Məhkəmə qərarları › İş №2(125)-160/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-160/2024

29.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-160/2024 29.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl əşyaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 592,77 qram çəkidə olan qızılların və ödənilmiş 158 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehi lombard fəaliyyətini həyata keçirən şəxs kimi tanımışdır. 2016-cı ildən onun işlətdiyi lombarddan qızıl-zinət əşyaları qoyaraq ayda 48% olmaqla kreditə pul götürmüşdür. Onunla qeyd edilən lombard arasında 16 ədəd kredit müqavilələri bağlanmışdır. xx.xx.2016-cı il tarixli 10148 saylı müqavilə ilə 24 ay müddətində 5450 manat; xx.xx.2016-cı il tarixli 10152 saylı müqavilə ilə 12 ay müddətinə 970 manat; xx.xx.2017-ci il tarixli 10492 saylı müqavilə ilə 24 ay müddətində 5050 manat; xx.xx.2017-ci il tarixli 10561 saylı müqavilə ilə 18 ay müddətində 3500 manat; xx.xx.2017-ci il tarixli 10028 saylı müqavilə ilə 12 ay müddətində 1150 manat; xx.xx.2017-ci il tarixli 10085 saylı müqavilə ilə 18 ay müddətində 2150 manat; xx.xx.2017ci il tarixli 10117 saylı müqavilə ilə 18 ay müddətində 2100 manat; xx.xx.2017-ci il tarixli 10145 saylı müqavilə ilə 18 ay müddətində 2500 manat; xx.xx.2017-ci il tarixli 10152 saylı müqavilə ilə 24 ay müddətində 2116 manat; xx.xx.2018-ci il tarixli 10195 saylı müqavilə ilə 24 ay müddətində 3310 manat; xx.xx.2018-ci il tarixli 10226 saylı müqavilə ilə 18 ay müddətində 1600 manat; xx.xx.2018-ci il tarixli 10274 saylı müqavilə ilə 24 ay müddətində 5330 manat; xx.xx.2018-ci il tarixli 10333 saylı müqavilə ilə 12 ay müddətində 2220 manat; xx.xx.2018-ci il tarixli 10354 saylı müqavilə ilə 24 ay müddətində 9800 manat; xx.xx.2018ci il tarixli 10393 saylı müqavilə ilə 24 ay müddətində 2700 manat; (X3 adına bağlanmışdır.) xx.xx.2018-ci il tarixli 10455 saylı müqavilə ilə 24 ay müddətində 5330 manat; (X1 adına bağlanmışdır.) Qeyd edilən kredit müqavilələri ilə yanaşı qızıl əşyaları girov qoyulmuşdur. xx.xx.2016-cı il tarixli 10149 saylı müqavilə üzrə 3 ədəd boyunbağı - 76,4 qram, 583 əyyar; 2130 manat qiymətləndirilib; 1 ədəd qolbağı - 12,6 qram, 750 əyyar, 490 manat qiymətləndirilib; 1 ədəd üzük və bir klon - 8,66 qram, 585 əyyar, 230 manat qiymətləndirilib; 1 ədəd brilyant üzük - 5,3 qram, 750 əyyar, 210 manat qiymətləndirilib; 1 ədəd brilyant kolye -11,8 qram, 583 əyyar, 340 manat qiymətləndirilib; 1 kolye qolbağı - 14,3 qram, 583 əyyar, 400 manat qiymətləndirilib; 1 brilyant dəst- 17,7 qram, 583 əyyar, 490 manat qiymətləndirilib; 1 saat qolbağı ilə - 17,3 qram, 583 əyyar, 480 manat qiymətləndirilib; 3 ədəd üzük - 12,9 qram, 583 əyyar, 340 manat qiymətləndirilib; 1 ədəd brilyant üzük- 4,9 qram, 750 əyyar, 190 manat qiymətləndirilib; 1 ədəd boyunbağı- 5,6 qram, 583 əyyar, 150 manat qiymətləndirilib; xx.xx.2016-cı il tarixli 10152 saylı müqavilə üzrə 1 ədəd brilyant üzük- 6,3 qram, 750 əyyar, 320 manat qiymətləndirilib; 1 ədəd üzük - 4,4 qram, 583 əyyar, 180 manat qiymətləndirilib; 1 ədəd qolbağ -11,6 qram, 583 əyyar, 470 manat qiymətləndirilib; xx.xx.2017-ci il tarixli 10492 saylı müqavilə üzrə 3 ədəd boyunbağı - 69,5 qram, 583 və 585 əyyar, 2085 manat qiymətləndirilib; 1 cüt sırğa - 7,8 qram, 585 əyyar, 235 manat qiymətləndirilib; xx.xx.2017-ci il tarixli 10028 saylı müqavilə üzrə 1 ədəd qolbağ -11,5 qram, 583 əyyar, 380 manat qiymətləndirilib; 1 ədəd üzük - 4,3 qram, 583 əyyar, 140 manat qiymətləndirilib; 1 ədəd üzük - 6,2 qram, 583 əyyar, 210 manat qiymətləndirilib; 1 dəst - 16,2 qram, 585 əyyar, 420 manat qiymətləndirilib; xx.xx.2017-ci il tarixli 10085 saylı müqavilə üzrə 1 ədəd boyunbağı- 20,6 qram, 583 əyyar, 680 manat qiymətləndirilib; 1 ədəd qolbağ - 8,7 qram, 585 əyyar, 290 manat qiymətləndirilib; 1 cüt sırğa - 11,4 qram, 585 əyyar, 380 manat qiymətləndirilib; 1 üzük - 3,7 qram, 750 əyyar, 150 manat qiymətləndirilib; xx.xx.2017-ci il tarixli 10117 saylı müqavilə üzrə 1 qolbağ- 23,5 qram, 750 əyyar, 1400 manat qiymətləndirilib; xx.xx.2017-ci il tarixli 10145 saylı müqavilə üzrə 1 boyunbağı- 50,1 qram, 583 əyyar, 1800 manat qiymətləndirilib; xx.xx.2017-ci il tarixli 10152 saylı müqavilə üzrə 1 dəst- 14,6 qram, 750 əyyar, 2116 manat qiymətləndirilib; xx.xx.2018-ci il tarixli 10195 saylı müqavilə üzrə 1 ədəd boyunbağı - 28,8 qram, 583 əyyar, 1000 manat qiymətləndirilib; 1 dəst - 16,1 qram, 585 əyyar, 500 manat qiymətləndirilib; 1 dəst - 15,2 qram, 750 əyyar, 680 manat qiymətləndirilib; 1 ədəd qolbağ - 9,5 qram, 750 əyyar, 450 manat qiymətləndirilib; xx.xx.2018-ci il tarixli 10274 saylı müqavilə üzrə 1 ədəd boyunbağı - 22,0 qram, 585 əyyar, 770 manat qiymətləndirilib; 1 dəst - 18,5 qram, 583 əyyar; 630 manat qiymətləndirilib; 1 onluq - 8,8 qram, 900 əyyar, 550 manat qiymətləndirilib; xx.xx.2018-ci il tarixli 10393 saylı müqavilə üzrə-X3 adına 1 ədəd boyunbağı - 33,7 qram, 585 əyyar, 1170 manat qiymətləndirilib; 1 üzük - 2,8 qram, 585 əyyar, 100 manat qiymətləndirilib; 1 qolbağ - 3,8 qram, 585 əyyar, 130 manat qiymətləndirilib. Sonuncu kredit müqaviləsinin qüvvədə olma müddəti 2020-ci ili iyul ayında bitmişdir. Bu müddət ərzində lombard tərəfindən ona qarşı heç bir tələb irəli sürülməmiş, onun tərəfindən bütün borc ödənilmişdir. Lakin bu günə qədər onun qızıl əşyaları ona geri qaytarılmamışdır. Sonradan müqavilələrə nəzər saldıqda qeyd edilən ünvanda yerləşən lombardda formal olaraq müxtəlif fiziki şəxslərin fəaliyyətdə olduqlarını bilmişdir. Belə ki, X2 (VÖEN **********) və X4 (VÖEN **********) formal olaraq həmin ünvanda fəaliyyət göstərmişlər. Halbuki, bu şəxslərin heç birini o tanımamışdır. Cavabdehdən qızıl əşyalarını tələb etdikdə ona bildirmişdir ki, həmin qızılları banka girov qoyaraq kreditə pul götürmüşdür. Cavabdeh əvvəl “Xalq Bank”da, sonra isə “Respublika Bank”da əşyalarını girov qoyduğunu bildirmişdir. Həmin əşyaların girovdan çıxarılması üçün 35000 manat pulun lazım olduğunu bildirmiş və ona öz əşyalarını vermək üçün ondan bu pulu tələb etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, qızıllarını görmək istədikdə belə cavabdeh ona göstərməmişdir. Qızılları ortada yoxdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddiaçı ilə eyni məzmunda çıxış edib əlavə olaraq göstərdi ki, iddiaçı tərəfindən borc tam şəkildə ödənilməsinə baxmayaraq cavabdeh qızıl əşyalarını iddiaçıya geri qaytarmamışdır. Lombardda ayrı-ayrı şəxslər başqa VÖEN-lər ilə fəaliyyət göstərmişdir. Cavabdehin əməlində cinayət tərkibinin də olduğunu qeyd edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə aralarında 15-20 müqavilə olmuşdur. Kredit müqavilələri üzrə borc tam şəkildə ödənilməmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 cavabdehlə eyni məzmunda çıxış edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etd Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı Namiq qızı ilə X5 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 10333 nömrəli, xx.xx.2017-ci il tarixli, 10152 nömrəli, xx.xx.2018-ci il tarixli, 10226 nömrəli, xx.xx.2017-ci il tarixli, 10028 nömrəli, xx.xx.2018-ci il tarixli, 10195 nömrəli, xx.xx.2017-ci il tarixli, 10085 nömrəli, xx.xx.2018-ci il tarixli, 10274 nömrəli, xx.xx.2018-ci il tarixli, 10312 nömrəli kredit müqavilələri və İddiaçı Namiq qızı ilə X2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 10149 nömrəli, xx.xx.2016-cı il tarixli, 10152 nömrəli, xx.xx.2017-ci il tarixli 10492 nömrəli, xx.xx.2017-ci il tarixli, 10561 nömrəli kredit müqavilələrindən görünür ki, İddiaçı hər bir kredit müqaviləsi üzrə qızıl-zinət əşyalarını girov qoymaqla müxtəlif məbləğlərdə kredit götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/9304 nömrəli rəydən görünür ki, borcalan İddiaçı tərəfindən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu xx.xx.2018-ci il tarixli, 10333 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 209,61 manat, faiz borcu üzrə 24,87 manat, xx.xx.2017ci il tarixli, 10152 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 1302,62 manat, faiz borcu üzrə 616,57 manat, xx.xx.2018-ci il tarixli, 10226 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 676,64 manat, faiz borcu üzrə 149,76 manat, xx.xx.2017-ci il tarixli, 10028 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 11,45 manat, faiz borcu üzrə 1,83 manat, xx.xx.2018-ci il tarixli, 10195 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 2051,28 manat, faiz borcu üzrə 973,67 manat, xx.xx.2017-ci il tarixli, 10085 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 766,22 manat, faiz borcu üzrə 142,01 manat, xx.xx.2018-ci il tarixli, 10274 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 3717,20 manat, faiz borcu üzrə 2061,81 manat, xx.xx.2016-cı il tarixli, 10152 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 156,52 manat müəyyən edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə X5 və X2 arasında müxtəlif tarixli kredit müqavilələri bağlanılmış, iddiaçı özünə məxsus qızıl-zinət əşyalarını girov qoymaqla müxtəlif məbləğlərdə kredit götürmüşdür. İddiaçı iddia etmişdir ki, kredit müqavilələri üzrə borcunu tam şəkildə ödəməsinə baxmayaraq cavabdeh onun qızıllarını geri qaytarmamışdır. Cavabdeh isə iddia tələbinə etiraz edərək, etirazını iddiaçı tərəfindən kredit müqavilələri üzrə borcun tam şəkildə ödənilməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 294.1.1-ci maddəsinə əsasən girova xitam verilməsi hallarından biri də girovla təmin edilmiş öhdəliyə xitam verilməsidir. MM-in 294.2-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi qanunvericilik girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində girova xitam verilməklə girov qoyulmuş əşyanı saxlamış girov saxlayanın onu dərhal girov qoyana qaytarmasını imperativ qaydada nəzərdə tutmuşdur. Hazırkı işdən isə görünür ki, iddiaçı kredit müqavilələri üzrə borcunu tam şəkildə ödədiyini iddia etsə də, bununla bağlı xüsusi bilik tələb edildiyi üçün ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən İddiaçı alınmış kredit vəsaitləri üzrə cəmi 12862,06 manat borcu olduğu, yəni girovla təmin edilmiş öhdəliyin icra edilməməsi müəyyən olunmuşdur. Bununla belə kredit müqavilələri və həmin müqavilələr üzrə girov müqavilələri İddiaçı ilə X5 və X2 arasında bağlanılmaqla iddiaçının Cavabdeh qarşı tələb etmək hüququ olmamışdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin müəyyən olunmuş hallarını araşdıraraq tədqiq olunmuş sübutlara hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı qızıl əşyaları tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat və ödənilmiş 158 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı qızıl əşyaları tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 158 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat İddiaçı tutularaq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar