Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-193/2025 25.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən «Şotland fold» cinsli pişiyin ölməsinə görə vurulmuş zərərin əvəzi qismində 1.000 manat, mütəxəssis rəyinin alınmasına sərf edilmiş vəsaitin əvəzi qismində 200 manat, dəymiş mənəvi zərərin əvəzi qismində 3.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 62 manat, cəmi 4.262 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixdə 8İ-4090 reyestr nömrə ilə notariat qaydada təsdiq olunmuş ərizəsində iddiaçı iddiadan imtina etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmiş, iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, iddiaçının iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə görə məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiadan imtina qəbul olunmalıdır. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 62 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2024; qəbzin nömrəsi: 23907) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Bundan başqa iş üzrə ekspert rəyinin verilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti iddiaçıdan Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən ödənilmiş (tarix:xx.xx.2024; qəbzin nömrəsi: 23907) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçı iş üzrə ekspert xərcinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-193/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-193/2025
25.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver