Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-133/2024 22.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı1 və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1 vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, 1 saylı Gəncə regional Asan xidmət mərkəzinin Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X14, X11 və X12) “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, miras əmlaka payın müəyyən edilməsi” tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, 1 saylı Gəncə regional Asan xidmət mərkəzinin Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin 18.11.2*22-ci il tarixli, 2V-1234 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilərək, Gəncə şəhəri, Kəpəz rayonu, X33 prospekti, 1-ci döngə, ev 5 ünvanında dair Cavabdeh1 adına Azərbaycan Respublikası ƏMDX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 12.12.2*22-ci il tarixli, 2***13**2*8*-1*3*1 reyestr nömrəli çıxarışın (Cavabdeh1 adına aparılmış qeydin) ləğv edilməsi və miras əmlakının paylarla uyğun bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X6 2 avqust 2**1-ci il tarixdə Gəncə şəhərində kəskin beyin qan dövranı çatmamazlığı səbəbi ilə vəfat etmiş və Gəncə şəhəri, Kəpəz rayonu, X33 prospekti, 1-ci döngə, ev 5 ünvanında yerləşən ümumi sahəsi 83 kv\m, yaşayış sahəsi 46.6 kv\m, yardımçı sahəsi 35.4 kv\m olan 2 otaqlı fərdi yaşayı evi və həmin evin yerləşdiyi *.*377 ha torpaq sahəsi miras olaraq qalmışdır. İddiaçılardan İddiaçı1 mərhumun oğlu, İddiaçı2 isə mərhumun nəvəsidir. Hazırki Cavabdeh1 da həmçinin mərhumun oğludur. Gəncə şəhəri, Kəpəz rayonu, X33 prospekti, 1-ci döngə, ev 5 ünvanda yerləşən fərdi yaşayış evi 2 otaq və yardımçı sahədən ibarət olmaqla hazırki Cavabdeh1 və X6nın ümumi birgə mülkiyyətində olmuşdur. 1978-ci ildən etibarən hazırki İddiaçı1 və onun ailə üzvləri, həmçinin İddiaçı2 həmin ünvanda yaşamış, hazırda da yaşamaqdadırlar. X6 2**1-ci il tarixdə dünyasını dəyişərkən İddiaçı2 həmin fərdi yaşayış evində yaşayaraq mirası faktiki qəbul etmiş, 2 il sonra müvəqqəti olaraq işlə əlaqədar olaraq Rusiya Federasiyasına getmişdir. X6 özünə məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X33 prospekti, 1-ci döngə, ev 5 A ünvanına dair 3*.*3.199*-cı il il tarixli vəsiyyətnamə verərək ondan qalmış miras kütləsini İddiaçı2 vəsiyyət etmişdir. Gəncə şəhəri, Kəpəz rayonu, X33 prospekti, 1-ci döngə, ev 5 ümumi sahəsi 83 kv\m, yaşayış sahəsi 46.6 kv\m, yardımçı sahəsi 35.4 kv\m olan 2 otaqlı fərdi yaşayı evi və həmin evin yerləşdiyi *.*377 ha torpaq sahəsindən ibarətdir ki, həmin fərdi yaşayış evinin bir otağında İddiaçı1 ailə üzvləri və anası ilə birlikdə yaşamış, anası dünyasını dəyişdikdən sonra da yaşamağa davam etmişlər və hazırda da yaşamaqdadırlar. 1979-cu il tarixdən həmin fərdi yaşayış evinin 2 otağının giriş-çıxış hissəsi ayrılmaqla anlaşılmayan səbəblərdən hər otağa ayrıca ünvan verilmişdir. Halbuki eyni damın altında olan tikiliyə ayrıca ünvan verilməsi qanuna ziddir. Bundan başqa hazırda iddiaçıların qeydiyyatda olduqları Gəncə şəhəri, Kəpəz rayonu, X33 prospekti, 1-ci döngə, ev 5 a saylı ünvanda heç bir tikilinin olmaması 3 saylı Gəncə Ərazi idarəsinin 25.*5.2*23-cü il tarixli 3-21-3-33\2-4751\2*23 məktubundan bəlli olmaqdadır. Gəncə şəhəri, Kəpəz rayonu, X33 prospekti, 1-ci döngə, ev 5 a saylı ünvan, hazırda sadəcə olaraq ünvan kimi qalmışdır, həmin ünvan sözügedən fərdi yaşayış evinin 1 otağına dair verilsə də Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alarkən iddiaçılara məxsus 1 otağı da şəhadətnaməyə saldırmaqla müvafiq çıxarış almışdır. Belə görünür ki, texniki pasport üçün ölçü işləri aparmağa gələn Əmlak Komitəsinin işçisi hər iki otağın eyni tavanın altında olduğundan iddiaçılara məxsus otağıda Gəncə şəhəri, Kəpəz rayonu, X33 prospekti, 1-ci döngə, ev 5 ünvanına qataraq texniki pasport hazırlamışdır. Odur ki, Gəncə səhəri, Kəpəz rayonu, X33 prospekti, 1-ci döngə, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunun və çıxarışın surətinin məhkəməyə təqdim edilməsi üçün Sorğu verilməsini xahiş edir. Texniki pasporta və fərdi yaşayış evinin eskiz layihəsinə baxış keçirilən zaman açıq-aydın məlum olacaq ki, iddiaçıların 1976-cı il tarixdən hal-hazıradək yaşadıqları 1 otaq Cavabdeh1 məxsus texniki pasporta və eskiz layihəyə salınmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verən Notariat ofisi isə kifayət qədər araşdırma apramadan, yalnız qeydiyyatı əsas gətirərək şəhadətnamə vermiş, digər vərəsələrin dairəsi müəyyənləşdirilməli və çağırmalı olduğu halda qanunun bu tələbi yerinə yetirilməmişdir. Bundan başqa *.*377 ha torpaq sahəsi də miras kütləsinə daxildir və həmin torpaq sahəsinin də iddiaçılar tərəfindən faktiki qəbulu işin mübahisəsiz halıdır. Həmin torpaq sahəsinə münasibətdə də, şəhadətnamə verilərkən qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, torpaq sahəsinin yarısı, hazırda iddiaçının yarısı da cavabdehin faktiki istifadəsindədir. Necə olur ki, miras kütləsinin bir hissəsi qəbul edilir, bir hissəsi isə edilmir. Vəkil sorğusuna cavab aldıqdan sonra 3 saylı Gəncə Ərazi idarəsinin 25.*5.2*23-cü il tarixli 3-21-3-33\2-4751\2*23 məktubundan bəlli olmuşdur ki, vərəsəlik hüququmuz kobud surətdə pozulmuşdur. Odur ki, hazırki vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras mülkün vərəsələr arasında bərabər paylarla bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin iddia ərizəsinin İddiaçı2 tərəfindən imzalandığını və bu halı təkzib edən hər hansı dəlil təqdim edilmədiyini bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 təmsilçisi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili iddiaya etiraz edərək, mübahisələndirilən şəhadətnamə və çıxarışın qanuna uyğun qaydada rəsmiləşdirildiyi üçün iddianın əsassız olduğunu, habelə ölkə sərhədlərindən kənarda olduğundan iddia ərizəsinin İddiaçı2 tərəfindən imzalanmadığını bildirdi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçı, digər cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisi məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 25.*5.2*23-cü il tarixli məktubundan görünür ki, Kirovabad şəhər notariat kontorunda Yerli Təsərrüfat şöbəsi iiə bağlanmış 24.*7.1957-ci il iarıxli müqaviləyə və əsasən X22 Gəncə şəhəri, X33 prospekti (keçmiş 28 May küçəsi), 1-ci döngə, 5 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün 415.* kvm torpaq sahəsi ayrılmışdır. Kirovabad şəhər notariat kontorunun 3K-85 reyestr nömrəli, *9.*7.198*-cı il tarixli müqaviləyə əsasən fərdi yaşayış evi Cavabdeh1 və X2. Müqavilədə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 377 kv.m göstərilmişdir. Kommunal Təsərrüfat Nazirliyinin Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu Cavabdeh1 və X16 adlarına qeyd edilmişdir. Qeyd edilən sənədlərə əsasən Cavabdeh1 və X16 adlarına *2.*5.2*14-cü il tarixli, 2*2*13**5387-1*3*1 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 1 saylı Gəncə regiaonal “ASAN xidmət” mərkəzində notariat ofisinin 18.11.2*22-ci il tarixli, 2V-1234 reuyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh1 12.12.2*22ci il tarixli, 2***13**2*8*-1*3*1 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, X33 prospekti, 1ci döngə, 5A ünvanında qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. 2*22-ci ildə aparılmış iventarizasiya işləri zamanı Gəncə şəhəri, X33 prospekti. 1-ci döngə, 5 ünvanında yerləşən fərdi yaşayış evi ümumi sahəsi 82 kv.m, yaşayış sahəsi 46.6 kv.m, köməkçi sahəsi 35.4 v.m olan, 2 yaşayış otağından, evin yerləşdiyi torpaq sahəsi isə *.*377 ha ibarət olduğu müəyyən edilmişdir. İş materiallarında olan 17.*9.198*-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.198*-ci ildə doğulmuşdur. X1 ilə X23r. İş materiallarında olan 18.11.2*22-ci il tarıxli, 2V-1234 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, *2.*8.2**1-ci il tarixdə vəfat etmiş X15 vərəsəsi oğlu Cavabdeh1 Gəncə şəhəri, Kəpəz rayonu, X33 prospekti, 1-ci döngə, ünvanında yerləşən 5 nömrəli evdən ibarət miras əmlakdan tam hissədə irs almalıdır. İş materiallarında olan Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15.11.2*22-ci il tarixli arayışın surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X15 ailə tərkibi oğlu: X24 Oğlu (*1.*1.1928) vəfat edib 15.*3.2**1-ci ildə; oğlu: X13 (21.1*.1931) vəfat edib 13.*2.2*18-ci ildə; qızı: X14 (13.*1.1933); qızı: X11 (*1.*1.1935); oğlu: Cavabdeh1 (xx.xx.1941); oğlu: İddiaçı1 (xx.xx.1946) və qızı: X2* (*2.*4.1951) qızından ibarətdir. İş materiallarında olan *2.*8.2**1-ci il tarixli, *8242* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 *2.*8.2**1-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən *2.*5.2*14-cü il tarixli, RX *368347 nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti, 1-ci döngə, 5 ünvanında yerləşən fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ ilə X15 və Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 3*.*3.199*-ci il tarixli, 1/1*9 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 şəhəri, Kirovabad şəhəri, 28 Aprel küçəsi, 1-ci döngə, ünvanında yerləşən 5A nömrəli evi İddiaçı2 vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 24.*8.2*23-cü il tarixli məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Kirovabad şəhəri 2 saylı notariat kontorunun 23.*7.1957-ci il tarixli, 27-6396 reyestr nömrəli torpaq sahəsinin ayrılmasına dair müqaviləyə uyğun olaraq, Gəncə şəhəri, Kəpəz rayonu, X33 prospekti, 1-ci döngə, ev 5 (keçmiş 28 aprel küçəsi, 1-ci döngə, ev 5) ünvanında yerləşən torpaq sahəsi X22 verilmişdir. Kirovabad şəhəri 3 saylı notariat kontorunun *9.*7.198*-ci il tarixli, 3k-85 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, sözü gedən fərdi yaşayış evi Cavabdeh1 və X3 və onların adına *2.*5.2*14-cü il tarixli, 2*2*13**5387-1*3*1 reyestr nömrəli, 1514**6966 qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı Gəncə regional “ASAN” xidmət mərkəzinin notariat ofisinin 18.11 2*22-ci il tarixli, 2V-1234 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, X33 prospekti, 1-ci döngə, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin X17 məxsus hissəsi Cavabdeh1 veriimiş və Cavabdeh1 adına 12.12.2*22-ci il tarixli, 2***13**2*8*-1*3*1 reyestr nömrəli, 1522*33194 qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 12.12.2*22-ci il tarixli, 1522*33194 qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti, 1-ci döngə, 5 ünvanında yerləşən fərdi yaşayış evi tam payla Cavabdeh1 məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti, 1-ci döngə ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evi *2.*5.2*14-cü il tarixdə ümumi birgə mülkiyyət hüququ ilə X15 və Cavabdeh1 adına qeydiyyata alınmışdır. X21 *2.*8.2**1-ci il tarixdə ölmüş, mübahisəli ev vərəsəlik haqıqnda şəhadətnamə əsasında 12.12.2*22-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Hazırkı iş üzrə İddiaçı2 3*.*3.199*-ci il tarixli vəsiyyətnaməyə, İddiaçı1 isə faktiki qəbula və qanunvericiliyə əsaslanaraq miras əmlaka payların müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, X21 tərəfindən İddiaçı2 vəsiyyət edilməsinə baxmayaraq, daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən, Gəncə şəhəri, X33 prospekti, 1-ci döngə ünvanında qeydiyyata alınmış 5A nömrəli fərdi yaşayış evi aşkar edilməmişdir. Belə olan halda, miras qoyanın öldüyü məqamadək malik olmadığı əmlak hüququ miras toplusuna daxil ola bilməz və başqa şəxslərə qanun və ya vəsiyyətnamə üzrə ötürülə bilməz. Bununla yanaşı, Cavabdeh1 vəkili ölkə sərhədlərindən kənarda olduğu üçün iddia ərizəsinin İddiaçı2 tərəfindən imzalanmadığına əsaslanaraq iddiaya etiraz etsə də, bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, miras qoyan Kübrə Hüseynovanın ölümündən sonra isə onun birinci növbə vərəsələr kimi 5 nəfər şəxsin olması müəyyən edilir: övladları X14, X11, Cavabdeh1, İddiaçı1 və X12. Miras qoyanın öldüyü məqamın həmin vərəsələrə məlum olmasını təkzib edən hər hansı dəlil təqdim ediləmədiyi üçün onların vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu vaxtdan 3 ay ərzində mirasdan notariat qaydada imtina etməsi müəyyən olunmur. Beləliklə, həmin vərəsələr mirası qəbul etmiş hesab edilməli və onlar arasında miras əmlakın bölüşdürülməsi həyata keçirilməlidir. Belə olan halda, miras əmlaka vərəsələrin paylarının müəyyən edilə bilməsi üçün əvvəla, birgə mülkiyyət iştirakçıları olan Kübrə Hüseynovanın və Cavabdeh1 mübahisəli evə paylı mülkiyyət hüququnun müəyyən edilməsi zərurəti yaranır. Hazırkı zamanda birgə mülkiyyət iştirakçısı Kübrə Hüseynova öldüyü üçün razılaşma əldə edilməsi qeyri-mümkün olduğundan və ayrı qaydaya dair razılaşma müəyyən edilmədiyindən, Gəncə şəhəri, X33 prospekti, 1-ci döngə ünvanında qeydiyyata alınmış 5 nömrəli fərdi yaşayış evinə Kübrə Hüseynovanın və Cavabdeh1 ½ paylı mülkiyyət hüququ müəyyən edilməlidir. Kübrə Hüseynovadan miras qalmış mübahisəli evə ½ paylı mülkiyyət hüququ üzərində övladları X9, X4, Cavabdeh1, İddiaçı1 və X5 hər birinin 1/5 hissədə payının olması müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəli ev üzərində Kübrə Hüseynovanın və Cavabdeh1 ½ paylı mülkiyyət hüquqları müəyyən edildikdən sonra Kübrə Hüseynovadan miras qalmış paylı əmlak hüququna mirası qəbul etmiş 5 nəfər vərəsənin hər birinin payı müəyyən edildiyi üçün X9 1/1*, X4 1/1*, İddiaçı1 1/1*, X5 1/1*, İddiaçı1 isə mübahisəli əmlaka miras payı (1/1*) və mülkiyyət hüququndan irəli gələn payının (1/2=5/1*) cəmi olaraq (1/1*+5/1*=6/1*) payı müəyyən edilməlidir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilərək, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş 18.11.2*22-ci il tarixli, 2V-1234 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli; Gəncə şəhəri, Kəpəz rayonu, X33 prospekti, 1-ci döngə ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evinə dair Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş 12.12.2*22-ci il tarixli, 1522*33194 qeydiyyat nömrəli çıxarış ləğv edilməli; Gəncə şəhəri, Kəpəz rayonu, X33 prospekti, 1-ci döngə ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evinə X9 1/1*, X4 1/1*, İddiaçı1 1/1*, X5 1/1* və Cavabdeh1 6/1* hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş 18.11.2*22-ci il tarixli, 2V-1234 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Gəncə şəhəri, Kəpəz rayonu, X33 prospekti, 1-ci döngə ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evinə dair Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş 12.12.2*22-ci il tarixli, 1522*33194 qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Gəncə şəhəri, Kəpəz rayonu, X33 prospekti, 1-ci döngə ünvanında yerləşən 5 nömrəli fərdi yaşayış evinə X9 1/1*, X4 1/1*, İddiaçı1 1/1*, X5 1/1* və Cavabdeh1 6/1* hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-133/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-133/2024
22.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver