Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-152/2023 24.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh X5, Cavabdeh1, Cavabdeh4 və X3 qarşı cinayət yolu ilə qəsb olunmuş ünvan 1 ünvanının iddiaçıya qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X5, Cavabdeh1, Cavabdeh4 və X3 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 250 manat maddi zərər və 750 manat mənəvi zərər olmaqla cəmi 1000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər X5 və X2 adının Cavabdeh3 və X1 qeyd edilməsini xahiş etmişdir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər Samux rayonun Poylu kəndində qeydiyyatdadır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsi barərə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və X4 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və X4 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbin tələbinə dair mülki iş baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-152/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-152/2023
24.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver