Məhkəmə qərarları › İş №2(125)-22/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-22/2023

08.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-22/2023 08.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı nümayəndəsi X7, həmçinin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətləri nəticəsində onun X17 Mərkəzinə ödədiyi 1.300 manat, UZİ olunmaqla bağlı çəkdiyi 45 manat, həmin vaxt MRT olunmması ilə bağlı ödədiyi 150 manat, digər analizlərlə bağlı çəkdiyi 135 manat, aldığı dərmanlara görə ödədiyi 78 manat, Covid 19 testi üçün ödədiyi 50 manat, oksigen klinikası üçün ödədiyi 238 manat, “Avrasiya” klinikasına ödənilmiş 3092 manat, əməliyyat olunduqdan sonra aptekdən 850 manat 80 qəpik, həmin vaxt müayinə olunmaq üçün X4 yoxlanmaq üçün ödədiyi 271 manat, yol xərci olan 360 manat pulun, ümumulikdə 7410,80 qəpik pulun cavabdehdən alınıb ona ödənilməsi, əməliyyatın qüsurlu aparılması nəticəsində onun keçirdiyi mənəvi sarsıntıya görə cavabdehdən 5000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X17 Mərkəzində müalicə olunmaq üçün müqavilə bağlamış və 27 noyabr 2020-ci il tarixdə X17 mərkəzində mamaqinekoloq Fərid Cəfərov tərəfindən keysəriyyə əməliyyati olunmuş və ikinci qız övladı dünyaya gəlmişdir. Əməliyyatdan öncə laborator analizlər vermiş və müayinələrdən keçmiş, ciddi heç bir problemi olmamışdır. O, hamiləlik vaxtı da Fərid həkimin qəbulunda və nəzarətində olmuş, 30 noyabr 2020-ci il tarixdə evə yazılmışdır. O, xəstəxanada olarkən doğuşun səhəri axşamı hərarəti qalxmış, 38 dərəcə olmuş, Fərid həkim ona “Covid 19” diaqnozu qoymuş və ona güclü antibiotiklər yazmışdır. Fərid həkim özbaşına ona Coviddən müalicə təyin etmiş, bütün bunlardan sonra qızdırması düşmədiyinə görə Fərid həkim mastopatiya şübhəsi ilə əlaqədar qızdırmanın qalxdığını güman edib onun südünü qurutmağı təyin etmiş, buna görə “dostinex” adlı dərmanı yazmış, həmin dərmanı içəndən sonra südü qurumuş, yeni dünyaya gəlmiş uşağı ana südündən məhrum olunmuşdur. Lakin yenə də qızdırması düşməmiş, halsız olmuş, qarın boşluğunu əlləyəndə qışqırmış, bərk ağrıları olmuş, uşağı qucağına almağa gücü olmamışdır. O, 04 dekabr 2020-ci il tarixdə Fərid həkimin qəbulunda olmuş, Fərid həkim onun əməliyyatının tikişini sökmüş və uşaqlığına baxıb demişdir ki, hər şey yaxşıdır, heç bir problem yoxdur. Həmin vaxt o, Fərid həkimə bildirmişdir ki, qarın boşluğunda şiş var və əlləyəndə ağrıyır. Fərid həkim buna cavab olaraq bildirmişdir ki, əzələləri xamlayıb və ancaq tikişləri sökdür. Bundan sonra onlar evə gəlmiş, sonradan Fərid həkimi birdə görməmişlər, çünki Fərid həkim Baki şəhərində ikinci iş yerinə getmişdir. O, Gəncə şəhərində “İstanbul Ns” klinikasında 07 dekabr 2020-ci il tarixdə qarın boşluğunun USM olunmuş, qarın boşluğunda 1 litr 200 ml su yığılması aşkar edilmişdir. Bundan sonra onlar X17 mərkəzinə getmiş, Fərid həkimə telefonla bu barədə məlumat vermişlər, Fərid həkim onda covid-19 olduğunu demişdir. Onun təkidi ilə o, ağ ciyərlərını kompüter tomoqrafiyası etdirmiş və onda yüngül plevrit aşkar edilmişdir. Lakin onun ağ ciyərlərındə buzlu şüşə aşkar olunmamışdır. Bundan sonra onlar başqa laboratoriyada qandan covid 19-a qarşı analiz vermişlər, lakin cavab negativ çıxmış, yenidən Fərid həkimlə telefonla əlaqə saxlayıb, qarın boşluğuna maye yığıldığını bildirmişlər, o isə demişdir ki, dərman və sistemlərlə həmin suyu qurudacaqdır. Bundan başqa həmçinin covid 19 əleyhinə ona və ailə üzvlərinə müalicə yazmışdır. O, həmin müalicəni götürməmişdir. Bu müddət ərzində Fərid həkim onlarla Whatsap sosial şəbəkəsi vasitəsilə əlaqədə olmuş və ona sms vasitəsilə ev şəraitində müalicə olunmağı üçün dərmanlar yazmışdır. 07 dekabr 2020-ci il tarixə onlar Fərid həkimin yazdığı sistemləri vurdurmuşlar, lakin onun vəziyyəti düzəlməmiş, qızdırması düşməmiş, qarın boşluğunda şiş və kəskin ağrılar olmuş, vəziyyətinin ağırlaşdığını görüb artıq 08.12.20-də təcili halda Bakıya "Avrasiya" klinikasina getmişlər və ilkin yoxlanışdan sonra xəstənin “Keysəriyyə” əməliyyatından sonra qarin boşluğunda ERKƏN BİTİŞMƏ XƏSTƏLİYİ, DİFFUZSEROZ FİBRİNOZ PHRİTONİT, qarın hoşluğunda 3 litrə qədər çirkli maye diaqnozu qoyulmuş və çox ağır və təcili əməliyyat keçirmişdir. Bir gecə ərzində maye iki qat çoxalmış, əməliyyata götürülməsə həyatını itirə bilərdi. Əməliyyat nəticəsində uşaqlıq borusu bağlanmış və qarın boşluğu maye və çirkdən təmizlənmiş, onun bağırsaqları dolaşmış, irinlə və fibronrtik tellərlə əhatə olunmuşdur. Hələ bundan sonrada ona 3 ədəd drenaf qoyulmuş, 14 dekabra qədər ondan çirk gəlmişdir. Fərid həkim əməliyyat zamanı sterilliyə tam əməl etmədiyi üçün onun bədənində peritonit yaranmışdır. Onunla cavabdeh arasında müqavilə bağlanmış və onun keysəriyyə əməliyyatını həyata keçirmək üçün ondan 1.300 manat məbləğində pul alınmışdır. Bundan başqa həmin vaxt həkimin səhlənkarlığı nəticəsində o, bir sıra analizlər vermiş və eyni zamanda müəyyən dərman peraparatları almışdır. Həmin vaxt UZİ olunmuş və bu zaman həmin müəyinə üçün 45 manat məbləğində pul ödəmişdir. Bunu ödəməyə səbəb isə qarın boşluğunda olan ağırılar olmuşdur. Həmin müayinədən sonra müəyyən edilmişdir ki, onun qarın boşluğuna 1.200 qram su yığılmışdır. Bundan başqa o, həmin vaxt MRT olunmuş və buna görə 150 manat məbləğində pul ödəmişdir. Bundan başqa digər anAlizlə bağlı 135 manat, aldİğı dərmanlara görə 78 manat, Covid 19 testi üçün 50 manat, Oksigen klinikası üçün isə 238 manat məbləğində pul ödəmişdir. X2 əməliyyatın qüsurlu olması nəticəsində onun halı pisləşmiş və məcbur qalıb Bakı şəhərinə getmiş və orada yerləşən “Avrasiya” klinikasında müayinə və müalicə olunmuşdur. Həmin vaxt orada əməliyyat olunmuş və buna görə 3092 manat məbləğində pul “Avrasiya“ Klinikasının hesabına ödənilmişdir. Orada əməliyyat olunduqdan sonra aptekdən 850.80 qəpik məbləğində dərmanlara pul xərclənmişdir. Bundan başqa o, həmin vaxt müayinə olunmaq üçün “X4” yoxlanmaq üçün 271 manat məbləğində pul xərcləmişdir. Qeyd edilənlərlə yanaşı o, Bakı şəhərinə xəstəxanaya gedən zaman karantin dövrü olduğundan həmin vaxt avtobuslar işləmədiyindən taksi ilə getməyə məcbur olmuşdur ki, həmin vaxt təcili olduğundan gediş haqqı 90 manat olmuşdur. İddiaçı isə həmin vaxt Bakı şəhərinə 4 dəfə gedib gəlmiş, gediş haqqı ümumilikdə 360 manat təşkil etmişdir. Qeyd edildiyi kimi onunla cavabdeh arasında ona keyfiyyətli tibbi yardım göstərilməsi barədə müqavilə bağlanmış və bunun qarşılığında onun tərəfindən çavabdehin hesabına pul ödənilmişdir. Lakin cavabdeh üzərinə düşmüş öhdəliyi lazımınca icra etməmiş qüsurlu keysəriyyə əməliyyatı aprılmışdır və nəticədə ona maddi və mənəvi ziyan dəymişdir. Maddi ziyanla bağlı yUxarıda qeyd edildiyindən əlavə olaraq həmin xüsusat ilə bağlı məsləyə toxunmamışdır. Bununla bağlı yalnız onu qeyd etmişdir ki, məhz cavabdehin təqsiri nəticəsində o, əlavə olaraq başqa klinikalara müraciət etmiş, əlavə dərmanlar almağa və yol xərci çəkməyə məcbur edilmişdir. Bu səbəbdən onun tərəfindən çəkilmiş həmin xərclərdə cavabdeh tərəfindən ona ödənilməlidir. Qeyd edilənlərlə yanaşı cavabdehlərin hərkətləri nəticəsində əmlakın talanması nəticəsində o, əsəb sarsıntısı keçirmiş və nəticədə ona mənəvi ziyan dəymişdir. Göründüyü kimi cavabdehin hərəkətləri nəticəsində o, xeyli miqdarda əmlakını itirmiş və onun cavabdeh tərəfindən düzgün əməliyyat olunmaması nəticəsində onun sağlamlıq durmunda problemlər yaranmışdır. Bu hal isə onda narahatlıq hissi yaratmış, məyusluq və sters hissləri yaşatmışdır. Bundan başqa cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi nəticəsində onun sağlamlıq durumunda uzun müddətə davam edəcək problem yaranmışdır. Belə ki, həmin vaxt onun uşaqlığında yerləşən turbalıqlar bağlanmışdır. Bu isə onun gələcəkdə övlad dünyaya gətirməsinə problemlər yaratdığından o, buna görə mənəvi sarsıntı keçirmişdir. Bu səbəbdən cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyan ödənilməlidir. Bundan başqa qeyd edirik ki, qüsurlu əməliyyatı icra edən həkim X1i əsaslarla çalışmamış, buna görə klinika İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilmişdir. Bundan başqa cavabdeh öz işçisinin yol verdiyi nöqsana görə məsuliyyət daşıyır. Bu səbəbdən ona vurulmuş ziyan cavabdeh tərəfindən ödənilməlidir. Qeyd edilənlərlə əlaqədar cavabdehin hərəkətləri nəticəsində onun X17 Mərkəzinə ödədiyi 1.300 manat, UZİ olunmaqla bağlı çəkdiyi 45 manat, həmin vaxt MRT olunmması ilə bağlı ödədiyi 150 manat, digər analizlərlə bağlı çəkdiyi 135 manat, aldığı dərmanlara görə ödədiyi 78 manat, Covid 19 testi üçün ödədiyi 50 manat, oksigen klinikası üçün ödədiyi 238 manat, “Avrasiya” klinikasına ödənilmiş 3092 manat, əməliyyat olunduqdan sonra aptekdən 850 manat 80 qəpik, həmin vaxt müayinə olunmaq üçün X4 yoxlanmaq üçün ödədiyi 271 manat, yol xərci olan 360 manat pulun, ümumulikdə 7410,80 qəpik pulun cavabdehdən alınıb ona ödənilməsi, əməliyyatın qüsurlu aparılması nəticəsində onun keçirdiyi mənəvi sarsıntıya görə cavabdehdən 5000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı nümayəndəsi X12 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Təranə İbarhimova məhz keysəriyyə əməliyyatından sonra xəstəxanada olarkən onun bədən hərarəti yüksəlmişdir. Bu zaman həkim tərəfindən hər hansı bir müayinə aparılmadan ona ana südününü qurudulması ilə bağlı dərman təyin edilmiş və onun nəticəsində ana südü qurudulmuş, lakin onun bədən temperaturu normaya düşməmişdir. Bundan sonra müalicə həkimi tərəfindən onda Covid 19 infeksion xəstəliyin olması ilə bağlı müalicə yazılmış və sonradan onun verdiyi analiz nəticəsində onda Covid 19 xəstəliyinin əlamətləri aşkar edilməmişdir. Göründüyü kimi xəstəyə ilkin olaraq hərtərəfli tibbi xidmət göstərilməmiş, nəticədə xəstənin vəziyyəti daha da ağırlaşmışdır. İşin hallarından göründüyü kimi cərrahiyyə əməliyyatı keçirildikdən sonra əməliyyatın səhərisi günü xəstədə bədən hərarəti yüksəlmişdir. Onun xəstəliyinin əsl diaqnozu doqquz gündən sonra müəyyən edilmişdir. Həkim tərəfindən xəstəyə lazımi diqqət göstərilməmiş, etinasız yanaşma nəticəsində şəxsin vəziyyətinin pisləşməsi baş vermişdir. Həkim tərəfindən xəstənin hərarəti qalxdıqdan sonra onun qarın boşluğunun müayinəsi aparılmamışdır. Həkim tərəfindən təyin edilən müalicə üsulları müəyyən effekt verməməsinə baxmayaraq həkim tərəfindən xəstənin qarın boşluğunun müayinəsi aparılmamışdır. Halbuki, şəxsin qarın boşluğunda ağrıların və şişkinliyin olması ilə bağlı həkimə bildirsə də, həkim xəstəni müayinə etmək ilə baş verən halı öyrənmək əvəzinə mülahizələr yürütmək ilə xəstənin əsl durumunu obyektiv və hərtərəfli müayinə edib ona uyğun müalicə metodu seçməmişdir. Xəstənin vəziyyəti pisləşən zaman onu şəxsən müayinə etməmiş yalnız Whatsap sosial şəbəkəsi vasitəsi ilə Covid 19 infeksiona xəstəliyinə aid dərmanlar yazmaqla kifayətlənmişdir. Sonradan göründüyü kimi xəstə məcbur qalıb müayinə olunmuş və müayinənin nəticəsində onun qarın boşluğunda 1200 ml maye aşkar edilmişdir. Nəticədə onda yuxarıda qeyd edilən xəstəliyin simptomları aşkar edilmiş və Avrasiya Klinikasinda əməliyyat olunaraq onun həyatı xilas olmuşdur. Fərid həkim məsuliyyətdən boyun qaçırır və özünü tam günahsız sayır. Lakin peritonit əməliyyat zamanı Fərid həkimin hər hansı qeyri sterilliyinin nəticəsində olmuşdur. Fərid həkim əməliyyat zamanı sterilliyə tam əməl etmədiyi üçün və tikişləri düz qoymadığı üçün, qeysəriyyə kəsiyi əməliyyatı zamanı mikroorqanizmlər uşaqlıq möhtəviyyatı ilə birlikdə qarın boşluğuna keçdiyi üçün onun qarın boşluğuna su yığılmış, mikroflorası pozulmuş, bağırsaqlarda və boruların ətrafında fibrinotek tellər əmələ gəlmişdir. Lakin iş üzrə araşdırma aparılan zaman İddiaçı verdiyi ifadədə göstərilən səbəblərdən peritonitin əmələ gəlməsinin mümkünlüyü barədə heç bir araşdırma aparılmamışdır. Eyni zamanda ekspert qarşısında qeyd edilən məsələlər ilə bağlı heç bir sual qoyulmamışdır. Gəncə şəhər Prokurorluğunda aparılan araşdrıma zamanı material üzrə izahatı alınmış Cəfərov Fərid- Rza Fikrəd oğlu bildirmişdir ki, “X17 Mərkəzi”ndə əlavə olaraq pasiyentə kliniki, laborator və radioloji müayinələri aparılmış və nəticədə xəstəyə 35 həftəlik hamiləlik, aşağı ətrafların və cinsiyyət dodağların varikoz genəlməsi, hipertenziya coxsulluq (infeksiyanın artıq anadan dölə keçməsi) diaqnozu qoyulmuşdur. Həkim tərəfindən həmin diaqnozun qoyulması ilə bağlı heç bir fakt prokurorluğa təqdim edilməmişdir. Bundan başqa o, öz ifadəsində bildirmişdir ki, stasionar müalicə dövründə (3-cü günü) ananın bədən hərarətinin yüksəlməsi izlənilmiş və dərhal müəyyən risk qrupları üzrə (cərrahi doğuş əməliyyatı, ginekolofi, yara yeri və s.) müayinələr aparılmış və pasiyentdə əməliyyatla bağlı heç bir ağırlaşma və fəsad aşkar edilməmişdir. Əməliyyat sonrası mütləq antibiotik müalicə təyin edilmişdir. Lakin antibiotik müalicə təyin edilməsinə dair heç bir fakt göstərilməmişdir. Və əgər onun dediyi şəkildə müalicə təyin edilmiş olsa idi bu zaman xəstənin qarın boğluğunda infeksion hal baş verməzdi. Onun etdiyi müalicə südün qurudulması və Covid 19 əleyhinə olan müalicə üsulu isə xəstənin movcud vəziyyətinə advekat olmamışdır. Onun ifadəsində qeyd edilir ki, uşaq ananın hamiləliyi zamanı keçirmiş olduğu infeksiya ilə bağlı bir müddət uşaq şöbəsində həkim nəzarəti altında saxlanılmışdır. Qeyd edilənlərərlə bağlı da heç bir sübut araşdırma zamanı təqdim edilməmişdir. Yəni uşağın ana bətnində infeksiya tutumasına dair heç bir fakt aşkar edilməmişdir. Onun ifadəsinə diqqət yetirdikdə əməliyyatdan 3 gün sonra xəstənin bədən hərarətinin qalxması qeyd edilsə də, lakin bununla bağlı heç bir əsaslı fakt araşdırmaya təqdim edilməmişdir. Halbuki, İddiaçı ifadəsinə diqqət yetirdikdə aydın olur ki, bədən temperatoru əməliyyatdan bir gün sonra qalxmışdır. Fərid Cəfərov isə ifadəsində bildirir ki, guya 3 gün sonra bədən hərarəti qalxmışdır. Buna dair də, heç bir əsaslı fakt təqdim edilməmişdir. Xəstənin müayinə edilməsi nəticəsində onun qarın boğluğunda 1200 ml maye aşkar edildiyi halda ifadəsinə həmin mayenin miqdarının 800-900 ml olduğu qeyd edilmişdir. Beləliklə həkim tərəfindən verilmiş izahat özünü məsuliyyətdən azad etmək məqsədi daşımışdır. Müstəntiq tərəfindən isə həmin izahata tənqidi yanaşılmamışdır. İddiaçı qeyd edir ki, onda olan fəsadlar məhz keysəriyyə əməliyyatından sonra baş vermişdir. Peritonitin bağırsaq zədələnməsi və ya tikişlərin yerində olmaması halı ilə yanaşı, orqanın dəlinməsi ilə yanaşı steril periton boşluğuna mikrobların daxil olması nəticəsində də, meydana gəlir. İddiaçı ifadəsində qeyd etdiyi kimi sterilliyə tam əməl etmədiyi üçün, qeysəriyyə kəsiyi əməliyyatı zamanı mikroorqanizmlər uşaqlıq möhtəviyyatı ilə birlikdə qarın boşluğuna keçdiyi üçün onun qarın boşluğuna su yığılmış, mikroflorası pozulmuş, bağırsaqlarda və boruların ətrafında fibrinotek tellər əmələ gəlmişdir. Əməliyyatı həyata keçirən həkimin prokurorluqda verdiyi izahatlarına diqqət yetirdikdə aydın olur ki, xəstə onun keçirdiyi əməliyyatdan sonra evlərinə buraxılmışdır. Sonradan xəstənin halı pisləşmiş, həkim qarında olan narahatlığı başqa səbəblərlə əlaqələndirir. Halbu ki, həmin vaxt heç bir müayinə aparmamışdır. Bundan sonra isə iddiaçı gedib özü müayinədən keçmiş, qarın boşluğunda maye olduğu müəyyən edilmişdir. Həkim tərəfindən heç bir əsaslı səbəb olmadan COVİD 19 virusu ilə bağlı müalicə təyin edilmişdir. Hansı ki, iddiaçı onunla bağlı analiz vermiş və həmin virusun əlamətləri iddiaçıda aşkar edilməmişdir. Həkim tərəfindən isə həmin virusla bağlı müalicə təyin edilmişdir. Göründüyü kimi iddiaçının səhhətində baş verən problemlərə bağlı keysəriyyə əməliyyatını həyata keçirən həkim məsuliyyət daşıyır. Çünki əməliyyata qədər iddiaçının səhhətində hər hansı ciddi bir problem olmamışdır. Odur ki, iddianın təmin edilməsi ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının 1-ci vitse Prezidenti Mehriban xanım Əliyeva tərəfindən səhiyyə sahəsində aparılan uğurlu islahatlardan bəhrələnərək Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən verilən 12 yanvar 2016-cı il tarixli №087996 İSN/L-51/2016 qeydiyyat nömrəli “Özəl Tibbi fəaliyyət”ilə məşğul olmaq hüququ verən lisenziya ilə, hüquqi ünvanı Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi 28 may küçəsi 23 ünvanında yerləşən “X17 Mərkəzi” adı ilə tibbin bir çox sahəsi üzrə faktiki fəaliyyətə başlamış və Azərbaycan Respublikası qanunvericiliyi əsasında təsdiq olunmuş nizamnaməyə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. Xəstəxanaları dünya təcrübəsində qəbul edilən standartlara cavab verən avadanlıqlarla təchiz edilmiş və beynəlxalq təcrübəyə malik tibbi personal heyəti ilə fəaliyyət göstərir. Müəssisə Azərbaycan Respublikasının bütün qanunlarına hörmət əsasında özəl tibb fəaliyyətini həyata keçirir. Respublikanın bütün bölgələrində yaşayan vətəndaşlara yüksək dərəcədə tibbi xidmət göstərməkdədirlər. Vətəndaş İddiaçı 2020-ci ilin oktyabr ayında “X17 Mərkəzi”nin Mama-Ginekologiya şöbəsində hamiləliyin 35-ci həftəsində doğuşu bitirmək üçün müraciət etmişdir. “X17 Mərkəzi”ndə pasiyentə kliniki, laborator və radioloji muayinələri aparılmış və nəticədə xəstəyə 35 hətəlik hamiləlik, aşağı ətrafarın və cinsiyyət dodağların varikoz genəlməsi, hipertenziya coxsulluq (infeksiyanın artıq anadan dölə keçməsi) diaqnozu qoyulmuşdur. Diaqnoz üzrə pasiyentə hal-hazırda ölkəmizdə və beynəlxalq tibbi protokollarda qəbul olunmuş standartlar üzrə müalicə planı və planlı şəkildə hamiləliyin 38-ci həftəsində cərrahi yolu ilə doğuşa hazırlanması başlanıldı. Qeyd olunan müalicə infeksiyanın qarşısını almağa görə yönəlmişdir. Çünki infeksiyanı tam sağalmaq üçün hamiləliyi bitirəndən sonra davam edilməsi zəruridir. Pasiyentə sağlamlıqda yuxarıda qeyd olan problemlər və onun planlı müalicə prosesi izah olunmuşdur. xx.xx.2020-ci il: 38-39 həftəlik hamiləlik dövründə olan İddiaçı ”Cərrahi doğuş” əməliyyatı öncəsi yekun müayinələrdən keçirilmişdir. Pasiyentdə yoluxucu xəstəliklər, anesteziya (ağrısızlaşdırma) və doğuş üçün təhlükə daşıyan digər nöqsanlar aşkarlanmamışdır. Ana stasionara qəbul üçün hazırlanmışdır. Həmin tarixdə pasiyentlə “X17 Mərkəzi” arasında müvafiq tibbi xidmət müqaviləsi, ödəniş məbləği, əməliyyatın riskləri, ağırlaşmaları və fəsadları haqqında məlumatlandırma-razılıq sənədləri rəsmləşdirildikdən sonra o, stasionara qəbul olunmuş, sonra üzərində “İ vaxtında cərrahi doğuş, laparatomiya, uşaqlığın aşağı seqmentində keysariyyə” cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyat fəsadsız keçmişdir. Stasionar mualicə dövründə (3-cü günü) ananın bədən hərarətinin yüksəlməsi izlənilmiş və dərhal müəyyən risk qrupları üzrə (cərrahi doğuş əməliyyatı, ginekoloji, yara yeri və s.) muayinələr aparılmış və pasiyentdə əməliyyatla bağlı heç bir ağırlaşma və fəsad aşkar edilməmişdir. Əməliyyat sonrası mütləq antibiotik mualicə təyin edilmişdir. Post-op İİİ gün cərrahi yara yeri tibbi işlənilməsi üçün həkim müayinələri və digər zəruri tövsiyə və məsləhətlər verilərək xx.xx.2020-ci il tarixində ana kafi vəziyyətdə stasionar müalicədən ambulator müalicəyə göndərilmişdir. Lakin uşaq ananın hamiləliyi zamanı keçirmiş olduğu infeksiya ilə bağlı bir müddət uşaq şöbəsində həkim nəzarəti altında saxlanılmışdır. Göstərilmiş tibbi xidmətlərlə və ödənişlə bağlı xəstə və yaxınları tərəfindən heç bir şikayətləri olmamışdır. Beynəlxalq səviyyədə qəbul olunmuş tibbi protokol qaydalarına uyğun olaraq qeyd olunan əməliyyatın bərpa müddəti 4-6 həftə təşkil edir. Bu müddət ərzində həkim nəzarəti mütləqdir. Post-op Vİİ gün ananın təkrar kontrol muayinəsi zamanı bədən hərarəti istisna olmaqla heç bir şikayəti olmadığını bildirmişdir, kliniki və laborator muayinələri əməliyyat sonrakı dövrə uyğun olmuşdur. Postop X gün ananın növbəti kontrol muayinəsi zamanı hərarətin muşahidə olunması icra olunan əməliyyat üçün tipik olmaması səbəbi ilə daha ətraflı muayinə (USM) zamanı “Qarın boşluğunda 800-900 ml maye” aşkarlanmış, amma qanın laborator göstəricilərində heç bir dəyışıklik aşkar edilməmişdir. Ölkədəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq xəstəyə dərhal ağciyər KT muayinəsi aparılmış və şübhələr təsdiqlənərək xəstədə “ikitərəfli aşağıseqmentli pnevmoniya” aşkarlanmış və təcili Covid-19 PZR (yaxmada) verilməsi məsləhət bilinmiş, eyni zamanda dəstəkləyici müalicə davam olunmuşdur. Lakin xəstə verilmiş məsləhətə riayyət etməmişdir. Belə ki, Post-op Xİ gün xəstənin sağlamlığı barədə məlumat almaq üçün həkim tərəfindən onunla telefon vasitəsilə əlaqə saxlandıqda, onların Bakı şəhərinə müayinə üçün getmələri bildirilmiş, həkim-mama-ginekoloq F.Cəfərov onları Bakı şəhərində də, təmənnasız qəbul edə biləcəyini bildirmişdir. Lakin xəstə Bakı şəhərində birbaşa digər xəstəxanaya və həkimə müraciət edərək, xəstənin mualicə həkimi F.Cəfərovun məsləhətini və fikirini alınmadan davam etdirmişdir. Həmçinin vətəndaş İddiaçı həyat yoldaşının şikayəti əsasında eyni məsələ ilə bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılmış, müvafiq tibbi ekpertiza keçirilmiş və sonda tərəflərindən vətəndaş İddiaçı səhhətinə hər-hansı bir zərər vurulması, həkim səhlənkarlığı, əməliyyatın və müalicənin səhv aparılması kimi iddialar öz əksini tapmamış və sonda 17-c-21 saylı material üzrə xx.xx.2021 il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Vətəndaş İddiaçı səhhətinə “YTM”nin tərəfindən hər hansı bir zərər vurulmayıb, ona “göstərilmiş tibbi xidmətlər” üzrə xəstəxanaya ödənilmiş pul tərəflər arasında razılaşdırılmış müqaviləyə əsasən tam qanuni şəkildə həyata keçirilib. Xəstəyə bütün baş verə biləcək fəsadlar, ağırlaşmalar və risklər tam izah olunub, onu aldadan, ondan nəisə gizlədən və ya hər hansı bir yolla hüquqa zidd hərəkətlərə YTM-zi tərəfindən yol verilməyib. Verilmiş iddia ərizəsi üzrə iddiaçı “cavabdeh tərəfindən ona vurulan 7.410.80 manat ziyanın və mənəvi ziyan kimi 5.000 manat pulun ödənilməsi tələbi ilə” iddia qaldırmış lakin ona dəymiş zərər və vurulan ziyan barədə heç bir sübut təqdim etməmişdir. Belə ki, müvafiq qaydalara uyğun insan səhhətinə ziyan və zədələmə müvafiq olaraq sağlamlığına vurulmuş zərərin müəyyən edilməsi üzrə komissiya tərəfindən və (və ya) məhkəmə qaydasında müəyyən edilə bilər. Müvafiq komissiya zərərin əmələ gəlməsində tibb müəssisəsinin və onun əməkdaşlarının təqsirinin olubolmamasını, peşə fəaliyyəti zamanı yol verilmiş nöqsanları araşdırır, Azərbaycan Respublikasının qanunvericiliyinə, tibbi yardım standartlarına və diaqnostik-müalicə üzrə protokollara əməl edilməsi vəziyyətinə qiymət verir. Sağlamlığa zərər tibb müəssisəsinin və onun əməkdaşının təqsiri üzündən vurulubsa, onlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş üzrə cavabdeh olaraq iddiaçının səhhətinə, sağlamlığına hər hansısa formada ziyan vurmamışlar və iddiaçı öz ərizəsinə əlavə olaraq məhkəməyə ona zərərin vurulması ilə bağlı hər hansısa bir sübutedici sənəd təqdim etməyib. Mülki qanun baxımından zərər bir vətəndaşın başqa bir şəxsin hərəkətləri nəticəsində aldığı real zərərdir. Bu da itirilmiş bir mənfəət hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Qərarı”nda qeyd edib ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. AR Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə,hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Zərərlə bağlı müddəalar Mülki Məcəllənin ümumi hissəsinin digər normalarında da nəzərdə tutulmuşdur. Bildirilir ki, Tibb müəssisəsinə ödənilən vəsait, vətəndaşlara özəl tibb müəssisəsində göstərilən müvafiq tibbi xidmət əvəzi olaraq müəssisədaxili müəyyən və təyin edilmiş vahid qiymətlər üzrə kassaya ödənilən puldur. Kimdənsə aldatma, məcbur etmə yolu ilə və ya qeyri-rəsmi olaraq pul vəsaiti alınmayıb. Həkimin əməliyyat sonrası xəstəliyi sağaltmaqla başa çatdırmasını bildirməsinə münasibətimiz belədir ki, xəstənin üzərində icra olunmuş əməliyyatın icra üsulu və texnikasına bağlı heç bir ağırlaşması olmamışdır. Xəstədə müşahidə olunan yarayerinin sağalmaması kimi hal öncədən proqnozlaşdırılmış və mümkün ehtimal xəstə və xəstə yaxınlarına ətraflı izah olunmuşdur. Buna baxmayaraq həkimin təklif etdiyi müalicə üsulundan və ardıcıllığından imtina olunaraq xəstə başqa klinikaya muraciət etmiş və orada ona edilən əməliyyatın ilkin əməliyyatın nəticəsindən irəli gələn olması öz əksini tapmamış və əsaslandırılmamışdır. “X17 Mərkəzi” və həkim F.R.Cəfərov tərəfindən vətəndaş İddiaçı hər hansı bir səhv muayinə, səhv cərrahi əməliyyat və sair hüquqlarını pozan digər tibbi xidmət (hərəkət və ya hərəkətsizlik) edilməmişdir. Ümumiyyətlə onlar mülki iş üzrə verilən iddia ərizəsi ilə razılaşmırlar, AR MPM-nin maddəsinə əsasən iddia ərizəsinə qarşı etiraz edərək göstərilən tələbin tam əsassız olduğunu bildirirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı Cavabdeh MMC-nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi və orada göstərilən dəlillər əsassız olduğundan iddianı təmin edilməməsi barədə Qətnamə çıxarılmasını məhkəmədən xahiş olunmuşdur. Cavabdeh MMC-nin direktoru X9 tərəfindən məhkəməyə ərizə göndərilərək iş üzrə verilən iddiaya etiraz edib, iddianın hər hansı bir hüquqi əsasının olmadığından və əsassız olduğundan iddia üzrə təqdim olunan sübutlar əsasında məhkəmə iclası iştirakları olmadan keçirib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan “Avrasiya” klinikası tərəfindən verilmiş arayışdan görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdə “keysəriyyə əməliyyatından sonrakı vəziyyət, qarın boşluğunun erkən bitişmə xəstəliyi, diffuz seroz fibromoz peritonit” diaqnozu ilə cərrahi əməliyyatını keçirmişdir. Özəl tibb müəssisəsi olduğu üçün xəstə tərəfindən əməliyyat və dərman məsrəfi 2692 AZN və poliklinika məsrəfi 400 AZN ödənilmişdir. Ümumi məbləğ 3092 AZN təşkil edir. İş materiallarında olan X5 xx.xx.2020-ci il tarixli ulturasəs müayinəsindən görünür ki, İddiaçı hər iki böyrəyin pielonefriti və duz diatezi rəyi verilmişdir. İş materiallarında olan “Avrasiya” klinikası tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ümumi zəiflik, halsızlıq diskomfort, hərarətin yüksəlməsi, qarın nahiyəsində olan kəskin ağrı şikayətləri ilə klinikaya daxil olmuş, qeysəriyyə əməliyyatından sonrakı vəziyyət, qarın boşluğunun erkən bitişmə xəstəliyi, diffuz seroz fibrinoz peritonit diaqnozu qoyulmuş, xx.xx.2020-ci il tarixdə diaqnostik laporaskopiya, laporatomiya, bitişmələrin ayrılması, qarın boşluğunun təmiz suya kimi yuyulub qurudulması, hər iki borunun bağlanması” cərrahiyyə əməliyyatı icra edilmiş və xəstəyə kafi vəziyyətdə müvafiq məsləhətlər verilərək ambulator müşahidəyə buraxılmışdır. İş materiallarında olan “Avrasiya” hospitalı tərəfindən verilmiş çanaq boşluğunun MR müayinəsindən görünür ki, İddiaçı çanaq ön divarında dəri-dərialtı postop kəsik xətti mövcuddur. Kəsik xətti nahiyəsində dərialtı piy toxumasında 16.6x3 sm ölçüdə, içərisində hava imajının mövcud olduğu maye yığıntısı aşkar olunur. Dərialtı piy toxumasında diffuz ödemə bağlı T2-T2Fs siqnal dəyişikliyi qeyd edilir. Çanaq ön divarında rectus abdominus əzələsinin altında 4x2 ölçüdə maye yığıntısı izlənir. Çanaq ön divarında sağdan girişi olan və ucu arxa Douglas boşluğunda drenaj kateteri izlənir. İş materiallarında olan X5 xx.xx.2020-ci il tarixli ulturasəs müayinəsindən görünür ki, İddiaçı xroniki pankreatit, hepatomeqaliya rəyi verilmişdir. İş materiallarında olan X5 xx.xx.2020-ci il tarixli məlumatından görünür ki, İddiaçı Çanaq MRT-si üçün 155 manat ödəmişdir. İş materiallarında olan Oxsigen Klinik xəstaxanasının xx.xx.2020-ci il tarixli məlumatından görünür ki, İddiaçı ginekologiya konsultasiyası üçün 40.00 manat ödəmişdir. İş materiallarında olan Oxsigen Klinik xəstaxanasının xx.xx.2020-ci il tarixli məlumatından görünür ki, İddiaçı ginekologiya konsultasiyası, hemoqramma-qanın ümumi anaqlizi, D-dəmir analizi üçün 82.00 manat ödəmişdir. İş materiallarında olan Oxsigen Klinik xəstaxanasının xx.xx.2020-ci il tarixli məlumatından görünür ki, İddiaçı ginekologiya konsultasiyası üçün 40.00 manat ödəmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı qan qazlarının laboratoriyası üçün 14.00 manat ödəmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı həkimin çağırışı üçün 20.00 manat ödəmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı döş qəfəsidüz poroyeksiyada rəqəmsal rer üçün 20.00 manat ödəmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı döş qanın ümumi analizi EŞS və C-reaktiv zülal (CRP) üçün 18.00 manat ödəmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı xx.xx.2022-xx.xx.2020-ci il tarixlərində laboratoriya analizləri üçün 69.00 manat ödəmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı 1290 saylı, 2243 saylı qəbzlərlə Oxsigen Klinik xəstaxanasına müvafiq olaraq 82.00 manat, 36.00 manat, "xxxx" MMC-yə 38517 saylı qəbzlə 30.81 manat, 42100 saylı qəbzlə 23.76 manat, 42327 saylı qəbzlə 16.90 manat, 45786 saylı qəbzlə 3.51 manat, 43975 saylı qəbzlə 15.65 manat, 42719 saylı qəbzlə 2.45 manat, 20104 saylı qəbzlə 40.84 manat, 42736 saylı qəbzlə 20.42 manat, 29395 saylı qəbzlə 183.78 manat, 64217 saylı qəbzlə 34.59 manat, 41531 saylı qəbzlə 40.84 manat, 46027 saylı qəbzlə 2.45 manat, 45612 saylı qəbzlə 2.88 manat, 45609 saylı qəbzlə 7.31 manat, 45543 saylı qəbzlə 46.67 manat, "xxxx" MMC-yə N315 saylı qəbzlə 29.00 manat, N5600 saylı qəbzlə 22.60 manat, "xxxx" MMC-yə 10594 saylı qəbzlə 133.00 manat, 18031 saylı qəbzlə 22.25 manat, 10486 saylı qəbzlə 76.00 manat, 10336 saylı qəbzlə 57.60 manat, Avrasiya Klinikasına 00000004 saylı qəbzlə 3092 manat ödəmişdir. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, Cavabdeh MMC tərəfindən xəstə İddiaçı keysəriyyəti əməliyyatı keçirilməsinə görə həkim mama-ginekoloq Cəfərov Fərid-Rza Fikrət oğluna xx.xx.2020-ci il tarixdə 600 manat ödəniş edilmişdir. İş materiallarında olan xəstənin stasionar kitabçasının surətindən görünür ki, İddiaçı üzərindəs xx.xx.2020-ci il tarixdə köndələn qasıqüstü orta aşağı kəsiklə laparotmiya uşaqlığın aşağı seqmentində keyseri kəsiyi əməliyyatı keçirilmişdir. İş materiallarında olan whatsapp yazışmasından görünür ki, Farid DK adı ilə qeyd edilmiş nömrədə “Teranə xanım, resept: Levofloxasin 100 ml v/d 12 saat bir 5 gun, sefrpim 1 qr gunde 1 defe ezeleye 5 gün prob!, Flunol 1 t 2 gunden bir #3, cardio maqnil 100 1tx2 defe, Favipravir N40 ilk gunu 8tx2 defe, sonra 3tx2 defe, klexan0.4x1 defe, vit d damcı 50000 5 dx1 defe, cernevit 1 amp+200ml NaCL0.9%vena daxili gunde 1 defe, rintger200+8ml(4amp) vitc+2 ml(amp) dexametazon+ 1 amp riboxsin, patnaprazol 40 mq ya venaya gunde 1 defe ya da tablet 1tx1 defe. Aileye groprinosin 1tx3 defe, vit c 1000x1 defe, vit d 5000 5 damcı gunde 1 defe. Birde Terane xanım urotea cay 1 paket x 3 defe demleyib icsin” sözləri yazılmışdır. İş materiallarında olan "xxxx" Tibb Mərkəzi (intermedservis MMC) tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixində "xxxx" Tibb Mərkəzində “İ vaxtında cərrahi doğuş, laparatomiya, uşaqlığın aşağı seqmentində keysəriyyə” cərrahi əməliyyatı keçirərək xəstəxanada stasionar müalicə almışdır. Göstərilən tibbi xidmətin əvəzi 1300 manat pul ödənilmişdir. İş materiallarında olan məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 711/KEŞ saylı rəyindən görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2020-ci il tarixdə “Avrasiya Klinikası”na “Qeysəriyyə əməliyyatından sonrakı vəziyyət, qarın boşluğunun erkən bitişmə xəstəliyi, diffuz seroz. Fibrinoz peritonit” diaqnozu ilə daxil olmuş və üzərində “Diaqnostik laporaskopiya. Laporatomiya, bitişmələrin ayrılması, qarın boşluğunun təmiz suya kimi yuyulub qurudulması, hər iki borunun bağlanması” cərrahiyyə əməliyyatı icra edilmişdir. “Fibrinoz peritonit” termini “peritonit” nəzərdə tutulur, bu da qeysəriyyə əməliyyatından sonrakı dövrdə aşkar olunduğu halda ya bağırsaq zədələnməsi, yada uşaqlıqda olan tikişlərin yararsızlığından yarana bilər. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı zamanı yatrogen orqan zədələnməsi qeyd edilmədiyindən peritonitin mənbəyi və mənşəyi haqqında fikir söylənilməsi mümkün olmadı. 2. İddiaçı keçirdiyi cərrahi əməliyyatlarının sonrakı dövrləridə qarın boşluğunda mayenin yığılması və bitişmələrin əmələ gəlməsi orqanizmin fərdi xüsusiyyətlərindən asılı olur. Tərtib edilmiş tibbi sənədlərdə sterilizasiyasının pozulmasına gətirən faktlar öz əksini tapmadığı üçün bu haqda konkret fikir söylənilməsi mümkün olmadı. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, iddiaçı X17 Mərkəzində (intermedservis MMC) müalicə olunmaq üçün müqavilə bağlamış və 27 noyabr 2020-ci il tarixdə X17 mərkəzində mamaqinekoloq Fərid Cəfərov tərəfindən keysəriyyə əməliyyati olunmuş və ikinci qız övladı dünyaya gəlmişdir. Əməliyyatdan öncə laborator analizlər vermiş və müayinələrdən keçmiş, ciddi heç bir problemi olmamışdır. 30 noyabr 2020-ci il tarixdə evə yazılmışdır. O, xəstəxanada olarkən doğuşun səhəri axşamı hərarəti qalxmış, 38 dərəcə olmuş, Fərid həkim ona “Covid 19” diaqnozu qoymuş və ona güclü antibiotiklər yazmışdır. Fərid həkim ona Coviddən müalicə təyin etmiş, bütün bunlardan sonra qızdırması düşmədiyinə görə Fərid həkim mastopatiya şübhəsi ilə əlaqədar qızdırmanın qalxdığını güman edib onun südünü qurutmağı təyin etmişdir. Lakin yenə də qızdırması düşməmiş, halsız olmuşdur. İddiaçı 04 dekabr 2020-ci il tarixdə Fərid həkimin qəbulunda olmuş, Fərid həkim onun əməliyyatının tikişini sökmüş və uşaqlığına baxıb demişdir ki, hər şey yaxşıdır, heç bir problem yoxdur. İddiaçı Gəncə şəhərində “X6”da 07 dekabr 2020-ci il tarixdə qarın boşluğunun USM olunmuş, qarın boşluğunda 1 litr 200 ml su yığılması aşkar edilmişdir. Bundan sonra onlar X17 mərkəzinə getmiş, Fərid həkim covid-19 olduğunu demiş və ağ ciyərlərını kompüter tomoqrafiyası zamanı iddiaçıda yüngül plevrit aşkar edilmişdir. İddiaçı laboratoriyada qandan covid 19-a qarşı analiz vermiş, lakin cavab negativ çıxmışdır. İddiaçının vəziyyətinin ağırlaşdığını görə 08.12.20-də Bakı şəhərində "Avrasiya" klinikasina getmiş və ümumi zəiflik, halsızlıq diskomfort, hərarətin yüksəlməsi, qarın nahiyəsində olan kəskin ağrı şikayətləri ilə klinikaya daxil olmuş, qeysəriyyə əməliyyatından sonrakı vəziyyət, qarın boşluğunun erkən bitişmə xəstəliyi, diffuz seroz fibrinoz peritonit diaqnozu qoyulmuş, xx.xx.2020-ci il tarixdə diaqnostik laporaskopiya, laporatomiya, bitişmələrin ayrılması, qarın boşluğunun təmiz suya kimi yuyulub qurudulması, hər iki borunun bağlanması” cərrahiyyə əməliyyatı icra edilmiş və xəstəyə kafi vəziyyətdə müvafiq məsləhətlər verilərək ambulator müşahidəyə buraxılmışdır. İddiaçı səhhətində baş verən problemlərin həkimin, yəni cavabdehin keysəriyyə əməliyyatın düzgünı həyata keçirməməsi səbəbindən yarandığını qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər tibb müəssisəsinin hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin maddi və mənəvi ziyanla bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə hazırlıq iclası zamanı cavabdehin hərəkətlərində pozuntunun olubolmaması və iddiaçının səhhətində yaranmış problemlərin cavabdehin hərəkətləri nəticəsində yaranıb-yaranmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə tibb ekspertizası təyin edilmiş və xx.xx.2023-cü il tarixli 711/KEŞ saylı rəydə nəticəyə gəlmişdir ki, 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq ekspert komissiyası İddiaçı xx.xx.2020-ci il tarixdə “Avrasiya Klinikası”na “Qeysəriyyə əməliyyatından sonrakı vəziyyət, qarın boşluğunun erkən bitişmə xəstəliyi, diffuz seroz. Fibrinoz peritonit” diaqnozu ilə daxil olmuş və üzərində “Diaqnostik laporaskopiya. Laporatomiya, bitişmələrin ayrılması, qarın boşluğunun təmiz suya kimi yuyulub qurudulması, hər iki borunun bağlanması” cərrahiyyə əməliyyatı icra edilmişdir. “Fibrinoz peritonit” termini “peritonit” nəzərdə tutulur, bu da qeysəriyyə əməliyyatından sonrakı dövrdə aşkar olunduğu halda ya bağırsaq zədələnməsi, yada uşaqlıqda olan tikişlərin yararsızlığından yarana bilər. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı zamanı yatrogen orqan zədələnməsi qeyd edilmədiyindən peritonitin mənbəyi və mənşəyi haqqında fikir söylənilməsi mümkün olmamışdır. İddiaçı keçirdiyi cərrahi əməliyyatlarının sonrakı dövrləridə qarın boşluğunda mayenin yığılması və bitişmələrin əmələ gəlməsi orqanizmin fərdi xüsusiyyətlərindən asılı olur. Tərtib edilmiş tibbi sənədlərdə sterilizasiyasının pozulmasına gətirən faktlar öz əksini tapmadığı üçün bu haqda konkret fikir söylənilməsi mümkün olmamışdır. Göründüyü kimi, ekspert rəyində cavabdehin iddiaçının qarın boşluğunda mayenin yığılması və bitişmələrin əmələ gəlməsinin hansı səbəbdən müəyyən etmək mümkün olmadığından, həmin halların cavabdehin hərəkətləri nəticəsində yaranmasını təqdim edilmiş sübutlar əsasında müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının səhhətində yaranmış problemlərin məhz cavabdehin hərəkətləri nəticəsində yarandığı sübuta yetirilmədiyindən və bu baxımdan iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar