Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1800/2022 29.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, X3, X2 və X4 Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair R.N.Əhmədovanın, R.N.Xələfovanın və B.N.Xələfovun hər birinə məxsus 1/12 hissədə (ümumi 3/12 hissədə) payın naturada bölünməsi, bu mümkün olmadıqda naturada payların ayrılması əvəzinə Cavabdeh tərəfindən R.N.Əhmədovaya, R.N.Xələfovaya və B.N.Xələfova 50.000 manat məbləğində kompensasiya ödənilməsi, belə razılıq olmadıqda isə sözgedən fərdi yaşayış evinin hərraca çıxarılaraq satılması, satış məbləğinin paylara mütənasib bölünməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X7, X5 və X1 Namiq Rəşid oğluna qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair R.N.Əhmədovanın, R.N.Xələfovanın və B.N.Xələfovun hər birinə məxsus 1/12 hissədə (ümumi 3/12 hissədə) payın naturada bölünməsi, bu mümkün olmadıqda naturada payların ayrılması əvəzinə Cavabdeh tərəfindən R.N.Əhmədovaya, R.N.Xələfovaya və B.N.Xələfova 50.000 manat məbləğində kompensasiya ödənilməsi, belə razılıq olmadıqda isə sözgedən fərdi yaşayış evinin hərraca çıxarılaraq satılması, satış məbləğinin paylara mütənasib bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2 və 149.2.3-cü maddələrinə görə ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsində iddiaçının deyil, müstəqil tələb sürən üçüncü şəxslərə dair məlumatlar qeyd olunmuşdur. Bundan başqa, həmin iddia ərizəsində iddianın əsası kimi istinad edilən fakt və halları təsdiq edən sübutların siyahısı göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : X3, X2 və X4 Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair R.N.Əhmədovanın, R.N.Xələfovanın və B.N.Xələfovun hər birinə məxsus 1/12 hissədə (ümumi 3/12 hissədə) payın naturada bölünməsi, bu mümkün olmadıqda naturada payların ayrılması əvəzinə Cavabdeh tərəfindən R.N.Əhmədovaya, R.N.Xələfovaya və B.N.Xələfova 50.000 manat məbləğində kompensasiya ödənilməsi, belə razılıq olmadıqda isə sözgedən fərdi yaşayış evinin hərraca çıxarılaraq satılması, satış məbləğinin paylara mütənasib bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1800/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1800/2022
29.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver