Məhkəmə qərarları › İş №2(125)-2037/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2037/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2037/2022 06.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Əli oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “VAZ” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 500 manat və X1 dəymiş yüngül xəsarətə görə 750 manat olmaqla, cəmi 1250 manat pulun və ödənilmiş 32.90 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə “Renault Logan” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “VAZ” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “VAZ” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 500 manat və X1 dəymiş yüngül xəsarətə görə isə 750 manat məbləğində ödəniş həyata keçirilmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı sürücülük hüququ olmadan (sürücülük vəsiqəsi olmadan) avtomobil idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Hesab edir ki, 1250 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti ASC məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış ərizədə məhkəmə iclaslarının iştirakları olmadan keçirilməklə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli 040097 saylı sığorta aktından görünür ki, Cavabdeh məxsus 2011-ci il buraxılışlı, “Vaz” markalı, 20DP179 dövlət qeydiyyat nişanlı avtomobil tam sığorta olunaraq, sığorta təminatı almışdır. Sığorta xx.xx.2018-ci il tarixədək qüvvədə olmuşdur. xx.xx.2017-ci il tarixdə Qobu yolunda sığortalanmış “Renault Logan” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Vaz” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və nəticədə sonuncuya 1250 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli 040104 saylı sığorta aktından görünür ki, “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən səhhətə vurulan yüngül zərərə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 15%-ni təşkil edir. Sığorta məbləği 5 000 AZN olduğundan X1 vurulan zərərə görə sığorta ödənişinin məbləği 750 AZN təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2017-ci il tarixdə Hökməli – Qobu yolu, Koroğlu küçəsində “Renault Logan” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh sürücülük hüququ olmadan, ayıq vəziyyətdə “Vaz” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş və Cavabdeh barəsində inzibati icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, “Vaz-21063” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6, hadisə zamanı avtonəqliyyat vasitəsini idarə edən şəxs X5, sağlamlığına yüngül zərər vurulmuş şəxs kimi X4 qeyd olunmuşdur. İş materiallarına əlavə edimiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin 1076 saylı ekspert rəyindən görünür ki, 2009-cu il təvəllüdlü X2 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, təpə nahiyəsinin sol yarısının əzilmiş yarası, sağ qulaq seyvan, sağ gicgah sol saidin yuxarı 1/3-nin və sol çiyin qurşağının sıyrıqları bərk-küt əşya(əşyalar) təsirindən törənmişdir. Qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2017-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edimiş 08 iyul 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh şikayət ərizəsi əsasında toğlanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Abşeron RPİnin DYPŞ-nə göndərilməsi, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 332.4cü maddəsi əsasında inzibati xəta haqqında protokol tərtib edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 05 iyul 2017-ci il tarixli hesabatdan görünür ki, zədələnmiş avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 500 manat həcmində olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2017-ci il tarixli 4528 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Bank of Baku ASC mərkəzi filialının hesabına 67.842 manat köçürülmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2017-ci il tarixli 4528 saylı ödəniş tapşırığına əlavədən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X3 bank hesabına1250 manat köçürülmüşdür. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə iş üzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış mübahisə, sığorta və zərərin ödənilməsi ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, 50-ci və 59-cu fəslinin müddəaları tətbiq edilməli və aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələri zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdiriliməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.1 və 936.2. maddələrinə görə, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ (subroqasiya hüququ) yaranır. Faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortalının zərərin əvəzini üçüncü şəxs qarşısında irəli sürmək hüququ sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Sığortaçıya keçən zərərin əvəzinin ödənilməsi hüququnun həcmi, sığortalıya ödənilən məbləğdən artıq ola bilməz. İş materiallarından görünür ki, sığorta hadisəsi baş verəndən sonra sığortaçı sığortalıya cəmi 1250 manat sığorta ödəmişdir və iddia tələbinin məbləği ödənilən sığorta məbləğinə uyğundur. İş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh yol nəqliyyat hadisəsi zamanı ona məxsus “Renault Logan” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan idarə etmişdir ki, bu da İcbari Sığorta haqqında Qanunun 25.1.3cü maddəsinə əsasən iddiaçının subroqasiya hüququnun yaranması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.2. maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1. maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı Sığorta ASC tərəfindən siğorta hadisəsi baş verən zaman sığorta müqaviləsinə əsasən faydalanan şəxsə sığorta ödənişi ödənildiyindən, zərərin əvəzinin ödəmək tələbi (hüququ) ödənişi vermiş sığortaçı olan İddiaçı Sığorta Şirkəti ASC-nə keçdiyindən ödənilmiş 1250 manat pul və ödənilmiş 32.90 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 233, 238, 242, 244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “VAZ” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 500 manat və X1 dəymiş yüngül xəsarətə görə 750 manat olmaqla, cəmi 1250 manat pul və ödənilmiş 32.90 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilsin. Qətnamədən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar