Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2245/2022 24.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, İddiaçı və cavabdeh X3 etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona süni və əsassız olaraq tərtib edilmiş 4320 kubmetr qaz sərfiyyatı xərcinin ləğv edilməsi və yeni sayğacın xərcinin cavabdehin hesabına ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh tərəfindən istehlakçı hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, cavabdehin öz əməkdaşları sayğacı zədələdiyi halda dəymiş zərərdə onu günahlandırır. Halbuki, 104 qəza xidmətinin əməkdaşları, yəni cavabdehin öz əməkdaşları ona məxsus sayğacı zədələdiklərinə görə sayğac alarm rejiminə keçmişdir. Belə ki, qapı qonşusu Mirsalehi Səbuhinin sifarişi ilə onun evinin hasarına maneə yaratdığı üçün Azəriqazın əməkdaşları gəlib ana xəttin yerini dəyişmişlər. İş zamanı onlar ona məxsus sayğacı da tərpədiblər və bu zamanda sayğaca zədə yetiriblər. Onların işlədiyi günün sabahısı cavabdehin sahə üzrə çilingəri Vüqar ona zəng etmişdir ki, sayğacı zədələnib. O görmüşdür ki, sayğac alarm rejiminə keçib. Bununla bağlı özləri də təsdiq etdi ki, 104 qəza xidmətinin əməkdaşları işləyən vaxtı bu xətanı törədiblər. Elə həmin zərər vuranlar özləri də orda idilər. Axşam olduğu üçün bir gün sonra gəlib sayğacı dəyişdilər. Sayğacı zədələyən əməkdaşlar etiraf etdilər ki, bu iş zamanı olan qəzadır, özləri bunu həll edəcək. Lakin heç bir şey etmədilər və onun üzərinə 4320 kubmetr qaz sərfiyyatı qeyd ediblər. Daha sonra isə ondan xəbərsiz akt tərtib etmişlər. Məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X3 etibarnamə üzrə nümayəndəsi X9 iddianı qəbul etməyərək göstərdi ki, əgər vətəndaş öz hesabına iş görürsə sayağaca dəyən zərəri də özü ödəməlidir. Belə ki, sayağacın salamatlığını təmin etmək vətəndaşın üzərinə düşür və buna görə məsuliyyət daşıyır. İddianın əsassız olduğunu göstərərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Arzu onun qonşusudur. Belə ki, qazın ana xətti onun evinin hasarının üstündən keçdiyi və təhlükə yaratdığı üçün 2021-ci ilin noyabr ayında X6 müraciət etmişdir. Onlar həmin ilin dekabr ayında gəlmiş və iş görməyə başlamışlar. Bütün günü işçilərin yanında olmuşdur. İşçilər qaz kəsildiyi üçün işi tələsik görmüşlər. Həmin vaxt Arzunun sayağacını sındırmışlar. Başqa qonşunun isə qazında sızma baş vermişdir. Onu öz aralarında həll etmişlər. Belə ki, Arzunun sayağacı isə sınmışdır, belə ki, sayağacda verilən alarm iş görülən günün tarixi ilə eyni idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, X4 nəzarətçi-çilingər kimi çalışır. Belə ki, sözügedən ünvanda 104 qaynar xətt xidmətinin əməkdaşları olmuşdur. Onu iki gün sonra çağırmışlar. O isə gedib sayağacın sındırıldığını görmüşdür. Sayağacı 104 xidmətinin əməkdaşları da, hasarı hörən bənna da sındıra bilərdi. Daha sonra akt tərtib edilmiş və sayağac yenisi ilə əvəz edilmişdir. Belə ki, sayağac zədələndiyi zaman qaz sərfiyyat hesablanmır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasıda qazın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, qazın alqı satqısı ilə bağlı tərəflər arasında müqavilə bağlanmışdır . Təbbi qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, istehlakçı İddiaçı istifadəsində olan sayağacın element yuvasının qapağı alt hissəsindən gövdəyə birləşən hissədən sınıqdır. İtirilmiş 4320 m3 qaz sərfiyatı hesablanmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 04 dekabr 2021-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan sayağacın batareyasının işləməməsi səbəbindən istifadəsində olan itron marklı sayğac çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Abonentin saldosundan görünür ki, İddiaçı istifadəsində olan sayağac üzrə qaz sərfiyyatına görə qalıq borcu və akt üzrə 518,40 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da mübahisə «itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlə əlaqədar qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. İşin müəyyən olunmuş hallarından görünür iddiaçının istifadəsində olan qaz sayğacında olan qüsura görə 4320 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı həmin sayğacda yaranmış qüsurun iddiaçının təqsiri nəticəsində baş verməsi sübuta yetməmişdir. Belə ki, təbbi qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, sayağacın element yuvasının qapağı alt hissəsindən gövdəyə birləşən hissədən sınıqdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 04 dekabr 2021ci il tarixli aktda isə sayğacın yenisi ilə əvəz olunmasının səbəbi batareyasının işləməməsi ilə əlaqələndirilmişdir. Bundan başqa məhkəmə iclasında dindirilmiş şahid də ifadəsində onun müraciəti əsasındı 2021-ci ilin noyabr ayında X3 əmkdaşları tərəfindən onun həyətindən keçən əsas qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı görülən işlər zamanı qaz idarəsinin əməkdaşları tərəfindən onunla qonşuluqda yaşayan Arzuya məxsus sayağacın sındırıldığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia qismən təmin olunmalı, İddiaçı barəsində tərtib olunmuş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktla hesablanmış 432 manat pul silinməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu cavabdeh X2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 358 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin olunsun. İddiaçı barəsində tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 432,00 (dörd yüz otuz iki) manat silinsin. İş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu cavabdeh X2 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(125)-2245/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2245/2022
24.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver