Məhkəmə qərarları › İş №2(125)-1413/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1413/2022

10.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1413/2022 10.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi ilə, İddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş hərrac xərclərinin tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “X7 Azərbaycan” QSC-in xeyrinə 5942,79 manat xidmət haqqı, 1069,70 manat (ƏDV 18%), 5389,61 manat sadələşdirilmiş vergi olmaqla, ümumilikdə 12402,1 (on iki min dörd yüz iki manat 10 qəpik) manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127,21 manat pulun tutularaq xeyirlərinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 133993.99 (bir yüz otuz üç min doqquz yüz doxsan üç manat doxsan doqquz qəpik) manat məbləğində əsas kredit borcunun, 19047.42 (on doqquz min qırx yeddi manat qırx iki qəpik) manat məbləğində əsas məbləğə hesablanmış faiz borcunun, 4272.97 (dörd min iki yüz yetmiş iki manat doxsan yeddi qəpik) manat məbləğində hər gecikdirilmiş günə görə cərimə borcunun, 31 (otuz bir) manat ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, ipotekaya qoyulmuş əmlakın tutmaya yönəldilməsi haqqında bildirişlərin əmlak sahiblərinə göndərilməsi üçün poçt xərci 2.75 manat və 30 manat iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun, cəmi 157378.13 (bir yüz əlli yeddi min üç yüz yetmiş səkkiz manat on üç qəpik) manat məbləğində borcun “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ipotekaya qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Şirvan küçəsində 0.03115 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 123.9 kv/m yaşayış, 114.6 kv/m köməkçi sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinin (ipoteka predmetinin) ilkin satış qiyməti xx.xx.2013-cü il tarixli qiymətləndirmə rəyinə əsasən, 98444/01 saylı, xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi ilə tərəflər arasında razılaşdırılmış 220000 (iki yüz iyirmi min) manat olmaqla açıq hərracdan satılmasından əldə edilən məbləğlərdən tutularaq, “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2015-ci il tarixdə “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi və artırılması barədə ərizə göndərərək Cavabdeh 133993.99 (yüz otuz üç min doqquz yüz doxsan üç dollar doxsan sent) ABŞ dolları məbləğində əsas kredit borcunun, 23037,46 (iyirmi üç min otuz yeddi dollar qırx altı sent) ABŞ dolları məbləğində əsas məbləğə hesablanmış faiz borcunun, 6479.89 (altı min dörd yüz yetmiş doqquz dollar səksən doqquz sent) ABŞ dolları məbləğində hər gecikdirilmiş günə görə cərimə borcunun cəmi, 163511,34 (bir yüz altmış üç min beş yüz on bir dollar otuz dörd sent) ABŞ dolları məbləğində borcun, 31 (otuz bir) manat ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin əmlak sahiblərinə göndərilməsi üçün poçt xərci 2.75 (iki manat yetmiş beş qəpik) manat və 30 manat iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə, ipotekaya qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Şirvan küçəsində 0.03115 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 123.9 kv.m yaşayış, 114.6 kv.m köməkçi sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinin (ipoteka predmetinin) ilkin satış qiyməti xx.xx.2013-cü il tarixli qiymətləndirmə rəyinə əsasən, 98444/01 saylı, xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi ilə tərəflər arasında razılaşdırılmış 220.000 manat olmaqla açıq hərracdan satılmasından əldə edilən məbləğlərdən tutularaq, “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)- 216/2015 saylı qətnaməsi ilə iddia tələbi iddia həcminin artırılmış hissəsində qismən təmin edilmiş, Cavabdeh 133993.99 (yüz otuz üç min doqquz yüz doxsan üç dollar doxsan doqquz sent) ABŞ dolları məbləğində əsas kredit borcu, 23037.46 (iyirmi üç min otuz yeddi dollar qırx altı sent) ABŞ dolları məbləğində əsas məbləğə hesablanmış faiz borcu, 400 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcu, cəmi 157431.45 (yüz əlli yeddi min dörd yüz otuz bir dollar qırx beş sent) ABŞ dolları, ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata olan rəsmi məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, 31 (otuz bir) manat ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc, ipotekaya qoyulmuş əmlaka tutmanın əmlak sahiblərinə göndərilməsi üzrə poçt xərci 2.75 (iki manat yetmiş beş qəpik) manat və 30 manat iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu, cəmi 63.75 (altmış üç manat yetmiş beş qəpik) manat tutularaq, “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi və tələbin ipoteka predmeti olan, Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Şirvan küçəsində 0.03115 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 123.9 kv.m yaşayış, 114.6 kv.m köməkçi sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzil açıq hərracda ixtisaslaşlaşdırılmış təşkilat vasitəsi ilə satılması, satışdan əldə olunan vəsaitin tutularaq iddiaçı “X7 Azərbaycan Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Gəncə Şəhəri üzrə İcra İdarəsinə yönəldilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-216/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin və Gəncə şəhəri üzrə İcra İdarəsinin Ü.Q 3663/15 saylı, xx.xx.2018-ci il tarixli məktubunun icrasına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41,42 və 43-cü maddələrinə istinad edərək hərrac təşkil olunmuşdur. Hərracın təşkilini "xxxx" MMC həyata keçirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracı başa çatdırmışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 11 fevral 2019-cu il tarixli müqaviləyə əsasən alıcı (hazırkı iddia üzrə iddiaçı) “X7 Azərbaycan” QSC Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Şirvan küçəsində 0.03115 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 123.9 kv.m yaşayış, 114.6 kv.m köməkçi sahədən ibarət 18 nömrəli fərdi yaşayış evini 140250 (yüz qırx min iki yüz əlli) manata almışdır. “X7 Azərbaycan” QSC tərəfindən xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə 5942.79 (beş min doqquz yüz qırx iki manat yetmiş doqquz qəpik) manat xidmət haqqının,1069.70 (bir min altmış doqquz manat yetmiş qəpik) manat (ƏDV 18%), 5389.61 (beş min üç yüz səksən doqquz manat altmış bir qəpik) manat (sadələşmiş vergi) olmaqla, cəmi 12.402.1 (on iki min dörd yüz iki manat on qəpik) manatın "xxxx" MMC -yə ödənilməsinə dair müvafiq ödəniş tapşırıqları verilmiş və həmin tarixli bank köçürmə sənədləri ilə qeyd edilən məbləğlər sonuncunun bank hesabına ödənilmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-216/2015 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 133.993.99 (yüz otuz üç min doqquz yüz doxsan üç dollar doxsan doqquz sent) ABŞ dolları məbləğində əsas kredit borcu, 23.037.46 (iyirmi üç min otuz yeddi dollar qırx altı sent) ABŞ dolları məbləğində əsas məbləğə hesablanmış faiz borcu, 400 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcu, cəmi 157.431.45 (yüz əlli yeddi min dörd yüz otuz bir dollar qırx beş sent) ABŞ dolları, ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata olan rəsmi məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, 31 (otuz bir) manat ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc, ipotekaya qoyulmuş əmlaka tutmanın əmlak sahiblərinə göndərilməsi üzrə poçt xərci 2.75 (iki manat yetmiş beş qəpik) manat və 30 manat iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu, cəmi 63.75 (altmış üç manat yetmiş beş qəpik) manat tutularaq, “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin ipoteka predmeti olan, Cavabdeh mülkiyyətində olan 220.000 manat məbləğinədə qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Şirvan küçəsində 0.03115 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 123.9 kv.m yaşayış, 114.6 kv.m köməkçi sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin ev açıq hərracda ixtisaslaşlaşdırılmış təşkilat vasitəsi ilə satılması, satışdan əldə olunan vəsaitin tutularaq iddiaçı “X7 Azərbaycan Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir; xx.xx.2019-cu il tarixli 08/02 saylı hərracın nəticələri barədə yekun protokoldan və əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Şirvani küçəsində 0,03115 ha torpaq sahəsində yerləşən 18 nömrəli fərdi yaşayış evini "xxxx" QSC 140250 manata almışdır; xx.xx.2019-cu il tarixli, 109 saylı ödəniş tapşırığının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hərracda satılması ilə bağlı YapıKredi Bank Azərbaycan tərəfindən "xxxx" MMC-nin hesabına 1069,7 manat ödənilmişdir. xx.xx.2019-cu il tarixli, 109 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" QSC tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hərracda satılması ilə bağlı "xxxx" MMC-nin hesabına 5942,79 manat ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixli, 182 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" QSC tərəfindən ünvan 3 ünvanında yerləşən yaşayış evinin alqı satqısı ilə bağlı 5389,61 manat sadələşmiş vergi ödəmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-216/2015 saylı qətnaməsi əsasında Cavabdeh 133993,99 (yüz otuz üç min doqquz yüz doxsan üç dollar doxsan doqquz sent) ABŞ dolları məbləğində əsas kredit borcu, 23037,46 (iyirmi üç min otuz yeddi dollar qırx altı sent) ABŞ dolları məbləğində əsas məbləğə hesablanmış faiz borcu, 400 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcu, cəmi 157431,45 (yüz əlli yeddi min dörd yüz otuz bir dollar qırx beş sent) ABŞ dolları, ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata olan rəsmi məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, 31 (otuz bir) manat ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc, ipotekaya qoyulmuş əmlaka tutmanın əmlak sahiblərinə göndərilməsi üzrə poçt xərci 2.75 (iki manat yetmiş beş qəpik) manat və 30 manat iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu, cəmi 63.75 (altmış üç manat yetmiş beş qəpik) manat tutularaq, “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi və tələbin ipoteka predmeti olan, Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Şirvan küçəsində 0.03115 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 123.9 kv.m yaşayış, 114.6 kv.m köməkçi sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracda ixtisaslaşlaşdırılmış təşkilat vasitəsi ilə satılması, satışdan əldə olunan vəsaitin tutularaq iddiaçı “X7 Azərbaycan Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. İcra sənədinin icrası ilə bağlı ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracda satılması sifariş olunmuş, hərracın təşkilini "xxxx" MMC həyata keçirmişdir. Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alıcı (hazırkı iddia üzrə iddiaçı) “X7 Azərbaycan" QSC Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini 140250 manata almışdır.“X7 Azərbaycan" QSC tərəfindən hərracın keçirilməsi ilə bağlı 5942,79 manat xidmət haqqı, 1069,70 manat əlavə dəyər vergisi və 5389,61 manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli halları araşdırıb, tədqiq edilmiş sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, İcra Haqqında Azərbaycan Respublikası Qanununun 74.1-ci maddəsinə əsasən İcra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun (Bundan sonra-X4) 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. ( Mad. 4.1.1- 4.1.4 ) X2 47.2-ci maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. (Mad.47.2.1, 47.2.2, 47.2.3, 47.2.4) X2 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və “Məhkəmə Qərarlarının İcrası Haqqında” Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2002-ci il tarixli qərarnda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və “Məhkəmə Qərarlarının İcrası Haqqında” Azərbaycan Respublikası Qanununun 74.1-ci maddəsində olan icra ödənişi icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər icra sənədi üzrə icraat zamanı borcluya tətbiq olunmuş cərimələr ödənilir. Qalan pul məbləğindən...” müddəalar Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 60 və 71-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara və qeyd olunan hüquq normalarına istinad edərək hesab edir ki, ipoteka predmetinin hərracda satılması ilə bağlı hərrac təşkilatçısının xərcləri iddiaçı tərəfindən ödənildiyindən həmin pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 11 fevral 2019-cu il tarixdə keçirilmiş hərracın nəticələri ilə bağlı ödənilmiş 5942,79 manat xidmət haqqı, 18 faiz əlavə dəyər vergisi üzrə ödənilmiş 1069,70 manat və sadələşmiş vergi üzrə ödənilmiş 5389,61 manat olmaqla, ümumilikdə 12402,1 (on iki min dörd yüz iki manat 10 qəpik) manat alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 127,21 (bir yüz iyirmi yeddi manat 21 qəpik) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 11 fevral 2019-cu il tarixdə keçirilmiş hərracın nəticələri ilə bağlı ödənilmiş 5942,79 manat xidmət haqqı, 18 faiz əlavə dəyər vergisi üzrə ödənilmiş 1069,70 manat və sadələşmiş vergi üzrə ödənilmiş 5389,61 manat olmaqla, ümumilikdə 12402,1 (on iki min dörd yüz iki manat 10 qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127,21 manat alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar