Məhkəmə qərarları › İş №2(125)-1896/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1896/2022

08.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1896/2022 08.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı, onun qanuni nümayəndələri X3 və X2, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsiylə müraciət edərək 585 əyarlı, çəkisi 24 qram olan brilyant qaşlı 1700 manat dəyərində olan badam dəst sırğa-üzük komplekti; 750 əyarlı, çəkisi 7 qram olan, 800 manat dəyərində olan nişan üzüyü; 585 əyarlı çəkisi, 30 qram olan, 2100 manat dəyərində olan 1 ədəd rekert sep; 1 ədəd, 1000 manat dəyərində olan 10-luq klon; 585 əyarlı, çəkisi 3 qram olan, 1 ədəd, 200 manat dəyərində olan nazik sep, cəmi 5800 manat qızıl-zinət əşyaların və ya onların dəyərinin, 81 manat dövlət rüsumunun və 50 manat mediasiya üçün ödənilmiş rüsumun Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, uşaqlarının olmasına baxmayaraq, birqə yaşamaqları baş tutmadığından o, 9 aylıq körpəsi ilə valideyinlərinin evinə qayıtmışdır. Cavabdeh tərəfin evində qalmış ona hədiyyə edilmiş qızıl-zinət əşyaları, cavabdeh tərəfindən könüllü qaytarılmır. Bu səbəbdən də, ona məxsus qızıl-zinət əşyalarının qaytarılması üçün məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Həmin qızıl-zinət əşyaları: 1700 manat dəyərində 585 əyarlı çəkisi 24 qram olan brilyant qaşlı badam dəst komplekt sırğa-üzük, 800 manat dəyərində 750 əyarlı çəkisi 7 qram olan nişan üzüyü, 2100 manat dəyərində 585 əyarlı çəkisi 30 qram olan 1 ədəd rekert sep, 1000 manat dəyərində olan 1 ədəd 10-luq klon, 200 manat dəyərində 585 əyarlı çəkisi 3 qram olan 1 ədəd nazik sepdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin təmsilçisi yazılı ərizə təqdim edərək bildirdi ki, iddia ərizəsində göstərilmiş qızıl-zinət əşyalarından bir ədəd badam dəst komplekt, bir ədəd nişan üzüyü, bir ədəd nazik sepin iddiaçıya qaytarılmasına nümayəndəsi olduğu tərəfin heç bir etirazı yoxdur. Qeyd olunan qızıl-zinət əşyaları natura şəklində qaytarıla bilər, onların çəkisi, əyyarı və qaşları tərəflərindən mübahisələndirilə bilər və iddia ərizəsində yazılmış şəkildə deyil həqiqətdə. Bundan başqa, bir ədəd rekert sep 30 qram deyil əslində 20 qram çəkidədir. Həmçinin qeyd edilən 1 ədəd 10-luq klon əslində 5-lik klondur. Cavabdehin təmsilçisi iddia tələbinin təqdim etdikləri ərizəyə müvafiq olaraq təmin edilməsinə razı olduqlarını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim olunmuş qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə aktdan görünür ki, “Limited Liability Company” qızıl-zinət əşyalarının qiymətləndirilməsi mütəxəssisi X5 tərəfindən 585 əyarlı çəkisi 24 qram olan brilyant qaşlı badam dəst komplekt sırğa-üzük-1700 manat dəyərində, 750 əyarlı çəkisi 7 qram olan nişan üzüyü- 800 manat dəyərində, 585 əyarlı çəkisi 30 qram olan 1 ədəd rekert sep-2100 manat dəyərində, 1 ədəd 10-luq klon-1000 manat dəyərində, 585 əyarlı çəkisi 3 qram olan 1 ədəd nazik sep-200 manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Elşən onun oğludur, Gülşən gəlini olmuşdur. mübahisəli qızıl-zinyət əşyalarını tərəzidə çəkməmişdir. Boyunbağı 25 illik sepi idi, çəkisi 20 qram olub, toy günü gəlini Gülşənə 5-lik klonla hədiyyə etmişdir. Həmin qızıl sonradan satılmışdır. Həmin boyunbağı ona qaynanası tərəfindən hədiyyə olunub. Çəkisi 3 qram olan boyunbağını gəlinə ad günündə hədiyyə etmişdir. Gülşənə hədiyyə edilmiş klon 10-luq deyil, 5-lik olmuşdur və cavabdehin valideynləri olaraq, onu iddiaçıya verə bilərlər. Çəkisi 20 qram olmuş boyunbağının dəyərini isə hissə-hissə ödəyə bilərlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, Elşən onun nəvəsi, Gülşən isə gəlnidir. Boyunbağı 20 qram olmuş və 5-lik klonla öz gəlini Nigara hədiyyə etmişdir. Toy günü isə gəlini Nigar həmin qızılları nəvəsi Elşənin yoldaşına hədiyyə etmişdir. Gülşənə taxılan sep 20 qram olmuş, klon 10-luq deyil, 5-lik klon olmuşdur. Hazırkı iş üzrə iddiaçı ərizəsində göstərilən, nikaha daxil olanadək ona hədiyyə şəklində verilən, mülkiyyətçisi olduğunu bildirdiyi qızıl-zinət əşyalarının cavabdehdən natura şəklində, bu mümkün olmadıqda onların dəyərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəla, iddiaçıya məxsus qızıl-zinyət əşyalarının mövcudluğunu, onların dəyəri və cavabdehin qanunsuz sahibliyində olması müəyyən edilməlidir. Tələb edilən qızılların mövcudluğu sübutetmə yükü daşıyan iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərlə və audio-video disklə təsdiqlənir. Toy-nişan mərasiminə dair görüntüləri əks etdirən həmin sübutlarda iddiaçının tələb etdiyi qızıl-zinyət əşyaları müəyyən olunur. Bununla yanaşı, cavabdehin təmsilçisi məhkəməyə təqdim etdiyi ərizədə tələb edilən badam dəst komplekt sırğa-üzük və nişan üzüyünü iddiaçıya təhvil verməyə hazır olduğunu bildirmiş, məhkəmə araşdırması zamanı tələb edilən həmin qızıl-zinyət əşyalarıyla cavabdeh tərəfin təhvil verməyə hazır və razı olduğu əşyaların eyniliyi müəyyən edilmişdir. Digər qızıl-zinyət əşyalarının çəkisi, dəyəri və sair fərqləndirici əlamətləri mübahisələndirilsə də, həmin əşyaların mövcudluğu cavabdehin təmsilçisinin ərizəsi və şahid ifadələriylə müəyyən edilmişdir. Cavabdeh tərəf həmin qızıl-zinyət əşyalarının fərqləndirici əlamətləri mübahisələndirsə də, iddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyi tələb təsdiqlənir. Nəzərə almaq lazımdır ki, qızıl-zinyət əşyalarının dəyəri, çəkisi və sair hallar şahid ifadəsiylə deyil, zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslər vasitəsiylə müəyyən edilə bilər. Cavabdeh tərəf həmin fərqləndirici əlamətlərlə razılaşmasa da, bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Tələb edilən qızıl-zinyət əşyalarının cavabdehin qanunsuz shaibliyində olması sübut növləri olan cavabdehin təmsilçisinin ərizəsi, şahid ifadələriylə müəyyən olunmuşdur. Hədiyyə edilmiş qızıl-zinyət əşyalarının nikah pozulduqdan sonra iddiaçıya təhvil verilmədiyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, tələb edilən qızıl-zinət əşyaları natura şəklində, bu mümkün olmadığı təqdirdə isə onların dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 81 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən, tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının əmlak tələbi mülki prosessual qanunvericiliyə əsasən, ilkin mediasiya sessiyasında iştirakın məcburi şərt olaraq müəyyən edildiyi kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələrdən hər hansı birinə aid deyil, müstəqil tələbdir. Belə olan halda, könüllü olaraq ilkin mediasiya sessiyasında iştirak etməsi üçün mediasiya xərci qismində ödənilmiş rüsum cavabdehdən tutula bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 585 əyarlı, çəkisi 24 qram olan brilyant qaşlı 1700 manat dəyərində olan badam dəst sırğa-üzük komplekti; 750 əyarlı, çəkisi 7 qram olan, 800 manat dəyərində olan nişan üzüyü; 585 əyarlı çəkisi, 30 qram olan, 2100 manat dəyərində olan 1 ədəd rekert sep; 1 ədəd, 1000 manat dəyərində olan 10-luq klon; 585 əyarlı, çəkisi 3 qram olan, 1 ədəd, 200 manat dəyərində olan nazik sep, həmin qızıl-zinət əşyaları olmadığı təqdirdə isə onların dəyəri olan 5800 (beş min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 81 (səksən bir) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar