Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1684/2022 18.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, İddiaçı və cavabdeh ««Azəriqaz»» İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı aktın ləğv edilməsi və hesablanmış pulun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh X8 İstismarı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh X8 İstismarı İdarəsini əsl cavabdeh «Azəriqaz» İstehsalat Birliyi ilə əvəz edilməsini və xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsini və hesablanmış 432 (dörd yüz otuz iki) manat borcun silinməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə iddianın dəqiqləşdirilməsi kimi baxmışdır. Məhkəmə iclasında iddiaçı X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, yaşadığı ünvan 1 ünvanına xx.xx.2013-cü il tarixində qoyulmuş "Smart kart" tipli qaz sayğacı bütün mənzillərdə dəyişdirilmişdir. İstismar müddəti sona çatdığı üçün, eləcə də ona məxsus olan mənzilə 25 oktyabr 2021-ci il tarixində G-4 markalı ********** nömrəli qaz sayğacı quraşdırılıb. Həmin vaxt "Smart kart" tipli qaz sayğacı dəyişdirilən zaman sayğacın plombu yerində olmuş və sayğaca heç bir müdaxilə olmamışdır. 3 ay sonra ona bildirmişlər ki, onun barəsində 20 dekabr 2021-ci il tarixində ******* akt tərtib edilmişdir. Həmin aktın surətindən ona məlum olmuşdur ki, guya sayğaca baxış keçirilən zaman sayğacın element yuvasının qapağı alt hissəsindən sınıqdır. Qeyd olunan akt əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Belə ki, qaz sayğacı yenisi ilə əvəz olunarkən X8 İstismari idarəsinin əməkdaşları tərəfindən sayğacın plombu onların özləri tərəfindən açılmış və sayğaca hər hansı bir müdaxilə olunması ona bildirilməmişdir. O, sayğaca müdaxilə etməmişdir. Qaz istismar idarəsinin əməkdaşları hər ay sayğaca baxış keçirmiş hər hansı qüsur olmamışdır.Hesab edir ki, onun barəsində tərtib edilmiş akt qanunsuz və əsassız olduğundan ləğ edilməli əsassız hesablanmış məbləğ silinməlidir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının istifadəsində olan qaz sayğacı xx.xx.2021-ci il tarixli akta əsasən klapanın işləməmsi səbəbi ilə Zenner tipli başqa bir sayğacla əvəz edilmişdir. İddiaçının istifadəsində olan əvvəlki sayğac yəni dəişdirilən sayğac ekspertizadan keçirilərkən sayağacın kart daxil olan hissəsinin gövdədən aralandığı müəyyən edilmişdir. Həmin halda istifadə olunun qaz, sayağacda qeydiyyata alınmır və hesablanmır. Sayağacın işlək vəziyyətdə olmasına 2-3 aydan bir baxış keçirilir. Ekspertizada iştirak könüllüdür. İddiaçı ekspertizada iştirak etməmişdir. İddianın əsassız olduğunu göstərərək rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayağacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Qaz saygacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında X8 İstismarı İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan İran markalı qaz saygacının klapanı işləmədiyi üçün açılaraq Zenner tipli yenisi ilə əvəz olunmuşdur. X8 İstismarı İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında aktın surətindən görünür ki, sayğaca baxış keçirilən zaman sayağacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıq olması aşkar olunmuşdur. Aktın tərtib olunmasında istehlakçının iştirakı göstərilsə də istehlakçı aktı imzalamamış və imzalamamasının səbəbi imtina etməsi səbəbi olmuşdur. xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı 4320 m3 itirilmiş qaz sərfiyatı hesablanmışdır. xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı hesab kodunda dəymiş ziyanın məbləği 432 manat hesablanmışdır. **********00280 saylı abonetin saldosundan görünür ki, İddiaçı 2021-ci ilə qalıq borcu akt üzrə 432 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da mübahisə iddiaçının «sayğaca müdaxilə etməsi ilə bağlı itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh «Azəriqaz» X1 regional qaz istismarı idarəsinin əməkdaşları tərəfindən abonent İddiaçı istifadəsində olan qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmiş və həmin vaxt akt tərtib olunarkən aktda sayğasın çıxarılmasına səbəb klapanı işləmədiyi göstərilmişdir. Bundan bir neçə ay keçdikdən sonra abonent İddiaçı istifadəsində olan saygacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıq olması göstərilərək abonentə itirilmiş qaz sərfiyatına görə zərər hesablanmışdır. Bununla belə akt tərtib olunarkən istehlakçı həmin akta imza etməmiş və imza etməməsinin səbəbi aktda göstərilməmişdir. Bundan başqa sayğac labarator müayinədən keçərkən istehlakçının iştirakı təmin olunmamış, ümumiyyətlə istehlakçıya labarator müayinədə iştirak etməsi barədə məlumat verilməsinə dair hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia təmin olunmalı, İddiaçı barəsində tərtib olunmuş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt ləğv edilməli və həmin at üzrə itirilmiş qaz sərfiyyatına görə hesablanmış 432 (dörd yüz otuz iki) manat pul silinməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin olunsun. İddiaçı barəsində tərtib olunmuş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt ləğv edilsin və həmin akt üzrə itirilmiş qaz sərfiyyatına görə hesablanmış 432 (dörd yüz otuz iki) manat pul silinsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №2(125)-1684/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1684/2022
18.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver