Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-16/2023 31.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı «payların naturada bölünməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı «payların naturada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Gəncəvi küçəsi, ev 25 ünvanda yerləşən mülkdə müəyyən olunmuş payların onun və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Gəncə şəhəri, Gəncəvi küçəsi, ev 25 ünvanda yerləşən mülk atası X4 miras qalmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(044)-767/2010 saylı qətnaməsi ilə miras mülkdə vərəsələr arasında paylar müəyyən olunmuş, mülkün 1/5 hissəsi ona, 1/5 hissəsi Aybənizə, 1/5 hissəsi Mübarizə, 1/5 hissəsi İsbəndiyara, 1/5 hissəsi Alimə müəyyən olunmuşdur. Lakin hal-hazırda aralarında narazılıq olduğu üçün cavabdehlər könüllü olaraq mülkün naturada bölünməsinə razı olmadıqları üçün payların naturada bölünməsini istəyir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X3 iddia tələbi ilə razı olmadığını bildirmiş, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2011-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Gəncəvi küçəsi, 25 saylı fərdi yaşayış evinin 1/5 hissəsi İddiaçı, 1/5 hissəsi Cavabdeh1, 1/5 hissəsi Cavabdeh4, 1/5 hissəsi Cavabdeh2, 1/5 hissəsi Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X1 və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsinin verdiyi xx.xx.2005-ci il tarixli 21469 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Gəncəvi küçəsi, 25 saylı ev mülkiyyət hüququ əsasında X5 adına qeydə alınmışdır. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(044)- 767/2010 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X5 28 noyabr 2004-cü il tarixdə ölümündən sonra miras qalmış ünvan 2 ünvanındakı evdən ibarət əmlakın onun birinci növnəli vərəsələri İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, onların bərabər paylarla həmin evə vərəsəlik və mülkiyyət hüquqlarının tanınması, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Gəncə şəhəri, Gəncəvi küçəsi, 25 saylı evə hər birisinin payı həmijn evin 1/5 hissəsindən ibarət olmaqla mülkiyyət hüququna dair sənədlə təmin edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə təmin ediməməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə 21 oktyabr 2022-ci il tarixli məlumatından görünür ki, məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi xx.xx.2022-ci il tarixə təyin edilmiş, lakin həmin tarixdə baxış keçrilən zaman obyektin qapısı bağlı olduğundan baxışın keçirilməsi və qərardadla ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmiş, lakin tərəflər məhkəmə binasına gəlmədiyindən, təqdqiq olunan tikililərin yerləşdiyi ünvanın müəyyən edilməsi və qərardadla ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə 10 iyul 2023-cü il tarixli məlumatından görünür ki, tərəflər məhkəmə binasına gəlmədiyindən tədqiqat obyektinə baxış keçirilməsi və qərardadla ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2011-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Gəncə şəhəri, Gəncəvi küçəsi, 25 saylı fərdi yaşayış evinin 1/5 hissəsi İddiaçı, 1/5 hissəsi Cavabdeh1, 1/5 hissəsi Cavabdeh4, 1/5 hissəsi Cavabdeh2, 1/5 hissəsi Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin və fərdi yaşayış evinin real bölgüsü əsasında ara sərhədlərinin müəyyən edilməsində razılaşa bilmədiklərindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, işdə iştirak edən şəxslər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən 220-ci maddəsi əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsaən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə göstərilən normaların tələbləri baxımından iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən halların dairəsinə uyğun olaraq müəyyən etdi ki, mübahisəli əşya ümumi paylı mülkiyyətdə olmalı, iddiaçı və cavabdeh paylı mülkiyyətin mülkiyyətçisi olmalı, paylı mülkiyyətin mülkiyyətçiləri əşyanın bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməli, əşyanın bölünməsi və ondan payın ayrılması ümumi əşyanın təyinatına tənasübsüz zərər vurmadan mümkün olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilən şərtlər əsasında həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin naturada bölgüsü mümkün deyildir. Belə ki, mübahisəli torpaq sahəsi üzərində tərəflərin ümumi paylı mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. İddiaçı paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının ayrılmasını tələb etmişdir. Lakin, iddiaçının payının ayrılmasına dair paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlər razılıq verməmişlər. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatından görünür ki, tərəflər məhkəmə binasına gəlmədiyindən tədqiqat obyektinə baxış keçirilməsi və qərardadla ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Bu baxımdan məhkəmə gələcəkdə paylı mülkiyyətə əmlakın hərracdan satılaraq son qoyulması hüquqlarının təmin edilməsi məqsədilə tərəflərin ekspertiza keçirilməsində iştirak etməməsini əmlakın naturada bölünməsinin mümkün olmaması kimi qiymətləndirir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 341-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı «payların naturada bölünməsi» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-16/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-16/2023
31.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver