Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-215/2025 23.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "əmlakın natural qaydada bölünməsi və bu mümkün olmadığı təqdirdə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olunmuş pulun paylara mütənasib formada bölünməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 51a nömrəli evin, 2 nömrəli mənzilinin (mübahisəli mənzil) və “Nissan Teana” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin (mübahisəli avtomobil) aralarında natural qaydada bölünməsi və bu mümkün olmadığı təqdirdə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olunmuş pulun paylara mütənasib formada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili sonradan iddia tələbinin dəqiqləşdirilməsi – tələbin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin natural qaydada bölünməsi və bu mümkün olmadığı təqdirdə həmin evin açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olunmuş pulun paylara uyğun mütənasib formada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər eyni iddia ilə ona qarşı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində işə baxılarkən iddiaçı və üçüncü şəxslər iddianın həcmini azaldaraq, "Nissan Teana" markalı avtomobilin satıldığını və pulunun həmin zaman atalarının dəfninə, məzar daşına xərcləndiyini nəzərə alaraq avtomobilə olan paylarına dair iddiadan imtina etmişlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 29 dekabr 2019-cu il tarixli, 2(005)-328/2019 nömrəli qətnaməsi ilə iddiaçı və digərlərinin iddiasını təmin etsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)- 107/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddianın təmin olunmamasını qət etmişdir və bu günə qətnamə qanuni qüvvəsini almışdır. Yuxarıda qeyd olunanlara və qanunun tələblərinə əsaslanaraq, hesab edir ki, iddiaçının eyni iddia ilə təkrarən, ona qarşı iddia irəli sürməsi qanuna ziddir və mümkün deyil. İddiaçının, digər cavabdehlər kimi göstərdiyi şəxslər, iddiaçının bacıları olmaqla yanaşı ona qarşı yuxarıda qeyd olunan məhkəmə prosseslərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərdir. Onların payı müəyyən olsa da, mübahisəli mənzildən xəbərləri belə yoxdur, oradan bir gün olsa belə, istifadə etmədikləri səbəbindən onların işdə cavabdeh olmaları yalnız məhkəmə aidiyyətinin Gəncə şəhərinə aid edilməsinə və dolayısı yol ilə məhkəmədə baxılaraq, təmin olunmamış iddianın yenidən baxılmasına hədəflənmişdir. Buna görə də Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsindən iş materiallarının sorğu edərək götürülməsi zəruridir. O, iddiaçıya keçən məhkəmələrdən öncə də və məhkəmələr gedən zamanlarda da payına düşən pulu ödəməyə razılıq vermişdir. Lakin iddiaçı qeyri-rəsmi, əsassız olaraq ondan artıq məbləğdə pul istəməklə qərəzlilik edir. Odur ki, hazırda yaşadığı, istifadə etdiyi mübahisəli mənzilin hərraca çıxarılmasına etiraz edir və yuxarıda qeyd olunan əsaslar ilə icraata xitam verilməsini xahiş edir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə vəsatət təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Həmçinin əlavə etdi ki, hazırda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində əlaqəli işə baxılır, həmin işə baxıldıqdan sonra nəticəsinə uyğun olaraq yenidən iddia ilə müraciət edəcəklər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfin vəsatətini nəzərdən keçirərək hesab edir ki, verilmiş vəsatət təmin olunmalı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "əmlakın natural qaydada bölünməsi və bu mümkün olmadığı təqdirdə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olunmuş pulun paylara mütənasib formada bölünməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "əmlakın natural qaydada bölünməsi və bu mümkün olmadığı təqdirdə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olunmuş pulun paylara mütənasib formada bölünməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-215/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-215/2025
23.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver