məmmədov küçəsi, 30 (köhnə qaydada ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ekspertiza rəyində göstərilən plan sxemə uyğun olaraq naturada ayrılmalı və tərəflərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməlidir. Hər bir pay sahibi fərdi mülkiyyətçiyə çevrilməlidir. Həmçinin ödənilmiş 100 manat dövlət rüsumunu İddiaçı aid edilməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Gəncə şəhəri, İsa Məmmədov küçəsi, 30 (köhnə qaydada ünvan 1 ünvanında yerləşən **********36-10301 reyestr nömrəli fərdi yaşayış evi və torpaq sahəsi 03 aprel 2025-ci il tarixli, 10/7162 nömrəli ekspertiza rəyində göstərilən plan sxemə uyğun olaraq naturada bölünsün. Ödənilmiş 100 manat dövlət İddiaçı aid edilsin İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №2(125)-124/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-124/2025
01.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver