Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1472/2023 02.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X3, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı «fərdi yaşayış evinin naturada bölünməsi» tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq müəyyənetdim: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı «fərdi yaşayış evinin naturada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi təxminən 61 kvm olan fərdi yaşayış evinin paylı mülkiyyətində olan tikinti “A”-nın və həmin tikinti “A”-nın zirzəmisinin onun mülkiyyətində olan 5/12 hissəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilmişdir ki, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, hazırki iddia qiymətləndirilməyən iddia olduğu üçün iddia ərizəsinin məhkəmə verilməsi üçün iddiaçı tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödənməli idi. Lakin iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, 100 (bir yüz) manat dövlət rüsumundan 80 (səksən) manat dövlət rüsumu ödənilmişdir. İddiaçı iddia ərizəsinə qalan 20 (iyirmi) manat dövlət rüsumunun guya ödənilməsi barədə qəbz əlavə etsə də, məhkəmə hesab edir ki, həmin qəbzin üzərində ödəniş tarixi olaraq 29 sentyabr 2021-ci il tarix qeyd edilmiş, məhkəmənin növü kimi Gəncə şəhəri Nizami Rayon Məhkəməsi, dövlət rüsumunu ödəyən şəxs kimi iş üzrə iddiaçı olmayan X1 göstərilmişdir. Halbuki iddia ərizəsinin məzmunundan da görünür ki, Zenfira Bağırovanın hazırki iddia ilə heç bir əlaqəsi yoxdur. Bununla da 20 (iyirmi) manat dövlət rüsumunun məhkəmənin hesabına ödənilməsi ilə bağlı qeyri-müəyyənlik yaranmışdır. Beləliklə müəyyən olunur ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunu tam ödəməmiş və ödənilməsi barədə qəbzi ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən qanunvericilik normalarına əsasən hesab edirəm ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunu ödəmədiyindən və həmin məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı «fərdi yaşayış evinin naturada bölünməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə yazılı şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1472/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1472/2023
02.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver