Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1504/2023 03.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 1150 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 31 manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə Cavabdeh1 keçmiş gəlini, digər cavabdeh İsgəndər Seyidov isə gəlini Nəzakətin dayısıdır. Övladı Nümayəndə Cavabdeh1 ilə nikahları pozulmamışdan qabaq təxminən 2021-ci ilin iyul ayında Cavabdeh1 digər cavabdeh olan dayısı İsgəndər Seyidov ilə birgə ünvan 1 ünvanından azyaşlı övladını da götürüb çıxıb getmişdir. Onlar evdən çıxarkən Nümayəndə məxsus 583 əyarlı 800 manat dəyərində qızıl üzük və onun Cavabdeh1 bank vasitəsi ilə göndərdiyi içərisində 1150 manat pul olan bank kartını da özləri ilə aparmışdırlar. Onun bank vasitəsi ilə Cavabdeh1 pul göndərməyini iddiaçı Nümayəndə cavabdehlər Cavabdeh1 və X3 qarşı «qızıl-zinət əşyaları və pul» tələbinə dair iddiası üzrə mülki işə baxılarkən Cavabdeh1 etiraf etmişdir. Belə ki, həmin iş üzrə Cavabdeh1 məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, o, iddia tələbini qismən qəbul edir, iddia ərizəsində göstərilmiş qızıl üzük həqiqətən ondadır. Lakin iddia tələbinin 1150 manat məbləğində pul hissəsi razı deyil. Həmin pul Nümayəndə ilə birgə nikah dövründə qaynatası tərəfindən bank kartı vasitəsilə göndərilmişdir. Həmin pul istifadə olunmamışdır və bank kartı iddiaçının özündədir. İddiaçı tərəfindən onun hesabına hər hansı bir pul köçürülməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası zamanı Cavabdeh1 583 əyarlı 800 manat dəyərində qızıl üzüyü oğlu Eminə qaytarsa da, onun bank vasitəsi ilə Cavabdeh1 məxsus bank kartına göndərdiyi 1150 manat pulu cavabdehlər ona qaytarmamışdırlar. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında əvvəl pulun 05.062020-ci il tarixdə bacısının təhsili üçün göndərildiyini sonra isə 5 iyul tarixində göndərildiyini, 7 iyul tarixində isə Cavabdeh1 digər cavabdeh olan dayısı İsgəndər Seyidov ilə birgə azyaşlı övladını da götürüb çıxıb getdiyini göstərərək hazırda həmin bank kartının məhz Cavabdeh1 olduğundan iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəkili Vəkil iddiaçının nümayəndəsi ilə eyni məzmunda çıxış edərək göstərdi ki, cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində İddiaçı tərəfindən 40000(qırx min) rus rublunun bank kartına göndərilməsini özləri də etiraf etmişdirlər. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və X2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. X1 iddia tələbinə qarşı məhkəməyə etiraz göndərərək Nəzakətin evdə baş verən dava dalaşa görə göstərilmiş şiddətlə bağlı babası evinə taksi ilə getdiyini və 1150 manat pulun Nəzakətə göndərilib-göndərilməmsi və onun Nəzakət tərəfindən xərclənibxərclənməməsindən məlumatı olmadığını göstərmişdir. Digər Cavabdeh1 etiraz ərizəsini imzalayan şəxs səlahiyyətini təsdiq edən sənədi etiraza əlavə etmədiyindən məhkəmə etirazın dəlillərini nəzərə almamışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-1235/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Nümayəndə cavabdehlər Cavabdeh1 və X2 qarşı qızıl-zinət əşyaları və pul tələbinə dair iddia tələbi qismən təmin edilmiş, cavabdehlərdən Nümayəndə məxsus 583 əyyarlı qızıl üzük və ya onun dəyəri iddiaçı Nümayəndə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən görünür ki, Cavabdeh1 iddia tələbinin 1150 manat məbləğində pul hissəsi ilə razı olmadığını, həmin pulu Nümayəndə ilə birgə nikah dövründə qaynatası tərəfindən bank kartı vasitəsilə göndərildiyini, həmin pulun istifadə olunmadığını və kartın Eminin özündə olduğunu, iddiaçı tərəfindən onun hesabına hərhansı pul köçürülmədiyini göstərmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, hüquq normaları baxımından qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi iddiaçı iddia tələbini əvvəlki işə baxılarkən iddiaçı tərəfindən 1150 manatın göndərilməsini cavabdehin etiraf etməsi, eyni zamanda cavabdehin etirazında 870 manat pulu etiraf etməsi ilə əlaqələndirsə də həmin kartın cavabdehə məxsus olması, pulun köçürülmə tarixi, hansı bank vasitəsi ilə köçürülməsi barədə əsaslı sübutlar təqdim etməmişdir. Bununla yanaşı işin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh əvvəlki işə baxılarkən 1150 manat məbləğində pul hissəsi ilə razı olmadığını, həmin pulu Nümayəndə ilə birgə nikah dövründə qaynatası tərəfindən bank kartı vasitəsilə göndərildiyini, həmin pulun istifadə olunmadığını və kartın Eminin özündə olduğunu, iddiaçı tərəfindən onun hesabına hər-hansı pul köçürülmədiyini göstərmişdir. Eyni zamanda cavabdeh etirazında 870 manat pulun övladları olan oğul nəvəsinə hədiyyə göndərildiyini həmin pulu da birgə yaşadıqları dövrdə uşağın ehtiyaclarına xərclədiklərini göstərmişdir. Beləliklə işin müəyyən olunmuş halları və araşdırılmış sübutlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-1504/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1504/2023
03.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver