Məhkəmə qərarları › İş №2(125)-230/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-230/2024

13.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-230/2024 13.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X18 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili) Vəkil, Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Gəncə şəhəri 3 saylı Notariat Ofisi, üçüncü şəxslər - "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Gəncə şəhəri 3 saylı Notariat Ofisi, üçüncü şəxslər - "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər 3 saylı Notariat Ofisinin xüsusi notariusu X9 tərəfindən verilmiş, “İpoteka predmetinə tutmanın yönəldilməsi” haqqında 2* iyul 2*23-cü il tarixli İcra Qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Şimşək TR" MMC ilə AFB Bank arasında bağlanmış 26 noyabr 2*21-ci il tarixli kredit müqaviləsinə əsasən illik 16 faiz olmaqla, 36 ay müddətinə, 1**.*** manat kredit verilmişdir. Verilmiş kredit "xxxx" tərəfindən 2*23-cü ilin may ayınadək ödənilmiş və nəticədə əsas borc 75.439,21 manatadək azalmışdır. Ancaq "xxxx" MMC-nin fəaliyyətinin yoxlanması nəticəsində 12 saylı Gəncə Ərazi Vergilər Baş İdarəsi tərəfindən tətbiq edilən maliyyə sanksiyaları nəticəsində MMCnin bank hesabında olan vəsaitlər dondurulmuş və bu səbəbdən də Bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra edə bilməmişdir. AFB Bank ASC ilə yaranmış maliyyə vəziyyəti müzakirə edilmiş və *7 fevral 2*23-cü il tarixli kredit müqaviləsindən əlavə yeni ödəniş cədvəli tərtib edilmiş, lakin həmin cədvəl üzrə də öhdəlikləri yerinə yetirmək mümkün olmamışdır. "xxxx" MMC kredit öhdəliklərini "xxxx" ASC qarşısında yerinə yetirə bilməsə də Bank tərəfindən Kredit müqaviləsi üzrə hüquqlarından istifadə etməməklə müddəti uzadaraq kredit borcu üzrə faizlərin süni şəkildə artmasında maraqlı olduğu üçün "xxxx" MMC tərəfindən rəsmi pretenziya göndərilərək "kredit müqaviləsinin ləğv edilməsi" barədə məsələ qaldırılacağı barədə məlumat vermişlər. "xxxx" MMC gözləyirdi ki, bank nəhayət ki, məhkəmədə iddia qaldıracaq, faizlərin süni şəkildə artmasına son veriləcək. Ancaq mübahisənin məhkəməyə verilməsi ilə bağlı məlumat daxil olmur. Əmlakını "xxxx" MMC-nin xeyrinə ipoteka qoyan X7 2*23-cü ilin avqust ayının əvvəlində MMC ilə əlaqə saxlayaraq şifahi məlumat verir ki, onun mülkiyyətində olan, ipoteka ilə "xxxx" MMC-nin xeyrinə yüklü edilmiş, Balakən rayonunda yerləşən 1,5 hektar kommersiya təyinatlı torpaq sahəsinin hərracdan satılaraq borca yönəldilməsi barədə notariusun 2* iyul 2*23-cü il tarixdə icra qeydi verilmişdir. Tələbkar tərəfindən isə bu haqda yəni "İcra qeydi" veriləcəyi barədə qanunvericiliklə nəzərdə tutulmuş bildiriş "xxxx" MMCyə çatdırılmamışdır. Buna baxmayaraq notarius tərəfindən "İcra qeydi" verilmişdir. Odur ki, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsində göstərilənləri təsdiq etdi və əlavə olaraq izahatında bildirdi ki, Gəncə şəhər 3 saylı Notariat Ofisinin xüsusi notariusu X9 tərəfindən “İpoteka predmetinə tutmanın yönəldilməsi” haqqında 2* iyul 2*23cü il tarixli İcra Qeydi verilən zaman bu barədə kredit müqaviləsi üzrə borclu olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə heç bir bildiriş göndərilməmiş, bununla da “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Odur ki, iddia tələbinin təmin olunmasını və Gəncə şəhər 3 saylı Notariat Ofisinin xüsusi notariusu X9 tərəfindən verilmiş, “İpoteka predmetinə tutmanın yönəldilməsi” haqqında 2* iyul 2*23-cü il tarixli İcra Qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, "xxxx" MMC ilə AFB Bank arasında bağlanmış 26 noyabr 2*21-ci il tarixli kredit müqaviləsinə əsasən illik 16 faiz olmaqla, 36 ay müddətinə, 1**.*** manat kredit verilmişdir. Həmin öhdəliyin təminatı kimi X4 məxsus Balakən rayonunda yerləşən 1,5 hektar torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə borc öhdəliyi ödənilmədiyi üçün bank tərəfindən borcluya xəbərdarlıqlar göndərilmişdir. Lakin yenə də borcun ödənilməsi təmin olunmadığına görə bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariusa müraciət olunmuş, notarius tərəfindən İradə Rəhimovaya bildiriş göndərilmiş və onun tərəfindən bildiriş alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanı qeyri-müəyyən olduğuna görə ona bildirişin verilməsi mümkün olmamışdır. Bundan sonra Gəncə şəhər 3 saylı Notariat Ofisinin xüsusi notariusu X9 tərəfindən “İpoteka predmetinə tutmanın yönəldilməsi” haqqında 2* iyul 2*23-cü il tarixli İcra Qeydi verilmişdir. Odur ki, iddia tələbinin əsassız olduğunda rədd edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Gəncə şəhəri 3 saylı Notariat Ofisinə və üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında heç bir üzrlü səbəb olmadan nümayəndələrinin iştirakını təmin etməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq gəlməyən həmin tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; “Şimşək TR" MMC ilə AFB Bank arasında bağlanmış 26 noyabr 2*21-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən “Şimşək TR" MMC-yə illik 16 faiz olmaqla, 36 ay müddətinə, 1***** (bir yüz min) manat kredit verilmişdir. RX seriyalı, *718182 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Balakən rayonu, Qasbinə kəndində yerləşən 1.5* hektar sahibkarlıq məqsədli torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə tam olaraq X2 mülkiyyətindədir. 26 noyabr 2*21-ci il tarixli, 112-HŞ-5248583-İP nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, Balakən rayonu, Qasbinə kəndində yerləşən 1.5* hektar sahibkarlıq məqsədli torpaq sahəsi “Şimşək TR" MMC ilə AFB Bank arasında bağlanmış 26 noyabr 2*21-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanaraq, "xxxx" ASC əvəzinə X5, X7 əvəzinə X6 və "xxxx" MMC adından X1* tərəfindən imzalanmışdır. "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən ünvan ünvanlanan elektron ərizədən görünür ki, bank tərəfindən ipoteka predmeti olan Balakən rayonu, Qasbinə kəndində yerləşən 1.5* hektar sahibkarlıq məqsədli torpaq sahəsinə tutmanın yönəldilməsi barədə icra qeydinin verilməsi xahiş olunmuşdur. Gəncə şəhər 3 saylı Notariat Ofisi tərəfindən verilmiş 2* iyul 2*23-cü il tarixli, 8İ- 2*36 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, X4 məxsus ipoteka predmeti olan Balakən rayonu, Qasbinə kəndində yerləşən 1.5* hektar torpaq sahəsindən ibarət əmlaka tutma yönəldilsin. *877*9 nömrəli poçt qəbzinin surətindən görünür ki, X4 ünvanlanan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 27 may 2*23-cü il tarixdə şəxsən onun tərəfindən imzalanaraq qəbul edilmişdir. “Experss Mail Service” tərəfindən verilmiş və notariat işinə əlavə edilmiş TA**6459*55AZ ştrix kodlu qəbzin surətindən görünür ki, “Şimşək TR" MMC-yə ünvanlanan ipoteka predmetinə tutumanın yönəldilməsi haqqında bildiriş çatdırılmamışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “Şimşək TR" MMC ilə AFB Bank arasında bağlanmış 26 noyabr 2*21-ci il tarixli kredit müqaviləsinə əsasən illik 16 faiz olmaqla, 36 ay müddətinə, 1**.*** manat kredit verilmişdir. 26 noyabr 2*21-ci il tarixli, 112- HŞ-5248583-İP nömrəli ipoteka müqaviləsinə əsasən Balakən rayonu, Qasbinə kəndində yerləşən 1.5* hektar sahibkarlıq məqsədli torpaq sahəsi “Şimşək TR" MMC ilə AFB Bank arasında bağlanmış 26 noyabr 2*21-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə borc öhdəliyi ödənilmədiyi üçün bank tərəfindən borclu "xxxx" MMC-yə və ipoteka qoyan İradə Rəhimovaya xəbərdarlıqlar göndərilmişdir. Lakin kredit borcunun ödənilməsi təmin olunmadığına görə bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariusa müraciət olunmuş, notarius tərəfindən ipoteka qoyan İradə Rəhimovaya bildiriş göndərilmiş və onun tərəfindən bildiriş alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə bildirişin verilməsi mümkün olmamışdır. Bundan sonra Gəncə şəhər 3 saylı Notariat Ofisinin xüsusi notariusu X9 tərəfindən “İpoteka predmetinə tutmanın yönəldilməsi” haqqında 2* iyul 2*23-cü il tarixli İcra Qeydi verilmişdir. Məhkəmə, iddianın təmin edilməsi ilə bağlı qeyd edir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 28.*9.2*18-ci il tarixli, 24 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Göründüyü kimi qeyd edilən qanunun tələbinə görə borc verən "xxxx" ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl kredit müqaviləsi üzrə borclu “Şimşək TR" MMC”-yə tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 28.*9.2*18-ci il tarixli, 24 nömrəli qərarı ilə təsdiq edilmiş bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün birbaşa notariat ofisinə müraciət etmişdir. Həmçinin məhkəmə araşdırması zamanı "xxxx" ASC-nin nümayəndəsi notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsini, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Gəncə şəhər 3 saylı Notariat Ofisinin xüsusi notariusu X9 tərəfindən “İpoteka predmetinə tutmanın yönəldilməsi” haqqında 2* iyul 2*23-cü il tarixli İcra Qeydi qanuna zidd formada aparılmaqla, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa məhkəmə iclasında hazırki iş üzrə iddiaçı icra qeydinin aparılmasından tamamilə məlumatsız olduğunu bildirərək, icra qeydinə əsasən tutulmalı olan pul məbləği üzrə faiz və cərimənin yüksək yazıldığını bildirərək bunun məhkəmə tərəfindən araşdırılmalı olduğunu qeyd etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Gəncə şəhər 3 saylı Notariat Ofisi icra qeydi verərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı borclunun məlumatlı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi bankdan tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə əməl etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, icra qeydinin təsdiq edilməsi zamanı qanun pozuntusuna yol verildiyindən, iddia təmin edilməli, Gəncə şəhər 3 saylı Notariat Ofisi tərəfindən verilmiş “İpoteka predmetinə tutmanın yönəldilməsi” haqqında 2* iyul 2*23-cü il tarixli, 8İ-2*36 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininnin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227 və 36*-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Gəncə şəhər 3 saylı Notariat Ofisi tərəfindən verilmiş “İpoteka predmetinə tutmanın yönəldilməsi” haqqında 2* iyul 2*23-cü il tarixli, 8İ-2*36 reyestr nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar