Məhkəmə qərarları › İş №2(125)-2054/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2054/2023

14.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2054/2023 14.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qohumluq, ölüm və mirası qəbul etmə faktlarının müəyyən edilməsi, vərəsə tanınma və mirasa payın müəyyən olunması» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı X24 ilə X10 ana-bala olmaları faktının, X10 1966-cı ildə ölməsi faktının, X13 X6 və X11 mirası qəbul etməsi, iddiaçının atası X5 anası X12 mirası qəbul etməsi faktının müəyyən edilməsi, iddiaçının X5 vərəsəsi tanınması, ünvan 1 ünvanda 0,0217 hektar torpaq sahəsində yerləşən 139,1 kvadrat metr sahəli evin ½ hissəsinin mülkiyyət hüququnun iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi (vəkili) E.X.Həsənova məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, ünvan 1 ünvanda 0,0217 hektar torpaq sahəsində yerləşən 139,1 kvadrat metr sahəli ev mülkiyyət hüququ ilə 1/5 paylarla ata tərəfdən iddiaçının nənəsi X18, iddiaçının atası X7, iddiaçının əmisi X22, iddiaçının əmisi X19 və iddiaçının əmisi X14 məxsusdur. Mülkiyyətçilərdən Qənbər 1966-cı ildə ölmüş, lakin ölüm qeydi aparılmamışdır. İddiaçının əmisi Məhər 21 iyul 1977-ci ildə, iddiaçının nənəsi Gülxar 28 dekabr 1978-ci ildə, iddiaçının əmisi Daşdəmir 23 avqust 1980-ci ildə, iddiaçının atası Əvəz 29 iyu 2008-ci ildə ölmüşdür. Həmin şəxslərin ölüm və doğum qeydləri vardır. İddiaçının əmiləri Qənbər və Məhər öldüksən sonra həmin şəxslərin payları həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsinə əsasən yeganə qanun üzrə 1-ci növbə vərəsə kimi iddiaçının nənəsi Gülxara qalmış və onların payların sahib olub, həmin mülkü idarə etmiş, yəni mirası faktiki qəbul etmişdir. İddiaçının nənəsi 28 dekabr 1978-ci ildə öldükdən sonra isə onun 3 payı qanun üzrə birinci növbə vərəsələri olan iddiaçının atası Daşdəmirə və əmisi Əvəzə qalmışdır. İddiaçının atası Daşdəmir 23 avqust 1980-ci ildə öldükdən sonra isə onun qanun üzrə birinci növbə vərəsəsi kimi iddiaçı qalmışdır. İddiaçı mirası faktiki qəbul etmiş və həmin mülkdə yaşamışdır. İddiaçının əmisi Əvəzin 29 iyul 2008-ci il tarixdə ölümündən sonra həmin şəxsdən qalan mirası oğlu Cavabdeh qəbul etmişdir. Beləliklə, ünvan 1 ünvanda 0,0217 hektar torpaq sahəsində yerləşən 139,1 kvadrat metr sahəli evin yarısı iddiaçıya, digər yarısı isə Cavabdeh məxsusdur. Miras mülkdən iddiaçıya düşən payı ona görə notariatda adına keçirə bilmir ki, Cavabdehlə iddiaçı arasında mübahisə vardır, ikinci isə əmisi Qənbər Əliyevin doğum və ölüm qeydləri yoxdur. Bununla əlaqədar iddiaçıya məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Həmin səbəblərdən də iddiaçı ölüm, qohumluq və mirası qəbul etmə faktlarının müəyyən edilməsinə, cavabdehlə mübahisənin həll edilməsinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda E,X.Həsənova iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, işdə olan ИЕ seriyalı 398263 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X26 30 iyun 1934-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Ə.İddiaçı atası İddiaçı Raqim oğlu, anası X20r. İş materiallarında olan AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx xxx 1969-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Cavabdeh atası X26, anası X8r. İşdə olan 23 iyun 2022-ci il tarixli 713(492)/4 nömrəli arxiv arayışından görünür ki, Daşdəmir Əliyev1921-ci ildə anadan olmuşdur. Onun atası İddiaçı, anası Gülxar Əliyevadır. İş materiallarında olan 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 sentyabr 2022-ci il tarixli, 05/09İS/021034-22 nömrəli arayışdan görünür ki, X24 XX.XX.1903-cü ildə Gəncə şəhərində anadan olmuşdur. G.T.Əliyevanın ailə tərkibi xx.xx.1921-ci ildə anadan olmuş və xx.xx.1980-ci ildə ölmüş X3, xx.xx.1928-ci ildə anadan olmuş və xx.xx.1977-ci ildə ölmüş X11, xx.xx.1934-cü ildə anadan olmuş və xx.xx.2008-ci ildə ölmüş X15 ibarət olmuşdur. İşdə olan Gəncə şəhər Qeydiyyat Şöbəsinin 20 dekabr 2022-ci il tarixli 3031 nömrəli arayışından görünür ki, avtomatlaşdırılmış informasiya və Qeydiyyat şöbəsində saxlanılan ölüm haqqında akt qeydi kitabları yoxlanılmış, lakin X10 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 yanvar 2023-cü il tarixli, 05/09İS/062105-23 nömrəli arayışdan görünür ki, X25 XX.XX.1928-ci ildə Gəncə şəhərində anadan olmuşdur və ailə tərkibinə dair məlumat aşkar olunmamışdır. İşdə olan 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 yanvar 2023-cü il tarixli, 05/09İS/061969-23 nömrəli arayışdan görünür ki, X26 xx.xx.1934-cü ildə Gəncə şəhərində anadan olmuşdur və ailə tərkibi xx.xx.1969-cu ildə anadan olmuş Cavabdeh ibarət olmuşdur. İş materiallarında olan 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 yanvar 2023-cü il tarixli, 05/09İS/062101-23 nömrəli arayışdan görünür ki, X16 xx.xx.1921-ci ildə Gəncə şəhərində anadan olmuşdur və ailə tərkibi xx.xx.1965-ci ildə anadan olmuş İddiaçı ibarət olmuşdur. İşdə olan 19 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası X29 filialı tərəfindən verilmiş arayışdan görünür ki, X29 filialında mühafizə olunan Gəncə şəhər Nikah evi və Stalin rayon X1 Qeydiyyatı Şöbəsi arxiv fondlarının 1929-cu il üzrə doğum, 1936-1945-ci illər üzrə doğum bərpa qeydlərinin aktları yoxlanılmış, X10 doğum qeydi aşkar olunmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi İdarəsi tərəfindən verilmiş 22 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, Əliyev X4 adına Kirovabad şəhəri, Krasnıy Raşbar küçəsi, 68 saylı fərdi yaşayış evinin yerləşdiyi 217 kvadrat metr torpaq sahəsinə dair xx.xx.1942-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. Kirovabad şəhəri Stalin rayon 1-ci dairə xalq məhkəməsinin xx.xx.1948-ci il tarixli qətnaməsinə əsasən bu mülk Əliyev X4 adından X13, İddiaçı, X17, X21 və X10 adlarına keçmişdir. X13 1/5 pay, X5 1/5 pay, X17 1/5 pay, X21 1/5 pay, X10 1/5 pay adlarına ünvanı ünvan 2ə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 25) bu fərdi yaşayış evinə (0,0217 hektar torpaq sahəsində yerləşən tikili «A»-da 81 kvadrat metr beş yaşayış otaqları, 58,1 kvadrat metr köməkçi sahə, 136,6 kvadrat metr y/zirzəmi) xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İşdə olan İİ-ЖГ seriyalı 276394 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.1980-ci ildə ölmüşdür. İşdə olan 05 iyul 2022-ci il tarixli 05/Q-664/70 nömrəli arayışdan görünür ki, X25 21 iyul 1977-ci ildə ölmüşdür. İş materiallarında olan 13 sentyabr 2022-ci il tarixli 05/09İS/021052-22 nömrəli arayışdan görünür ki, X25 xx.xx.1977-ci ildə ölmüşdür. İşdə olan AZ-İİ seriyalı 226659 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X24 29 dekabr 1978-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı 226657 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X26 31 iyul 2008-ci ildə ölmüşdür. İşdə olan AZ-İ seriyalı 196210 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxxxx 1955-ci ildə anadan olmuşdur. İddiaçı anası X9r. Lakin İddiaçı ata adı qrafasında heç kimin adı qeyd olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1 və 46.2-ci maddələrinə görə öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 46.3-cü maddəsinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Qanununvericiliyin qeyd olunan normalarının tələbinə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Bu baxımdan subyektiv hüququn üç elementinin mövcudluğu, yəni öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ yoxlanılmalıdır. İddiaçının öz hərəkətlərinə hüquqi ixtiyarı olmadığı halda subyektiv hüququnun digər elementləri yoxlanılmadan iddia rədd edilməlidir. Hazırda İddiaçı nənəsinə (atasının anasına) və əmisinə (atasının qardaşlarına) münasibətdə qohumluq və həmin şəxslərin miras əmlakı qəbul etmə faktının, habelə miras əmlakda payın müəyyən olunmasını xahiş etmişdir. Buna görə də ilk növbədə iddiaçının iddiaya subyektiv hüququnun yoxlanılması üçün onun atasının adı, soyadı və ata adı araşdırılmalıdır. Bununla əlaqədar məhkəməyə sübut qismində təqdim olunmuş AZ-İ seriyalı 196210 nömrəli doğum haqqında şəhadətnamə tədqiq olunmuş və İddiaçı ata adı qrafasının boş olduğu müəyyən edilmişdir. Halbuki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46-cı maddəsinə uyğun olaraq doğum haqqında şəhadətnamədə uşağın valideynləri haqqında qeyd yazılmalıdır. Qeyd olunanlara əsasən İddiaçı hazırki iddia tələbi üzrə subyektiv hüququnun olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarına əsasən İddiaçı iddia tələbi üzrə subyektiv hüququnun olmamasını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «qohumluq, ölüm və mirası qəbul etmə faktlarının müəyyən edilməsi, vərəsə tanınma və mirasa payın müəyyən olunması» tələbi barədə iddiası təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «qohumluq, ölüm və mirası qəbul etmə faktlarının müəyyən edilməsi, vərəsə tanınma və mirasa payın müəyyən olunması» tələbi barədə iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar