Məhkəmə qərarları › İş №2(125)-1249/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1249/2025

15.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1249/2025 15.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı Gəncə şəhəri, Abdulla Şaiq küçəsi 38 saylı evin qiymətləndirilməsi tələbinə dair iddia ərizəsini açıq məhkəmə iclasında nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı cavabdeh X1 qarşı Gəncə şəhəri, Abdulla Şaiq küçəsi 38 saylı evin qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılara məxsus Gəncə şəhəri, Abdulla Şaiq küçəsi 38 saylı evin yenidən qiymətləndirilməsinin keçirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-65/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh İddiaçı xx.xx.2018-ci il tarixli, 3M-36 reyestr nömrəli kredit müqaviləsi üzrə 125.000 (bir yüz iyirmi beş min) ABŞ dolları kredit borcu ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində və ödənilmiş 503 (beş yüz üç) manat dövlət rüsumunun alınaraq Cavabdeh xeyrinə verilməsi, tutmanın xx.xx.2018-ci il tarixli, 3M-37 reyestr nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 0,0272 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılaraq, ilkin satış qiymətinin (likvit dəyəri) 49.000 (qırx doqquz min) manat müəyyən edilməsi və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2018-ci il tarixli, 3M- 36 reyestr nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra artıq vəsait qalarsa ipoteka qoyanlar İddiaçı və X4 qaytarılması, həmin əmlaka tutma yönəldikdə və açıq hərracda satıldıqdan sonra bir ay müddətində cavabdehlər İddiaçı və X3 istifadə hüquqlarına xitam verilərək evdən çıxarılmaları və evin boşaldılması qət edilmişdir. Həmin qətnamədən İddiaçı nümayəndəsi(vəkil) X2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin əsas dəlili ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyi barədə olmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-157/2024 saylı qətnaməsi ilə İddiaçı nümayəndəsi(vəkil) X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-65/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, başqa məhkəmənin qanuni qüvvədə olan qətnaməsi ilə İddiaçı məxsus Gəncə şəhəri, Abdulla Şaiq küçəsi 38 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan həmin ərizənin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdeh X1 qarşı Gəncə şəhəri, Abdulla Şaiq küçəsi 38 saylı evin qiymətləndirilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar