Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1403/2025 04.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdeh BOKT ASC-yə qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən X3 icarəçi Cavabdeh BOKT ASC-yə 18 ay müddətinə Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti b 265 ünvanında yerləşən 123 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsini ofis kimi istifadəyə vermişdir; xx.xx.2021-ci il tarixli 3M-89 reyestr nömrəli icarə müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavə dəyişikliyə əsasən, müqavilənin müddəti 2 il – yəni xx.xx.2024-cü il müddətinə artırılmış və tərəflər həmin müqavilənin pozulmasında dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab ediləcəkdir. İddiaçı X3 Cavabdeh BOKT ASC-yə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5000 manat pulun və ödənilmiş 70 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında olan xx.xx.2021-cu il tarixli icarə müqaviləsi əsasında ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti b.265 ünvanında yerləşən 123 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi ofis binası kimi istifadə edilməsi üçün təmir olunmuş vəziyyətdə tərəfindən cavabdehə icarəyə verilmişdir. İcarə müqaviləsinin müddəti qurtardıqdan sonra cavabdeh artıq sözügedən qeyri-yaşayış sahəsinin ofis binası kimi istifadə etməyəcəyini və xx.xx.2024-cü il larixdə ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti b.265 ünvanında yerləşən 123 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini cavabdeh necə qəbul etmişdirsə (yəni tam saz, necə təmir olunmuşdursa həmin təmirli vəziyyətdə, hər hansı bir dəyişiklik edilməmiş) həmin vəziyyətdə də təhvil-təslim aktı ilə ona təhvil verəcəyini bildirdi. Lakin cavabdeh tərəfindən ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti b. 265 ünvanında yerləşən 123 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi hər hansı bir təhviltəslim olmadan təqdim olundu. Ona məxsus olan və cavabdeh tərəfindən icarə müqaviləsi əsasında icarəyə götürülmüş Gəncə şəhəri Nizami rayonu Atatürk prospekti b. 265 ünvanında yerləşən 123 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə baxış keçirərkən ona məlum oldu ki, cavabdeh ofis binası kimi işlətdiyi, ona məxsus olan qeyri-yaşayış sahəsində bunker düzəldilib, arakəsmələr dağıdılb, vitrin şüşəsini biri çatlayıb, təmir korlanaraq digər rəngə boyanıb və yarasız vəziyyətə salınıb (FİNOKO BOKT loqosunun rənginə) və s. nöqsanlar aşkar edildi. Halbuki cavabdeh tərəfindən ona bildirilmişdir kı, icarəyə götürdüyü və ona məxsus olan, qeyri-yaşayış sahəsində hər hansı düzəlişlər, tikintilər və s. olsa belə, qeyri-yaşayış sahəsini cavabdeh necə təhvil alıbsa elə də qaytaracaq. Yuxarıda qeyd etdiklərində bağlı ona 5000 manat maddi ziyan dəyibdir. O, pulunu cavabdehdən məhkəmədənkənar ala bilmədiyinə görə məcbur olub hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən onun vəzifəsinin icrasını tələb etmək hüququ var. İddiaçı həmçinin bildirmişdir ki, giriş qapısının sökülüb yeirnə yerinə ayna-vitrin qoyulması; giirşdə olan vitrin-aynanın qırılması; obyektin içərisində olan boya rənginin dəyişdirilməsi; obyektin arakəsmənin dağıdılması; obyketdə olan sanizeldə kafel (metlax) dəyişdirilməsi; obyektdə dəyişiklik edilərək bunker (qapı) quraşdırılması və həmin konstruksiyasını dəyişdirib içəridən kubiklə hörülməsi şəklində iddiaçıya ziyan dəymişdir. "xxxx" MMC tərəfindən verilmiş LP-118/2025 saylı xx.xx.2025-ci il tarixli rəyə əsasən, ünvan 5 ünvanında yerləşən X2 məxsus olan qeyri-yaşayış sahəsində giriş qapısının bərpası 900 manat; girişdə olan vitrin-aynanın bərpası üçün (yenisi ilə əvəz olunması) 1000 manat; qeyri-yaşayış sahəsinin içərisində divar boyasının dəyişdirilməsi (usta haqqı və materiallar) 4200 manat; arakəsmə divarın tikinti və bərpası 500 manat; sanitar otağının ümumi (sanuzeldə) kafel dəyişdirilməsi (usta haqqı ilə birlikdə) 480 manat; bunker (qapı) quraşdırılması və həmin otağın konstruksiyasını dəyişdirilərək içəridən mişar daşı ilə hörülməsi işinin nəticələrinin aradan qaldırılması və yenidən bərpası 1450 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının təmsilçisi iddia ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin təmsilçisi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının təmsilçisini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
682. Kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 1096.2-ci maddəsinə görə мülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Hazırkı iş üzrə iddiaçı ona məxsus və icarəyə verdiyi qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən vurulmuş ziyanın əvəzi qismində 5000 manat pulun tutulmasını xahiş etmiş; icarəyə verilmiş əşyanın onun razılığı və məlumatı olmadan dəyişməsi və pisləşməsi ilə tələbini əsaslandırmışdır. Məhkəmə araşdırması zamanı mübahisəli qeyriyaşayış sahəsinə vurulmuş ziyanın nəticələrinin aradan qaldırılması üçün görülməli işlər qismində giriş qapısının bərpasının dəyəri 900 manat; girişdə olan vitrin-aynanın bərpasının dəyəri (yenisi ilə əvəz olunması) 1000 manat; qeyri-yaşayış sahəsinin içərisində divar boyasının dəyişdirilməsinin (usta haqqı və materiallar) dəyəri 4200 manat; arakəsmə divarın tikinti və bərpasının dəyəri 500 manat; sanitar otağının ümumi (sanuzeldə) kafel dəyişdirilməsinin (usta haqqı ilə birlikdə) dəyəri 480 manat; bunker (qapı) quraşdırılması və həmin otağın konstruksiyasını dəyişdirilərək içəridən mişar daşı ilə hörülməsi işinin nəticələrinin aradan qaldırılması və yenidən bərpasının dəyəri 1450 manat təşkil edir. Çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, cavabdeh tələbi təkzib edən hər hansı dəlil – mübahisəli sahənin təhvil alındığı qaydada iddiaçıya təslim edildiyini, mübahisəli sahədə dəyişikliklərin və (ya) pisləşmənin iddiaçının razılığı ilə yol verildiyini, əvəzi tələb olunan ziyanın vurulmasında təqsirli olmamasını, mübahisəli sahəyə hər hansı ziyan vurulmamasını, mübahisəli sahənin müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsini və (ya) pisləşməsini və bu hallara görə məsuliyyət daşımadığını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh ona qarşı yönəlmiş tələbə susaraq hər hansı münasibət bildirməmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, icarə müqaviləsinin uzadılmış müddətinin sonu olan xx.xx.2024-cü il tarixdən 6 aylıq müddət ərzində xx.xx.2024-cü il tarixdə, yəni zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun qüvvədə olduğu dövrdə məhkəməyə müraciət etmişdir. Bundan başqa, mübahisəli qeyri-yaşayış sahəsində vurulmuş ziyanın nəticələrinin aradan qaldırılması üçün görülməli işlərin dəyəri cəmi 8530 manat müəyyən edilsə də, məhkəmə iddiaçının cavabdehə yönələn tələbi çərçivəsində işə baxaraq qətnamə çıxarır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilərək cavabdehdən 5000 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 250 manat pul cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh BOKT ASC-dən 5000 (beş min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 (yetmiş) manat pul tutularaq X2 verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 250 (iki yüz əlli) manat pul Cavabdeh BOKT ASC-dən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli