Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2117/2023 20.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X1 nümayəndəsi (vəkili) X2, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Tovuz Regional QİTBŞ-nə qarşı «müqavilələrin etibarsız hesab edilməsi, avtomobillərin texniki şəhadətnamələrinin ləğv edilməsi və əvvəlki hüquqi vəziyyətə qaytarılması, əmlaka payın müəyyən edilməsi və pul tələbi» barədə ilkin iddiasına, Cavabdeh1 İddiaçı qarşı «pul tələbi» barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Tovuz Regional QİTBŞ-nə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Tovuz Regional QİTBŞ-də bağlanmış 23 iyul 2*21-ci il tarixli ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa, 23 iyul 2*21-ci il tarixli 2* EF 627 dövlət nömrə nişanlı «İsuzu Ecobus» markalı avtobusa, 23 iyul 2*21-ci il tarixli ** BJ *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa, 23 iyul 2*21-ci il tarixli ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına həmin avtomobillərə dair verilmiş texniki pasportların, şəhadətnamələrinin ləğv edilməsi və həmin həmin avtobusların əvvəlki hüquqi vəziyyətə gətirilərək Cavabdeh1 ilə İddiaçı arasında özlərinin, özləri naturada olmadıqda dəyərinin ½ hissədə bölünərək ona verilməsi və əldən çıxmış fayda qismində 18.*** manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə «AccessBank» qapalı səhmdar cəmiyyəti ilə bağlanmış müqavilə üzrə 2*21-ci ilin may ayından ödədiyi 28.868 manat pulun ½ hissəsinin qarşılıqlı cavabdehdən alınaraq qarşılıqlı iddiaçıya verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) F.H.Əhmədov ilkin iddianı müdafiə edərək bildirdi ki, İddiaçı və Cavabdeh1 *1 aprel 2*16-cı il tarixdə nikaha girmişlər. Həmin şəxslər birgə nikah dövründə birgə gəlirlər hesabına yaşayış sahəsi olan daşınmaz əmlak və 4 ədəd avtomobil əldə etmiş, həmin əmlaklar X3 adına rəsmiləşdirilmişdir. Daşınmaz əmlak olan yaşayış sahəsi Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən hər birinin ½ hissədə payı müəyyən olunmaqla paylara ayrılmışdır. Lakin İddiaçı ərizəsi əsasında birgə nikah dövründə əldə edilmiş əmlak üzərinə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 15 iyul 2*21-ci il tarixli 2(*44)-2722/2*21 nömrəli qərardadı ilə həbs qoyulmasına baxmayaraq, 23 iyul 2*21-ci il tarixdə Cavabdeh1 tərəfindən gizli olaraq, atası Cavabdeh2 adına rəsmiləşdirilmişdir. İddiaçı Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş avtomobilləri öz atası Cavabdeh2 adına rəsmiləşdirməsini sonradan bilmişdir. Göründüyü kimi Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 15 iyul 2*21-ci il tarixli 2(*44)-2722/2*21 nömrəli qərardadından isə avtomobillərin həmin qərardadın qəbul olunmasından bir neçə gün sonra Cavabdeh1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Tovuz Regional QİTBŞ-də öz atasının adına təmənnasız olaraq, alqı-satqı etmiş və əslində həmin avtomobilləri atasına bağışlamış, bununla da tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlakına payların bölünməsindən yayınmağa çalışmışdır. Buna görə qeyd olunan müqavilələr etibarsız hesab edilməli və birgə nikah dövründə əldə olunmuş avtomobillərə tərəflərin bərabər payları müəyyən olunmalıdır. Bundan başqa, ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı, 2* EF 627 dövlət nömrə nişanlı «İsuzu Ecobus» markalı, ** BJ *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı və ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobus İddiaçı anası tərəfindən alınmış və Cavabdeh1 verilmişdir. Cavabdeh1 qeyd olunan avtobuslar hesabına sərnişin daşımaqla hər gün 12*-14* manat, 22 ay ərzində isə 18.*** manat qazanc əldə etmiş, İddiaçı isə həmin məbləğdə qazancdan məhrum olmuşdur. Bundan başqa, Cavabdeh1 "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən kredit almasından İddiaçı məlumatı olmamış və Cavabdeh1 kredit aldığı həmin vəsaiti öz şəxsi məqsədlərinə sərf etmişdir. Buna görə də Cavabdeh1 qarşılıqlı iddiası təmin edilə bilməz. Sonda F.H.Əhmədov ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, İddiaçı məhkəmədə Cavabdeh1 qarşı nikah dövründə əldə edilmiş avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əvvəlki hüquqi vəziyyətə qaytarılması, avtomobilin özünün dəyəinin ½ hissədə bölünməsi, əldən çıxış fayda və pul tələbinə dair iddia qaldırmışdır. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Tovuz Regional QİTBŞ-də bağlanmış 23 iyul 2*21-ci il tarixli ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa, 23 iyul 2*21-ci il tarixli 2* EF 627 dövlət nömrə nişanlı «İsuzu Ecobus» markalı avtobusa, 23 iyul 2*21-ci il tarixli ** BJ *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa, 23 iyul 2*21-ci il tarixli ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa dair bağlanmış alqı-satqı müqavilələri qanunauyğun şəkildə bağlanmış və adı çəkilən daşınar əşyalar başqa şəxsin mülkiyyətinə keçmiş, alıcı onların hər birinin real dəyərini ödəmişdir. Belə olan halda həmin müqavilələrin etibarsız hesab olunmasına heç bir əsas yoxdur. Bundan başqa, İddiaçı əvvəllər məhkəmədə iddia qaldıraraq, ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusun, 2* EF 627 dövlət nömrə nişanlı «İsuzu Ecobus» markalı avtobusun, ** BJ *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusun və ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusun paylara bölünməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən onlar artıq avtobusların satılması barədə məhkəməyə məlumat verərək müqavilələrin surətlərini təqdim etmişdir. Gəncə Şəhər Məhkəməsinin *7 sentyabr 2*21-ci il tarixli 2(*44)-2722/2*21 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı nikahın pozulması və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə iddia tələbləri hər biri ayrıca icraata ayrılması qərara alınmışdır. Hakim qərardadını onunla əsaslandırmışdır ki, İddiaçı bölünməsini tələb etdiyi avtobuslar artıq özgəninkiləşdirilmişdir. Həmin prosesdə iddiaçının nümayəndəsi də iştirak etmişdir. Bir sözlə İddiaçı ən azı *7 sentyabr 2*21-ci il tarixdə artıq həmin müqavilələrin mövcud olmasını bilmişdir. Sonradan həmin işə ayrıca icraatda baxılmış və həmin məhkəmənin 18 noyabr 2*21-ci il tarixli 2(*44)-3386/2*21 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İşin faktiki halları ilə təsdiq olunur ki, İddiaçı məhkəmədə hazırki iddia tələbini qaldırmamışdan ən azı 1 il *2 ay qabaq bilmiş, bununla razılaşmış, lakin sonradan Cavabdeh1 ilə aralarında mübahisə yarandığı üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi İddiaçı iddia müddətini də ötürmüşdür. Buna görə də İddiaçı iddiası rədd edilməlidir. Bundan başqa, Cavabdeh1 və İddiaçı *1 aprel 2*16-cı ildə nikaha girmiş, 2*21-ci ilin iyun ayının ortalarında Cavabdeh1 və İddiaçı faktiki olaraq ayrılmış və İddiaçı həmin ayda Gəncə Şəhəri Nizami Rayon Məhkəməsində nikahın pozulması tələbinə dair iddia qalmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin *7 dekabr 2*21-ci il tarixli 2(*44)-2722/2*21 nömrəli qətnaməsi ilə Cavabdeh1 və İddiaçı arasında olan nikah pozulmuşdur. Cavabdeh1 və İddiaçı birgə nikah dövründə 23 iyun 2*2*-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 4*.*** manat məbləğində pul vəsaiti kredit alınmışdır. İddiaçı həmin müqavilə üzrə zamin qismində iştirak etmişdir. Cavabdeh1 və İddiaçı kredit götürülmüş vəsaitin bir hissəsini Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin *7 dekabr 2*21-ci il tarixli 2(*44)-2722/2*21 nömrəli qətnaməsi ilə ½ hissədə paylara bölünən Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti 197 ünvanında yerləşən 6 nömrəli evin 45 nömrəli mənzilə olan borca, qalan hissəsini isə həmin mənzilin təmirinə sərf etmişlər. 2*21-ci ilin may ayından sonra Cavabdeh1 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 28.868 manat ödəniş etməklə, kredit öhdəliklərini tək icra etmiş və borcu tam ödəyərək, qeyd olunan mənzili ipoteka ilə yüklülükdən azad etmişdir. Buna görə də birgə nikah dövründə yaranmış öhdəliklərin icrasına Cavabdeh1 tərəfindən sərf edilmiş 28.868 manat məbləğində pul vəsaitinin yarısı 14.434 manat məbləğində pul vəsaiti İddiaçı alınıb Cavabdeh1 ödənilməlidir. Sonda Vəkil qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd olunmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AD seriyalı 967511 nömrəli, AD seriyalı 647*5*, AD seriyalı 967513 və AD seriyalı 967512 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin surətlərindən görünür ki, ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa mülkiyyət hüququ *5 fevral 2*21-ci ildə, 2* EF 627 dövlət nömrə nişanlı «İsuzu Ecobus» markalı avtobusa mülkiyyət hüququ 13 noyabr 2*19-cu ildə, ** BJ *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa mülkiyyət hüququ 18 oktyabr 2**7-ci ildə və ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa mülkiyyət hüququ *5 fevral 2*21-ci ildə Cavabdeh1 adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 16 iyun 2*21-ci il tarixli 313-2946-1221 nömrəli arayışından görünür ki, ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobus, 2* EF 627 dövlət nömrə nişanlı «İsuzu Ecobus» markalı avtobus, ** BJ *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobus və ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobus *5 fevral 2*21-ci il tarixdən Cavabdeh1 adına qeydiyyata alınmışdır. İşdə olan 23 iyul 2*21-ci il tarixli «Nəqliyyat vasitəsinin alqı-satqı müqavilə»lərindən görünür ki, ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobus, 2* EF 627 dövlət nömrə nişanlı «İsuzu Ecobus» markalı avtobus, ** BJ *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobus və ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobus 23 iyul 2*21-ci il tarixdə Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır. İş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin *7 dekabr 2*21ci il tarixli 2(*44)-2722/2*21 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında *1 aprel 2*16-cı il tarixdə Gəncə ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsində 767 akt nömrəsi ilə qeyd edilmiş nikah pozulmuşdur. İşdə olan 3* iyun 2*2*-ci il tarixli kredit razılaşmasından, ona əlavə edilmiş ödəniş cədvəlindən və eyni tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətində qaytarmaq şərti ilə 4*.*** manat məbləğində kredit verilmiş, İddiaçı Cavabdeh1 həmin kredit müqaviləsi üzrə öhdəliklərini tam icra edəcəyinə dair zamin qismində iştirak etmişdir. Kredit ödənişlərinin AZ69ACAB**21*1********9**926 cari hesabı vasitəsi ilə aparılması razılaşdırılmışdır. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 22 iyun 2*22-ci il tarixli *456 nömrəli arayışından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin «Gəncə» filialı ilə Mirzəyeva (Xəlilova) Ramilə Famil qızı arasında bağlanmış 23 iyun 2*2*-ci il tarixli **6L*****2583*98 nömrəli ipoteka müqaviləsi əsasında sonuncunun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X1* prospekti 197-də 6 nömrəli evdə yerləşən 73,6 m2 ümumi sahədən ibarət 45 nömrəli mənzil (reyestr nömrəsi 2*1*11***386-*51*1-*93*22) Bankın xeyrinə iopteka ilə yüklü edilmiş və müvafiq ipoteka müqaviləsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla 119 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində 3* iyun 2*2*-ci il tarixdə qeydiyyata alınmışdır. İcrası sözügedən 23 iyun 2*2*-ci il tarixli **6L*****2583*98 nömrəli ipoteka müqaviləsi ilə təmin olunmuş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin «Gəncə» filialı ilə Mirzəyeva (Xəlilova) Ramilə Famil qızı arasında bağlanmış 23 iyun 2*2*-ci il tarixli **6L*****2583*98 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borclu öz öhdəliklərini icra edərək, təminatlı kredit borcunu ödəmişdir. İşdə olan 21 iyun 2*22-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh1 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borcunu tam ödəmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh1 nikahlarını *1 aprel 2*16-cı ildə Gəncə «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində qeydə aldırmış, onlar arasında olan nikah Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin *7 dekabr 2*21-ci il tarixli 2(*44)-2722/2*21 nömrəli qətnaməsi ilə pozulmuşdur. Tərəflər birgə nikah dövründə ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı, 2* EF 627 dövlət nömrə nişanlı «İsuzu Ecobus» markalı, ** BJ *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı və ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtomobil əldə etmişlər. İddiaçı və Cavabdeh1 arasında olan ər-arvad münasibətləri 2*21ci ilin iyun ayının ortalarında faktiki başa çatmış, ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobus, 2* EF 627 dövlət nömrə nişanlı «İsuzu Ecobus» markalı avtobus, ** BJ *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobus və ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobus 23 iyul 2*21-ci il tarixdə Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır. Bundan başqa, tərəflər arasında olan birgə nikah dövründə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətində qaytarmaq şərti ilə 4*.*** manat məbləğində kredit verilmiş, həmçinin həmin kreditə görə hesablanmış faiz borcu qismində 9.487 manat 9* qəpik məbləğində əlavə, cəmi 49.487 manat 9* qəpik ödəniş edilməsi nəzərdə tutulmuşdur. İddiaçı Cavabdeh1 həmin kredit müqaviləsi üzrə öhdəliklərini tam icra edəcəyinə dair zamin qismində iştirak etmişdir. Kredit ödənişlərinin AZ69ACAB**21*1********9**926 cari hesabı vasitəsi ilə aparılması razılaşdırılmışdır. İddiaçı və Cavabdeh1 2*21-ci ilin iyul ayınadək birgə yaşadıqları dövrdə qeyd olunan ümumi borcdan 22.682 manat məbləğində ödəniş edilmiş, qalıq borc 26.8*5 manat 9* qəpik qalmış və həmin borc tərəflər arasında nikah münasibətlərinin faktiki başa çatmasından sonra Cavabdeh1 tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı maddəsinə görə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. «Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2*22-ci il tarixli *2/2*22 nömrəli Qərardadının 18 və 19-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun *2 aprel 2*21-ci il tarixli Qərarında göstərilmişdir ki, fərdimüəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi fərdi müəyyən əşyalar barəsində iddia müddətinin tətbiqi qanunauyğun deyildir. Hazırki halda isə İddiaçı fərdi müəyyən əşya üzrə bağlanmış əqdlərin etibarlılığını mübahisələndirir. Digər tərəfdən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh1 öz etirazının əsası kimi iddia müddətinin tətbiqinə dair göstərdiyi xüsusat iddianın rədd olunması üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1 və 213.2-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələrinə görə ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə nikah müddətində ər-avadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı əmlak daxildir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*96.1-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından göründüyü kimi tərəflərin birgə nikah dövründə əldə etdiyi ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı, 2* EF 627 dövlət nömrə nişanlı «İsuzu Ecobus» markalı, ** BJ *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı və ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtomobil 23 iyul 2*21-ci il tarixdə, yəni tərəflər arasında olan ər-arvad münasibətləri 2*21ci ilin iyun ayının ortalarında faktiki başa çatmasından sonra baş vermiş və bununla əlaqədar həmin avtomobillərin satılmasına İddiaçı razılığı əldə olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Tovuz Regional QİTBŞ-də bağlanmış 23 iyul 2*21-ci il tarixli ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa, 23 iyul 2*21-ci il tarixli 2* EF 627 dövlət nömrə nişanlı «İsuzu Ecobus» markalı avtobusa, 23 iyul 2*21-ci il tarixli ** BJ *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa, 23 iyul 2*21-ci il tarixli ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa dair bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilməli, İddiaçı və Cavabdeh1 hər birinin ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı, 2* EF 627 dövlət nömrə nişanlı «İsuzu Ecobus» markalı, ** BJ *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı və ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtomobillərin ½ hissəsinə payı müəyyən edilməli, həmin avtomobillər əvvəlki hüquqi vəziyyətə qaytarılmalıdır. Bundan başqa, İddiaçı ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı, 2* EF 627 dövlət nömrə nişanlı «İsuzu Ecobus» markalı, ** BJ *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı və ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtomobillərdən istifadə ilə əlaqədar əldən çıxmış faydanın əvəzi qismində 18.*** manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 alınıb, ona verilməsini xahiş etsə də, sübutların təqdim olunması üçün məhkəmə iclasının bir neçə dəfə təxirə salınmasına baxmayaraq, qeyd olunan avtomobillərdən istifadə ilə əlaqədar Cavabdeh1 və Cavabdeh2 qazanc əldə etməsi barədə sübutlarını məhkəməyə təqdim etməmiş və iddianı həmin hissədə sübuta yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddiası əldən çıxmış fayda qismində 18.*** manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə tutulması tələbinə dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2*21-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ərarvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından və qanunvericiliyin tələbi baxımından iddiaçının birgə nikah dövründə əldə edilmiş borclarının bölünməsini tələb etməsi əsaslıdır. Belə ki, qanunvericiliyin tələbindən də göründüyü kimi, ər-arvad ümumi öhdəlikləri üzrə birgə borclu olduqlarından kreditor qarşısında da birgə məsuliyyət daşıyırlar. Bundan başqa, İddiaçı nümayəndəsi (vəkili) X5 mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 3* iyun 2*2*ci il tarixli **6R2*1823*8** nömrəli kredit müqaviləsindən məlumatsız olmasını və Cavabdeh1 əldə edilmiş pul vəsaitini şəxsi məqsədləri üçün istifadə etdiyini bildirsə də, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı həmin kredit müqaviləsi üzrə zamin qismində iştirak etmiş və hətta mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsi (vəkili) X2 məhkəmə iclasında göstərdiyi həmin xüsusatlar mülki işin məhkəmə iclasında tədqiq olunmaqla sübuta yetirilmiş halları ilə təkzib edilməklə yanaşı inandırıcı deyildir və yalnız Cavabdeh1 qarşılıqlı iddiasının rədd olunmasına yönəldilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, tərəflər arasında olan nikah münasibətləri 2*21-ci ilin iyun ayının ortalarında faktiki başa çatdığına görə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 3* iyun 2*2*-ci il tarixli **6R2*1823*8** nömrəli kredit müqaviləsi üzrə həmin tarixdən sonra 26.8*5 manat 9* qəpik məbləğində qalıq borc Cavabdeh1 tərəfindən ödənilmişdir. Buna görə də Cavabdeh1 qarşılıqlı iddiası qismən təmin edilməli, İddiaçı birgə nikah dövründə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 3* iyun 2*2*-ci il tarixli **6R2*1823*8** nömrəli kredit müqaviləsi üzrə borcun tərəflər arasında nikah münasibətlərinin faktiki başa çatmasından sonra icra edilməli olan 26.8*5 manat 9* qəpik məbləğində hisssəsinin ½ hissəsinin əvəzi qismində 13.4*2 manat 95 qəpik məbləğində pul vəsaiti tutulub Cavabdeh1 verilməli, Cavabdeh1 qarşılıqlı iddiası qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 arasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Tovuz Regional QİTBŞ-də bağlanmış 23 iyul 2*21-ci il tarixli ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa, 23 iyul 2*21-ci il tarixli 2* EF 627 dövlət nömrə nişanlı «İsuzu Ecobus» markalı avtobusa, 23 iyul 2*21-ci il tarixli ** BJ *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa, 23 iyul 2*21-ci il tarixli ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa dair bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilsin və həmin avtomobillər əvvəlki hüquqi vəziyyətinə qaytarılsın. İddiaçı və Cavabdeh1 hər birinin ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı, 2* EF 627 dövlət nömrə nişanlı «İsuzu Ecobus» markalı, ** BJ *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı və ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtomobillərin ½ hissəsinə payı müəyyən edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Cavabdeh1 qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçı birgə nikah dövründə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 3* iyun 2*2*-ci il tarixli **6R2*1823*8** nömrəli kredit müqaviləsindən yaranan öhdəliklərin icrası üzrə 13.4*2 (on üç min dörd yüz iki) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti tutulub Cavabdeh1 verilsin. Cavabdeh1 iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2117/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2117/2023
20.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver