Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-157/2024 08.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə ilk, Cavabdeh İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vermiş olduğu qızılın dəyəri kimi 34.480 manat pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, o, 2021-2022-ci illərdə özünə məxsus qızıl əşyalarını satıb pulunu qaytarmaq şərti ilə cavabdehə vermişdir. Cavabdehə verdiyi qızılların pulundan müəyyən məbləğ qaytarsa da ümumilikdə 34.480 manat dəyərində qızıllarının pulunu qaytarmamışdır. Bu şəxsdən qızılların dəyərini tələb etdikdə müxtəlif bəhanələr gətirib qızılların pulunu qaytarmır. O, iddia ərizəsinə cavabdehin öz imzası ilə ona borcun olmasına dair etirafları olan əlyazma kağızları əlavə etmişdir. Həmin kağızlarda o qızıllara görə ödədiyi 34.480 manat borcunun olduğunu etiraf edir. Ona görə də məhkəmə qaydası ilə ondan 34.480 manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsini istəyir. Cavabdeh Tağızadə X3 Südabə Əli qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı onun xeyrinə nisyə verdiyi zinət əşyalarının razılaşdırılmış dəyəri üzrə 16.300 manat pul tutulmasını; ona qarşı 34.480 manat tələbini əsassız hesab edilməsini və hər iki iddia üzrə ödənilmiş dövlət rüsumlarını İddiaçı aid edib, ondan qarşılıqlı iddia qaldırmaq üçün ödənilmiş 120 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı ona qarşı 34.480 manat tələbinə dair iddiası əsassızdır. Belə ki, onlar ailəliklə yaxın münasibətdə olmuş, hər ikisi zinət əşyalarının alveri ilə məşğul olurlar. Əsasən zinət əşyaları almaq üçün xaricə birgə səfərlər etmişlər. Yaxşı müştəri düşəndə, bir birinə qəbzlərlə mal vermiş, qiymətini dərhal razılaşdırmışlar. Aralarında inam olmasına baxmayaraq, bir-birinə nisə mal verəndə, bunu mütləq yazılı qeydlərlə həll etmişlər. Bu ilin iyul ayına kimi nisyə mal alış-verişində münasibətləri məhz belə davam etmişdir. İmza və xətlərlə təsdiqlənən qeydlərə əsasən nisyə alqı-satqı üzrə onun İddiaçı 24.500 manat, onun isə 40.800 manat borcu var. Fərq - 16.300 (40.800-24.500=16.300) manatdır. Bu məbləği o, ödəməyə borcludur. Son zamanlar İddiaçı, onu uşaq görüb (yaş fərqi böyükdür), 16.300 manat borcu ödəməmək naminə, haqlı olmasına süni məntiq yaratmaq üçün onu qabağlayıb, 34.480 manat borca dair iddia qaldırmışdır. Halbuki qeyd etdiyi kimi, borcda saldo onun xeyrinədir. Münasibətləri pozulana kimi onun 24.500 manat borcu, Südabənin isə ona 40.800 manat borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı ilk iddianın məzmununa uyğun izahat verərək, ilk iddianın təmin olunması, qarşılıqlı iddianın isə əsassız olduğu üçün rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarında olan iddiaçı tərəfdən təqdim edilmiş qəbzlərdən görünür ki, Cavabdeh Südabə xaladan götürdüyü qızılların pulu 5931 manat borcu var; Cavabdeh 7273 manat dəyərində qızıl götürdü, aylıq 400 manat ödəyəcəkdir, 24.4 qr 750 əyarda qolbağı 1 ədəd 49.4 583əyarda rekert boyunbağı 1 ədəd götürdü. xx.xx.2020ci ildə 200 manat, xx.xx.2021-ci ildə 400 manat, xx.xx.2021-ci ildə 400 manat, xx.xx.2021ci ildə 400 manat, xx.xx.2021-ci il 400 manat verdi; Cavabdeh 4200 manat borcu var. xx.xx.2022-ci ildə 300 manat, xx.xx.2022-ci ildə 300 manat, xx.xx.2022-ci ildə 300 manat verdi; Cavabdeh 11248 manat borcu borcu var, aylıq 500 manat ödəyəcəkdir. xx.xx.2021-ci ildə 1000 manat, xx.xx.2022-ci ildə 355 manat, xx.xx.2022-ci ildə 300 manat verdi; Cavabdeh 2913 manat borcu var, ayda 300 manat ödəyəcəkdir. xx.xx.2021-ci ildə 13 manat, xx.xx.2021-ci ildə 300 manat, xx.xx.2021-ci ildə 600 manat, xx.xx.2022-ci ildə 2000 manat verdi. Qurtardı, bitti; Cavabdeh 4048 manatlıq qızıl aldı, hər ay 500 manat pul verəcək. Yuxarıda yazılanlarla razıdır, 4048 manat borcu var. xx.xx.2020-ci ildə 1000 manat, xx.xx.2020-ci ildə 1000 manat, xx.xx.2020-ci ildə 500 manat, xx.xx.2021-ci ildə 500 manat, xx.xx.2021-ci ildə 500 manat, 548 manat verdi, bitti. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Ələkbərova X5 510 qram (583-585) qızılı almışdır. 1 qramı 80 manata, cəmi 40.800 manat borcu vardır. 5 aya borcunu ödəyəcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4/1907 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş xx.xx.2023-cü il taixli qəbzdəki “Мəн Əлəкбəрова Судабə Əли гызы Нурəддиндəн 510 гр, (583-585) гызыл алдым. 1гр 80 маната. 40,800 борчум вар. 5 аjа öдəjəчəм. xx.xx.2023” hərf və rəqəmli yazılar və imza- İddiaçı tərəfindən yox, başqa başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş ərizədən görünür ki, təqdim edilən qəbzlərdə X4 və X2 imzaları ilə üzərlərinə götürdükləri borcun ödənilməsinə cavabdehlik daşıdığını təsdiq edir. Dairədə 3 yazılan qəbzdə 5-ci sətrdə yazılan (50.6+57.7) “paxlava” sətirdə yazılan sözlər saxtadır, sonradan yazılmışdır, qalan sözlər həqiqidir. “Nuranə Allahverdiyeva xx.xx.2021, imza, şəxsiyyət vəsiqəsinin nömrəsi olan qəbzin şəxsən ona aidiyyəti yoxdur. Həmin qəbzə o, Nuranə Allahverdiyeva ilə Südabı Ələkbərova arasında olan haqq-hesablara şahid kimi imza etmişdir. Mübahisə olarsa, şahid kimi ifadə verə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, tərəflər nisyə alqısatqı münasibətinə daxil olmuşdur və hər iki tərəf həmin münasibətlərdən irəli gələn ödənilməmiş pulun tutulmasını xahiş etmişdir. Məhkəmə ilkin iddiaya münasibətdə qeyd edir ki, cavabdeh qarşılıqlı iddia ərizəsində və iclasda bildirmişdir ki, məhkəməyə tələblə müraciət etdiyi xx.xx.2023-cü ildə onun iddiaçıya 24500 manat, iddiaçının ona 40800 manat borcu olmuşdur. Məhkəmə hesab edir ki, ilk iddianın 24500 manat pulun tutulması hissəsində cavabdehin etirafı qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ilk iddia 24500 manat pulun tutulması hissəsində cavabdeh tərəfindən etiraf edildiyindən iddiaçı iddianı həmin hissədə sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, cavabdehin iddianı həmin hissədə etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, ilk iddianın cavabdeh tərəfindən həmin hissədə etirafı qəbul edilməli, 24500 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində ilk iddia təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının tələbini əsaslandırmaq üçün təqdim etdiyi, cavabdehin 4200 manat, 7273 manat, 11248 manat və 5931 manat borcunun olması və həmin qəbzlərdə ödənişlərin edilməsi dair yazıların qarşısındakı imzaların cavabdeh tərəfindən icra edilməsini tərəflər qəbul etmişdir. Məhkəmə nəzərə alır ki, həmin qəbzlərdəki ödənişlərin tarixləri qarşılıqlı iddianın verildiyi tarixdən əvvəlki dövr üzrədir, xx.xx.2023-cü il tarixdən sonraya ödəniş edilməsinə dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, həmin qəbzlərdə göstərilmiş borclar və edilmiş ödənişlərin cəmi həcmi cavabdehin etiraf etdiyi məbləğdən aşağıdır, belə olan halda iddiaçının tələb etdiyi qalan məbləğin tutulması üçün əsas müəyyən edilmədiyindən ilk iddia qalan hissədə təmin edilməməlidir. Bununla yanaşı, X1 borc alması barədə qəbzi cavabdehin şahid qismində imzalaması, habelə cavabdehin 4048 manat və 2913 manat borc alması barədə qəbzlərdə isə həmin borcu tam ödəməsi müəyyən olunur. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, cavabdeh tələbini iddiaçı tərəfindən yazıldığını və imzalandığını bildirdiyi qəbzlə əsaslandırmışdır. Lakin iş üzrə verilmiş ekspert rəyinə əsasən, qəbzdəki hərf və rəqəmlə yazıların, habelə imzanın iddiaçı tərəfindən icra edilmədiyi müəyyən edilmişdir. Həmin ekspert rəyinin əsassız olmasına dair hər hansı dəlil təqdim edilməmişdir. Belə olan halda, sübuta yetirilmədiyi üçün qarşılıqlı iddia təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlk iddianın qismən təmin edilmiş hissəsinə mütənasib olaraq, ilk iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 163.5 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Qarşılıqlı iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlk iddia qismən təmin edilsin. Cavabdeh 24500 (iyirmi dörd min beş yüz) manat pul və ilk iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 163 (yüz altmış üç) manat 50 (əlli) qəpik pul tutularaq İddiaçı verilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim : Xədicə Səfərli