Məhkəmə qərarları › İş №2(125)-189/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-189/2023

09.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-189/2023 09.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Əli oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı Bağırov (Rəcəbov) Azər Tağı oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı2, Bağırov (Rəcəbov) Azər Tağı oğlunun, Bağırova (İsmayılzadə) Brilyant Tağı qızının, İddiaçı4, X1 cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, X6 qarşı «əmlak bölgüsü, hərracdan satılması, satış pulunun bölünməsi» tələbi ilə bağlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2, Bağırov (Rəcəbov) Azər Tağı oğlu, Bağırova (İsmayılzadə) Brilyant Tağı qızı, İddiaçı4, X3 cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, X6 qarşı «əmlak bölgüsü, hərracdan satılması, satış pulunun bölünməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami rayonu, Nizami küçəsi, 21A “A” literli fərdi yaşayış evində olan paylarının naturada bölünməsi, naturada bölgü mümkün olmasa, cavabdehlərə tərəflərindən kompensasiya verilməklə onların mülkiyyət hüququna xitam verilməsi və ya cavabdehlərin onlara kompensasiya verməklə onların mülkiyyət hüquqlarına xitam verilməsi, bu mümkün olmadıqda mülkün açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 09 yanvar 2023-cü il tarixli iclasında iddiaçı Bağırov (Rəcəbov) Azər Tağı oğlu məhkəməyə ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçılar İddiaçı2, Bağırova (İsmayılzadə) Brilyant Tağı qızı, İddiaçı4, X3 və cavabdehlər Cavabdeh1, X8, Cavabdeh3, X9 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, həmçinin digər iddiaçılar İddiaçı2, Bağırova (İsmayılzadə) Brilyant Tağı qızı, İddiaçı4 və X3 məhkəməyə gəlmədiyindən onlara münasibətdə də ərizə baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı4 tərəfindən xx.xx.2021-ci il tarixdə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin hesabına 20 manat dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumu iddiaçılar İddiaçı2, Bağırov (Rəcəbov) Azər Tağı oğluna, Bağırova (İsmayılzadə) Brilyant Tağı qızına, İddiaçı4, X2 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı2, Bağırov (Rəcəbov) Azər Tağı oğlunun, Bağırova (İsmayılzadə) Brilyant Tağı qızının, İddiaçı4, X1 cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, X6 qarşı «əmlak bölgüsü, hərracdan satılması, satış pulunun bölünməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu iddiaçılar İddiaçı2, Bağırov (Rəcəbov) Azər Tağı oğluna, Bağırova (İsmayılzadə) Brilyant Tağı qızına, İddiaçı4, X2 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar