Məhkəmə qərarları › İş №2(125)-1408/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1408/2025

21.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1408/2025 21.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada dəymiş ziyana görə 880 manat və mənəvi ziyana görə 100 manat, ümumilikdə 980 manat pul vəsaitinin tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hər iki cavabdehlə qonşudurlar. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2006-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışına əsasən Gəncə şəhəri, Kəpəz rayonu. İ. Talıblı küçəsində olan 0,02978 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı. 156.7 kv.m yaşayış, 183,9 kv.m köməkçi sahədən ibarət 143 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. “Yaşayış yeri üzrə qeydiyyat haqqında" Asan-Gəncə-dən verilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışa əsasən İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, İsmayıl Talıblı küçəsi, ev 143-də 15 oktyabr 2005-ci il tarixdən qeydiyyatdadır. Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin 08 iyul 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarına əsasən İddiaçı məxsus həyətyanı fərdi yaşayış evinin giriş qapısına 480 manat dəyərində maddi ziyan vurmuş. Cavabdeh1 əməlində Azərbaycan Respublikasının İXM-nin 232.1-ci maddəsinin tərkib əlamətləri olduğundan, Cavabdeh1 barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ- nin 2-ci Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-3489/2024 saylı qərarına əsasən Cavabdeh1 barəsində MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 -ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilmişdir. Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin 23 iyul 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarına əsasən İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 zərərçəkmiş şəxsə 150 manat dəyərində maddi ziyan vurduğundan, onun əməlində İXM-nin 232-1-ci maddəsinin tərkib əlaməti olduğundan qərarın surəti Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cii il tarixli. 3(125)-3490/2024 saylı qərarına əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək. 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayət edilməmişdir, bu səbəbdən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbinə görə iddia bir neçə cavabdehə qarşı irəli sürüldükdə, onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddiaçı ərizəsində Cavabdeh2 cavabdeh kimi göstərsə də, həmin cavabdehdən pulun tutulmasını hansı əsasla tələb etməsini qeyd etməmişdir. Bununla da onlar MPM-in 149.2.3-cü maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa, elektron məhkəmə sisteminə verilmiş sorğu nəticəsində əldə edilmiş məlumata əsasən, Cavabdeh1 Samux rayonu, Qırmızı Samux kəndində qeydiyyatdadır. Belə olan halda, iddia həmin cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə - Samux Rayon Məhkəməsinə verilir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Göstərilənlərə əsaslanaraq və Mülki-Prosessual Məcəllənin 149, 152, 263 və 264cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar