Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1352/2023 13.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X23 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ödənilən alimentin dayandırılması, aliment tələbi, şəkərli diabet xəstəsi olan uşağın müalicəsində xərclərin yarı hissəsinin və gələcəkdə çəkiləcək xərclərdə ananın iştirakının təmin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “ödənilən alimentin dayandırılması, aliment tələbi, şəkərli diabet xəstəsi olan uşağın müalicəsində xərclərin yarı hissəsinin və gələcəkdə çəkiləcək xərclərdə ananın iştirakının təmin edilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-390/2019 saylı qətnaməsinin xx.xx.2010-cu il təvəllüdlü X7 120 manat sabit pul məbləğində alimentin ondan tutulması hissəsinin xx.xx.2021-ci il tarixindən dayandırılmasına dair, xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixindən Cavabdeh onun xeyrinə tutulmasına dair, həmçinin Cavabdeh qızı xx.xx.2010-cu il təvəllüdlü X5 şəkərli diabet xəstəliyi ilə bağlı ilk gündən müayinə və müalicələri üçün xərclənmiş pulların, 600 (altı yüz) manatın yarı hissəsi olan 300 (üç yüz) manatın Cavabdeh onun xeyrinə tutulmasına, eləcə də xəstə uşaqlarının gələcəkdə müayinə və müalicəsi üçün xərclənəcək vəsaitin yarı hissəsinin Cavabdeh onu xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-390/2019 saylı qətnaməsi ilə arvadı Cavabdeh ilə aralarında xx.xx.2008-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsində bağlanmış, bu barədə Akt qeydləri kitabında 1024 sayla qeyd edilmiş nikahları pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X3 anaları Cavabdeh yanında saxlanılmaları və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Son illər qızı xx.xx.2010-cu il təvəllüdlü X12 bərk xəstələnmiş və xx.xx.2021-ci il tarixindən anasının yanından çıxıb onun yanına yaşamağa gəlmişdir. O, Zəhranı xəstəxanada müayinə elətdirən zaman uşaqda şəkərli diabet xəstəliyinin olduğu müəyyən edilmişdir. O, Zəhranı müalicə etdirir, üstəlik Cavabdeh ondan X5 da saxlanması üçün əvvəlki qaydada aliment almaq niyyətindədir. X1 artıq onun yanında yaşaması ilə yanaşı o, 2022-ci ilin ortalarında Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində iddia qaldıraraq, Zəhranın tək qalmaması, onun yanında tək yaşamaması üçün azyaşlı oğulları X3 da onun himayəsinə verilməsini məhkəmədən xahiş etmişdir. Ancaq, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-312/2022 saylı qətnaməsi ilə onun iddia tələbi qismən təmin edilmiş, artıq 11 ay müddətdə onun yanında yaşayan və müalicə olunan xx.xx.2010-cu il təvəllüdlü X5 onun yanında saxlanılması qət edilmişdir. İddia tələbi, xx.xx.2011-ci il təvəllüdlü X3 onun yanında saxlanılmasına dair hissədə təminedilməmişdir. Ancaq, Gəncə Şəhər Məhkəməsi qətnamə qəbul edərkən, Ailə Məcəlləsinin 22-ci maddəsinin tələblərinə riayət etməmiş, bu baxımdan da, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-390/2019 saylı qətnaməsini, həmçinin, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-312/2022 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X5 onun yanında saxlanılmasının qət edilməsinə əhəmiyyət verməyərək uşağın saxlanması üçün aliment tələb etməmişdir. O, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)- 390/2019 saylı qətnaməsi üzrə alimentə dair verilmiş icra vərəqəsini icra etmiş, müəyyən qədər aliment borcu qalmışdır. xx.xx.2010-cu il təvəllüdlü X12 xx.xx.2021-ci il tarixindən anasının yanından çıxıb, onun yanına yaşamağa gəlmiş və bu günə qədər də onun himayəsindədir. Zəhranı o, saxlayır, şəkərli diabet xəstəliyi ilə bağlı müayinə və müalicələri üçün vəsaiti təkbaşına ödəyir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-312/2022 saylı qətnaməsi ilə onun iddia tələbi qismən təmin edilərkən hakim, X5 xx.xx.2021-ci il tarixindən onun yanına gəlməsini və onun himayəsində yaşamasını deməsinə baxmayaraq, bu faktiki halı, qətnamədə qeyd etməmiş, ümumi bir cümlə ilə üzərindən keçmiş, uşağın hazırda onun yanında olmasına dair bir cümlə yazaraq, tarixi qeyd etməmişdir. xx.xx.2010-cu il təvəllüdlü X5 artıq 11 ay müddətdə onun yanında yaşadığını, müalicə olunduğunu məhkəmə qeyd etməmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-390/2019 saylı qətnaməsinin xx.xx.2010-cu il təvəllüdlü X7 120 manat sabit pul məbləğində alimentin ondan tutulması hissəsi xx.xx.2021-ci il tarixindən məhkəmə qətnaməsi ilə dayandırılmalı, xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci tarixindən Cavabdeh onun xeyrinə tutulmalı, həmçinin, Cavabdeh, qızları xx.xx.2010-cu il təvəllüdlü X5 Şəkərli diabet xəstəliyi ilə bağlı ilk gündən müayinə və müalicələri üçün tərəfindən xərclənmiş 600 manata qədər məbləğin yarı hissəsi Cavabdeh onun xeyrimə tutulmalı və gələcəkdə müayinə və müalicələr üçün xərcələnəcək vəsaitin yarı hissəsini ona ödəməlidir, bu xərclərin ödənişinə cəlb edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, 16 oktyabr 2021ci il tarixdə 16 fevral 2010-cu il təvəllüdlü Zəhra adlı uşağı ona zəng edib ağlayaraq, onu gəlib anasının qaldığı evdən aparmasını istəmişdir. O, da həmin vaxt Zəhranı götürüb öz evinə gətirmişdir. 16 oktyabr 2021-ci il tarixdən hal-hazıra kimi Zəhra onun yanındadır. Bunu Zəhra da təsdiq edə bilər. 16 oktyabr 2021-ci il tarixdən Zəhra adlı uşaq onun yanında olduğuna görə həmin uşağın saxlanılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-390/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ödədiyi alimentdən azad olunmalı idi. Eyni zamanda Zəhranın saxlanılması üçün Cavabdeh 193 manat məbləğində aliment tələb edir. Bundan başqa Zəhra şəkərli diabet xəstəsidir. Zəhranın xəstəliyi ilə bağlı dərmanları dövlət hesabına alır. Lakin hərdən Zəhranı Bakı şəhərinə müayinələrə aparır. Hazırda da Zəhra adlı uşaq şəkərli diabet xəstəsi kimi qeydiyyatdadır. Uşağın hər dəfə müalicə üçün Bakıya getməsi, orada qalması xərc deməkdir. Lakin çəkilən xərclərə dair onda sübutlar yoxdur. Buna baxmayaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, 16 fevral 2010-cu il təvəllüdlü Zəhra adlı uşaq halhazırda İddiaçı yanındadır. Hərçənd ki, həmin uşaq İddiaçı yanında qaldığından iddiaçı özü də uşaq ilə əlaqədar olan xərcləri çəkməlidir. Bundan başqa Zəhranın xəstəliyi ilə bağlı xərcləri dövlət qarşılayır. X21 aztəminatlı olmaqla digər uşaq onunla qaldığından və həmin uşağın saxlanması üçün İddiaçı aliment tələb etdiyindən iddiaçının cavabdehdən Zəhra adlı uşağın saxlanması üçün aliment tələb etməyi düzgün olmazdı. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında 16 fevral 2010-cu il təvəllüdlü X5 fikri öyrənilən zaman bildirdi ki, Gəncə şəhəri 17 nömrəli məktəbdə təhsil alır və 7-ci sinfi bitirmişdir. Şəkərli diabet xəstəsi olduğu üçün gündə 3 dəfə dərman qəbul edir. Hazırda atası İddiaçı ilə birlikdə yaşayır. 16 oktyabr 2021-ci il tarixdə anası Cavabdeh ilə dalaşmış və anası ona evdən çıxıb getməsini demişdir. Ona görə də atası İddiaçı zəng etmiş, atası həmin gün onu gəlib öz evinə aparmış və həmin vaxtdan atası ilə birlikdə qalır. Hər şey yaxşıdır və atasını çox istəyir. Anası Cavabdeh ilə sonuncu dəfə 23 fevral 2023-cü il tarixdə görüşmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İİ seriyalı, 424008 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, X12 16 fevral 2010-cu il tarixdə doğulmuşdur. Valideynləri atası – İddiaçı, anası – Cavabdehdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2022-ci il tarixli, MŞG/1-06180 nömrəli arayışdan görünür ki, bu arayış vətəndaş İddiaçı “aliment” tələbi ilə bağlı müraciəti əsasında yeri və vaxtı barədə əvvəlcədən telefon və poçt vasitəsi ilə məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 05 dekabr 2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq etmək üçün verilir. İddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-390/2019 nömrəli, 27 may 2019cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 16 dekabr 2008-ci il tarixində Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsində bağlanaraq, 1024 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X12 və xx.xx.2011-ci il tarixdə doğulmuş X8 nikah pozulduqdan sonra anaları Cavabdeh yanında saxlanılması, uşaqlar yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı 10 dekabr 2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində uşaqların hər biri üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat aliment alınaraq Cavabdeh verilməsi və İddiaçı övladları xx.xx.2010-cu il tarixdə doğulmuş X12 və xx.xx.2011-ci il tarixdə doğulmuş X8 ilə hər həftənin cümə günü saat 18:00-dan gecə yanında qalmaqla bazar günü (bayram günləri də daxil olmaqla) 18:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmasının təmin edilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-312/2022 nömrəli, 30 avqust 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X12 iddiaçı (atası) İddiaçı yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X4-Daşkəsən Regional filialı tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli, 3-17-2/2-M-27854/2023 nömrəli arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişləri” altsistemində aktiv əmək müqaviləsi qeydə alınmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə Rayon Mənzil-İstismar Hissəsi 1 nömrəli Mənzil-İstismar sahəsi tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli, 157 nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır, ailə tərkibi oğlu xx.xx.2011-ci il təvəllüdlü X2 ibarətdir və həmin ünvanda yaşayırlar. 01 may 2023-cü il tarixli Aslanov Zülfüqar, Nəbiyev Mehman, Məmmədov Zöhrab, Məmmədova Sevda tərəfindən tərtib edilərək imzalanmış aktdan görünür ki, Gəncə şəhəri, Babək küçəsi, ev 23 ünvanından yaşayan İddiaçı göstərilən ünvanda doğulmuş və hazırda da yaşayır. Onun birinci nikahından doğulmuş qızı X12 16 oktyabr 2021-ci il tarixdən bu günə qədər hazırda Babək küçəsi, ev 23 ünvanında yaşamaqla İddiaçı yanında gecələməklə qalır. 1883 nömrəli X11 X6 X15 Kartasından Çıxarışın surətindən görünür ki, aparılan müalicə kursundan sonra X5 vəziyyəti yaxşıdır. Aktivdir. İntoksikasiya əlamətləri yoxdur. Glikemiya norma daxilindədir. Müsbət dinamika ilə evə yazılmışdır. “Diabet məktəbində” təlim kursu keçirilmişdir. Sahə həkimi, endokrinoloqun nəzarətində olmalıdır. AZ-İV seriyalı, 747073 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 06 may 2022-ci il tarixdə doğulmuşdur. Valideynləri atası – İddiaçı, anası – X9r. AZ-İV seriyalı, 747074 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 06 may 2022-ci il tarixdə doğulmuşdur. Valideynləri atası – İddiaçı, anası – X9r. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh nikahlarını rəsmiləşdirməklə evlənmiş və onların birgə ailə münasibətlərindən 16 fevral 2010-cu il təvəllüdlü Zəhra və 23 sentyabr 2011-ci il təvəllüdlü Hüseyn adlı iki uşaqları doğulmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-390/2019 nömrəli, 27 may 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında 16 dekabr 2008-ci il tarixində Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsində bağlanaraq, 1024 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X12 və xx.xx.2011-ci il tarixdə doğulmuş X8 nikah pozulduqdan sonra anaları Cavabdeh yanında saxlanılmış, uşaqlar yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı 10 dekabr 2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində uşaqların hər biri üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat aliment alınaraq Cavabdeh verilməsi və İddiaçı övladları xx.xx.2010-cu il tarixdə doğulmuş X12 və xx.xx.2011-ci il tarixdə doğulmuş X8 ilə hər həftənin cümə günü saat 18:00-dan gecə yanında qalmaqla bazar günü (bayram günləri də daxil olmaqla) 18:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmasının təmin edilməsi qət edilmişdir. Bundan sonra İddiaçı uşaq tələbinə dair məhkəmədə iddia qaldırmış və Gəncə Şəhər Məhkəməsinin 2(125)-312/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X5 atası İddiaçı yanında saxlanılması qət edilmişdir. X12 16 oktyabr 2021-ci il tarixdən hal-hazıra kimi atası İddiaçı yanındadır. İddiaçı onun yanında saxlanılan Zəhra adlı uşağın saxlanılması üçün Cavabdeh ödənilən alimentin dayandırılması, Zəhra adlı uşağın saxlanılması üçün Cavabdeh aliment tutulması və şəkərli diabet xəstəsi olan uşağın müalicəsində xərclərin yarı hissəsinin, gələcəkdə çəkiləcək xərclərdə ananın iştirakının təmin edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Lakin İddiaçı Zəhra adlı uşağın xəstəliyi ilə bağlı çəkdiyi xərclərə dair məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh tərəf isə iddia tələbinin Zəhra adlı uşağın atasının yanında olmasına dair hissəsini etiraf etsə də qalan hissədə iddianı qəbul etməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk növbədə iddiaçının Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-390/2019 saylı qətnaməsinin xx.xx.2010-cu il təvəllüdlü X7 120 manat sabit pul məbləğində alimentin ondan tutulması hissəsinin xx.xx.2021-ci il tarixindən dayandırılması hissəsinə qiymət verərək qeyd edir ki, iddiaçı bu tələbində haqlıdır. Belə ki, həmin fakt məhkəmə iclasında tədqiq olunan sübutlarla öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Zəhra adlı uşaq 16 oktyabr 2021-ci il tarixdən iddiaçı olan atası İddiaçı yanında qaldığından və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə Zəhra artıq atası İddiaçı himayəsinə verildiyindən, sonuncu Zəhra adlı uşağa münasibətdə ödənilən alimentdən 16 oktyabr 2021-ci il tarixdən bəri hissəsindən tamamilə azad olunmalıdır. Məhkəmə iddiaçının 16 fevral 2010-cu il təvəllüdlü Zəhra adlı uşağın saxlanılması üçün Cavabdeh 193 manat sabit pul məbləğində aliment tutulması hissəsinə qiymət verərək qeyd edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu baxımdan məhkəmə uşağın mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşaqlarından birinin atasının, digərinin isə anası ilə birlikdə yaşamasını, cavabdeh olan anası ilə birlikdə yaşayan uşaq üçün müəyyən edilmiş aliment məbləğini, eyni zamanda cavabdehin gəlirləri barədə işdə hər hansı sübutun olmamasını nəzərə alaraq hesab edir ki, Cavabdeh 16 fevral 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddiaçının digər bir iddia tələbi olan xx.xx.2010-cu il təvəllüdlü X5 şəkərli diabet xəstəliyi ilə bağlı ilk gündən müayinə və müalicələri üçün tərəfindən xərclənmiş pulların, 600 (altı yüz) manatın yarı hissəsi olan 300 (üç yüz) manatın Cavabdeh onun xeyrinə tutulmasını tələb etsə də, bununla bağlı hər hansı mötəbət sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən həmin hissə də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda məhkəmə iddiaçının şəkərli diabet xəstəsi olan uşağın gələcəkdə müalicəsi ilə bağlı çəkiləcək xərclərin yarı hissəsinin Cavabdeh onu xeyrinə tutulması hissəsinə də qiymət verərək qeyd edir ki, həmin uşağın müalicəsi ilə bağlı çəkiləcək xərclərin mövcudluğu və dairəsi müəyyən edilmədiyindən (qeyri müəyyən olduğundan) həmin hissədə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Alimentin tutulması iddianın məhkəməyə daxil olduğu 26 yanvar 2023-cü il tarixdən etibarən tutulmalı və qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İş materiallarına əlavə edilmiş mediasiya təşkilatının arayışından görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı ödənilmiş məbləği tələb etmədiyindən onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı 16 fevral 2010-cu il təvəllüdlü Zəhra adlı uşağa görə Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-390/2019 saylı qətnaməsində müəyyən olunan alimenti ödəmək vəzifəsindən 16 oktyabr 2021-ci il tarixdən etibarən azad olunsun. xx.xx.2023-cü il tarixdən başlayaraq, 16 fevral 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. İddia tələbi “şəkərli diabet xəstəsi olan 16 fevral 2010-cu il təvəllüdlü X5 müalicəsində xərclərin yarı hissəsinin tələbi, gələcəkdə çəkiləcək xərclərdə Cavabdeh cəlb edilməsi” hissəsində təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu (mediasiya xərci) iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1352/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1352/2023
13.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver