Məhkəmə qərarları › İş №2(125)-2271/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2271/2022

26.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2271/2022 26.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi İddiaçı nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh3, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və eyni zamanda Cavabdeh1 və onların vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Gəncə Rregional Mühafizə İdarəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qeyri yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçınə məxsus Gəncə şəhəri, Zərdabi küçəsi 3B ünvanında yerləşən qarajdan cavabdehlərin məcburi çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək izahatında göstərdi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi idarəsinin texniki pasportuna əsasən Gəncə şəhəri, ünvan 1 ünvanında yerləşən qaraj (əmlak kompleksi kimi müəssisə) iddiaçının balansındadır. 09 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş akta əsasən cavabdehlər həmin qarajda qanunsuz məskunlaşdığı rəsmiləşdirilmiş və onlara həmin qarajı könüllü tərk etməyəcəkləri təqdirdə aidiyyəti üzrə müvafiq tələb ilə məhkəməyə müraciət ediləcəyi barədə şifahi məlumat verilmişdir. Cavabdehlərə mübahisə ilə bağlı dəfələrlə şifahi müraciət edilməsinə və akt tərtib edilməsinə baxmayaraq, müsbət cavab alınmadığından,cavabdehlərin iddiaçıya məxsus qarajdan məcburi qaydada çıxarılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və eyni zamanda Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh3 23 iyul 1992-ci il tarixdən 25 oktyabr 1998-ci il tarixədək Azərbaycan Respublikası DİN-nin Gəncə şəhər Mühafizə şöbəsində polis nəfəri kimi işləmiş və oradan pensiyaya çıxarılmışdır. Həmçinin birinci Qarabağ müharibəsi veteranıdır. O, da Gəncə şəhər Mühafizə şöbəsində işləmiş və işlədikləri dövürdə onlar yaşayış evi ilə təmin olunmaqları üçün ev növbəsinə yazılsalar da yaşayış evi ilə təmin olunmadıqlarına görə 1992-ci ildə Gəncə şəhər Mühafizə şöbəsinin rəhbərliyi tərəfindən DİN-nin balansında olan və polis itlərinə baxılan yerdə, hazırda Gəncə şəhəri Zərdabi küçəsi, ev 36-da yerləşən evdə ailəsi ilə birlikdə qalmağa icazə verilmişdir və həmin tarixdən hal-hazıradək onlar həmin evdə yaşayırlar. Artıq otuz ildir ki, onlar həmin evdə yaşayırlar və yaşadıqları dövrdə sözü gedən yaşayış evində əsaslı təmir işləri aparmışlar, qaz, işıq və su xətti çəkdirmişlər və hər ay müvafiq kommunal xərclərini ödəmişlər. Həmçinin 10 iyun 2006-cı il tarixdə Gəncə şəhər Mühafizə şöbəsinin rəisi, polis polkovnik- leytenantı X1 ilə onun arasında sözü gedən ünvanda ailəsi ilə birlikdə yaşamaqlarına dair müddətsiz müqavilə bağlanmışdır və hal-hazırda tərəflər arasında bağlanmış həmin müqavilə qüvvədədir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəkili Nümayəndə2 Cavabdeh1 ilə eyni məzmunda çıxış edərək iddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2013-cü il tarixli, daşınmaz dövlət əmlakının qeydiyyat vəsiqəsinin və ona əlavə olunmuş daşınmaz dövlət əmlakının siyahısının təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, ünvan 2 ünvanında yerləşən qaraj İddiaçı balansındadır. xx.xx.2006-cı il tarixli müqavilənin kserosurətindən görünür ki, Cavabdeh1 ailəsi ilə birlikdə İddiaçı qarajında tikili binada yaşamağa icazə verilmişdir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı tərəfindən cavabdehlərə məskunlaşdıqları Gəncə şəhəri, ünvan 2 ünvanında yerləşən qarajdan 15 gün ərzində çıxmaları barədə şifahi məlumat verilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının iddia etdiyi qaraj dövlət mülkiyyəti olmaqla iddiaçının balansındadır. Cavabdehlər heç bir hüquqi əsas olmadan idiaçının sahibliyində və istifadəsində olan qarajda məskunlaşmışlar. Cavabdehlər mübahisə olunan qarajda 1992-ci ildə şöbəsinin rəhbərliyi tərəfindən verilmiş razılıq əsasında yaşadıqlarını ailəsi ilə birlikdə yaşamalarına dair müddətsiz müqavilə bağlandığını və hal-hazırda da aralarında bağlanmış həmin müqavilənin qüvvədə olduğuna əsaslanaraq iddia tələbinə etiraz emişlər. Məhkəmə qeyd edir ki, cavabdehlərin öz etirazlarının əsası olaraq göstərdikləri müqavilə əhəmiyyətsiz müqavilə olmaqla həmin müqavilə bağlandığı andan etibarsız müqavilə olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. MM-in 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar əmlak hüquqları sayılır. MM-in 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. MM-in 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi İddiaçı balansında olan Gəncə şəhəri, ünvan 2 ünvanında yerləşən qarajdan çıxarılsınlar. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar