Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1243/2022 30.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi və əlavə əlavə ərizələrlə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA 6-nın ətrafında yerləşən 947 saylı evdə qazdan istifadəyə görə cavabdeh tərəfindən hesablanmış 542 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Kəlbəcər rayonundan məcuri köçkün olmaqla Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA 6-nın ətrafında məskunlaşıb yaşayır. Qeyd olunan yaşayış evinə kommunal xidmətlərə görə sayğaclar quraşdırılb, o cümlədən təbii qaza görə də qaz sayğacı quraşdırılb. 28 yanvar 2022-ci -ci il tarixdə ona, o cümlədən qonşuluqda yaşayan digər şəxslərə məxsus müddəti keçmiş qaz sayğaclarını dəyişdilər və həmin gündə ona məxsus G-4 markalı, 1402A**********457 nömrəli qaz sayğacı Azərqazın işçiləri tərəfindən saz vəziyyətdə sökülərək yenisi ilə əvəz edildi. Bu barədə aktda tərtib edildi. Bundan bir neç ay sonra mənə məlum oldu ki, qanunsuz və əsassız olaraq ona 542.60 manat məbləğində cərimə yazılıb, səbəbini öyrənəndə məlum oldu ki, guya o sayğaca müdaxilə etmiş və sayğacın hesablama mexanizmini yararsız hala salmışdır, qaz sərf olunsa da sərfıyyat qeydə alınmır. Halbu ki, göstərilənlərin hamısı qanunsuz və əsassız yazılb. Ona məxsus sayğac xx.xx.2022-ci il tarixdə dəyişəndə heç bir problemi olmayıb, Azəriqazın əməkdaşları köhnə adı ilə dəyişərək yenisi ilə əvəz edib və ona sayğaca müdaxilə ilə bağlı heç bir məlumat verilməyib. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək əsassız hesablanmış borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı AKTA-6 ünvanında quraşdırılmış İtron tipli, G-4 markalı 1402AZ**********457 nömrəli qaz sayğacını sərfiyyat qeyd etmədiyi üçün Zenner G-4 **********3 saylı qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktda aşağıdakılar göstərilmişdir: İddiaçı istehlakçı olduğu Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA 6 ünvanda yaşadığı yaşayış sahəsində sayğaca baxış keçirilmişdir. Sayğacın çıxış plastmas borusu deşilmişdir. Dəymiş ziyan hesablansın və abonent tərəfindən ödənilsin. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 4320 kub/metr qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmiş, həmin vaxt sayğacın dəyişdirilməsi səbəbi kimi abonentin ərizəsi qeyd edilmişdir. Həmin vaxt tərtib edilən akta əsasən, çıxarılan qaz sayğacında hər hansı qüsur aşkar edilməmiş, bu barədə aktda qeydiyyat aparılmamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşildiyi aşkar olunmuşdur. Buna görə, itirilmiş qazın 4320 m3 olduğu hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 432 manat pul tələb edilir. Tərəflər arasında mübahisə İtron tipli, G-4 markalı 1402AZ**********457 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 432 manat borc hesablamışdır. Lakin, iş materiallarından göründüyü kimi, 1402AZ**********457 nömrəli qaz sayğacı çıxarılarkən aktda onun sayğacın deformasiyaya uğradığı və digər qüsurların olması ilə bağlı heç bir qeyd aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X1 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, digər hallar sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış 432 manat borc silinməlidir. İddianın qalan hissədə əsaslı olması sübuta yetirilmədiyi üçün həmin hissədə təmin edilə bilməz. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hüsab edir ki, məhkəmə iclasında iştirak etmiş cavabdhein nümayəndəsinin təqdim etdiyi “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, həmin akt tərtib edilib bir nüsxəsi Vasif Məmmədova təqdim edildikdən sonra, sözügedən sənədə “sayğaca baxış keçirilən zaman menbiranda deşik aşkarlandı” qeydi əlavə edilmişdir. Bundan başqa, Vasif Məmmədov tərəfindən imzalanmış istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşdırma protokolu cavabdeh tərəfindən təqdim edilmişdir. Lakin qeyd edilən sənədlər borcun əsaslı hesablanması və ödənilməli olması barədə qənaətə gəlmək üçün mötəbər sübut hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA 6-nın ətrafında yerləşən 947 saylı saylı fərdi yaşayış evi üzrə qaz sərfinə görə İddiaçı hesablanmış 432 (dörd yüz otuz iki) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1243/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1243/2022
30.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver