Məhkəmə qərarları › İş №2(125)-1350/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1350/2023

23.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1350/2023 23.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkün açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mülkün açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya kompensasiya verməklə ünvan 1 ünvanda yerləşən mülkün iddiaçıya məxsus hissəsinə dair mülkiyyət hüququna xitam verilməsini və ya mülkün açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, ünvan 1 ev paylı mülkiyyət hüququ üzrə 3/4 hissəsi iddiaçının, 1/4 hissədə Cavabdeh mülkiyyətindədir. Hazırda cavabdeh iddiaçının öz mülkündə rahat yaşamasına imkan vermir və artıq bir ildən çoxdur ki, kirayələrdə yaşamalı olmuşdur. Odur ki, məcbur olub hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının anası X2 tərəfindən Göygöl rayon Məhkəməsində hazırda mübahisəli evin naturada ayrılması tələbinə dair iddia qaldırmış, Göygöl rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə bölgü mümkün olmadığı üçün təmin edilməmişdir. Odur ki, hazırda cavabdeh tərəfindən iddiaçıya kompensasiya verməklə onun mülkiyyət hüququna xitam verilməsini və ya mülkün açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsini istəyir. İddiaçının anası X2 tərəfindən xx.xx.2022-ci il tarixdə Gəncə şəhər 6 saylı notariat ofisinin 40-50 saylı reyestr müqaviləsi əsasında mülk iddiaçıya bağışlanmışdır. Odur ki, Cavabdeh tərəfindən iddiaçıya kompensasiya verməklə ünvan 1 ünvanda yerləşən mülkün iddiaçıya məxsus hissəsinə dair mülkiyyət hüququna xitam verilməsini və ya mülkün açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, ünvan 1 ev paylı mülkiyyət hüququ üzrə 3/4 hissəsi iddiaçının, 1/4 hissədə Cavabdeh mülkiyyətindədir. Onun tərəfindən cavabdehlər X2, İddiaçı, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 3 saylı ərazi İdarəsinə qarşı Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 3-cü dalan, 14 ünvanında yerləşən fərdi yaşayış evi üzərində vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması, vəsiyyət üzrə payının ayrılması və həin evə dair verilmiş çıxarışın ləğv edilməsi tələbinə iddia vermiş və Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-408/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən verdiyi apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Hazırda əlavə kassasiya qaydasında şikayət vermişdir. O özünə məxsus evi satıb iddiaçıya vermişdir. Əvəzində isə atası mübahisəli evi ona vermişdir. Qeyd edilənlər baxımından hesab edir ki, mübahisəli evə dair iddiaçının hüquqları yoxdur. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh nümayəndəsi vəkil,Əhmədov X3 Mehman Asif oğlu ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh və nümayəndəsi vəkil, Vəkil məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Cavabdeh və nümayəndəsi vəkil, Vəkil iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda 0.0295 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 41.5 kv.m olan fərdi yaşayış evinin üzərində 1/4 hissədə Cavabdeh, 3/4 hissədə İddiaçı paylı mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə **********440-10301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İşdə olan Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)-52/2022 saylı qətnaməsinin surətindən görünür ki, X1 Cavabdeh qarşı ünvan 3 ünvanda yerləşən mülkə dair payın naturada bölünməsi, kompensasiya ödənilməsi və ya əmlakın hərracda satılması iddiası üzrə payın naturada bölünməsi və iddiaçıya kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi hissəsində iddia tələbi təmin edilməmişdir. İşdə olan İddiaçı Cavabdeh göndərdikləri bildirişdən görünür ki, Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 3-cü dalan, 14 ünvanında yerləşən fərdi yaşayış evinin onların payının naturada ayrılaraq təhvil verilməsi mümkün olmadığından həmin torpaq sahəsinin cavabdeh tərəfindən alınmasını təklif etmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında ünvan 2 ünvanda 0.0295 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 41.5 kv.m olan fərdi yaşayış evinin üzərində 1/4 hissədə Cavabdeh, 3/4 hissədə İddiaçı paylı mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə **********440-10301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)-52/2022 saylı qətnaməsi ilə X1 Cavabdeh qarşı ünvan 3 ünvanda yerləşən mülkə dair payın naturada bölünməsi, kompensasiya ödənilməsi və ya əmlakın hərracda satılması iddiası üzrə payın naturada bölünməsi və iddiaçıya kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi hissəsində iddia tələbi təmin edilməmişdir. İddiaçı Cavabdeh bildiriş göndərərək Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 3-cü dalan, 14 ünvanında yerləşən fərdi yaşayış evinin onların payının naturada ayrılaraq təhvil verilməsi mümkün olmadığından həmin torpaq sahəsinin cavabdeh tərəfindən alınmasını təklif etmişlər. İddiaçı mülkiyyətçi kimi öz paylarının naturada ayrılmasını tələb etsə də, payın naturada ayrılması, həmçinin mülkiyyətçilər arasında paylara müvafiq olaraq kompensasiya ödənilməsi ilə bağlı razılaşma mümkün olmamış və buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə mürajiət etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu əşyanın dəyəri əhəmiyyətli dərəjədə azalmadan mümkün olmadıqda isə açıq hərrajdan və ya iştirakçılar üçün hərrajdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, ümumi əmlakın bölünməsi, ondan payın ayrılması, həmçinin mülkiyyətçilər arasında paylara müvafiq olaraq kompensasiya ödənilməsi ilə bağlı razılaşma mümkün olmadığından mübahisə predmeti olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında xx.xx.2022-ci il tarixdə **********440-10301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəsi ilə 1/4 hissədə Cavabdeh, 3/4 hissədə İddiaçı paylı mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 2 ünvanda 0.0295 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 41.5 kv.m olan fərdi yaşayış evi açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məjəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbayjan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında xx.xx.2022-ci il tarixdə **********440-10301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəsi ilə 1/4 hissədə Cavabdeh, 3/4 hissədə İddiaçı paylı mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 2 ünvanda 0.0295 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 41.5 kv.m olan fərdi yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə edilən pul paylı mülkiyyətçilər olan Cavabdeh və İddiaçı arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar