Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2317/2025 19.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13600 manat maddi zərər və 4000 manat dəymiş mənəvi zərər olmaqla, ümumilikdə 17600 manat pulun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh tamah niyyətilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə əvvəllər tanıdığı X1 və digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında ona özünün “SOCAR” şirkətində xüsusi bir vəzifədə işləyən tanışlarının olduğunu, oğlu X2 “SOCAR” şirkətində mühasib vəzifəsində işə düzəldəcəyi adı ilə yalan vədlər verib aldadaraq aralarında yaranmış etibarlı münasibətlərdən sui-istifadə etməklə 2023-cü ilin iyun ayında Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Asan Xidmət Mərkəzi”nin qarşısında 2600 manat məbləğində, daha sonra vahid niyyətlə xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Asan Xidmət” mərkəzinin içərisində yerləşən 1 saylı notariat ofisində rəsmi borc müqaviləsi bağlayaraq 12500 manat məbləğində, ümumilikdə 15100 manat məbləğində nağd pulu ələ keçirməklə ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Nəticədə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə cavabdeh 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin cinayət işinin istintaqı gedən zamanından indiyə kimi cavabdeh ona 1500 manat pulu qaytarsa da, yerdə qalan 13600 manat pulu qaytarmamışdır. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin əlavə etdi ki, cavabdeh 15100 manat məbləğində nağd pulu ələ keçirməklə ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir, cavabdeh 1500 manat pulu qaytarsa da, qalan 13600 manat pulu qaytarmamışdır. Cavabdeh hazırda cəzaçəkmə müəssisəsindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat, eləcə də iddia ərizəsinin surəti göndərilmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, hazırda həbsdə olduğu, maddi durumu yaxşı olmadığı və təqaüdü bank tərəfindən tutulduğu üçün tələb edilən məbləği həbsdən azad olunduğu vaxt ödəyəcək. Odur ki, yazmış olduğu ərizəni nəzərə alıb aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 1(125)-68/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Cavabdeh təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 11 may 2024-cü il tarixdən hesablanması müəyyən edilmiş, həmçinin məhkəmə xərclərinə dair məsələ həll edilmişdir. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(104)-274/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 21 fevral 2025-ci il tarixli 1(125)-68/2025 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya maddi zərər vurmuşdur. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetir ki, Cavabdeh təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə əvvəllər tanıdığı X1 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı İddiaçı özünün “SOCAR” şirkətində xüsusi bir vəzifədə işləyən tanışlarının olduğunu, sonuncunun oğlu X2 “SOCAR” şirkətində mühasib vəzifəsində işə düzəldəcəyi adı ilə yalan vədlər verib aldadaraq aralarında yaranmış etibarlı münasibətlərdən suiistifadə etməklə 2023-cü ilin iyun ayında istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Asan Xidmət Mərkəzi”nin qarşısında 2600 manat məbləğındə, daha sonra vahid niyyətlə xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Asan Xidmət” mərkəzinin içərisində yerləşən 1 saylı notariat ofisində rəsmi borc müqaviləsi bağlayaraq 12500 manat məbləğində, ümumilikdə 15100 (on beş min yüz) manat məbləğində nağd pulu ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096 və 1097-ci maddələri təşkil edir. Qeyd olunan maddələrin dispozisiya şərtlərinə görə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırkı iş üzrə cavabdehin tamah niyyətilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə əvvəllər tanıdığı X1 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı İddiaçı özünün “SOCAR” şirkətində xüsusi bir vəzifədə işləyən tanışlarının olduğunu, sonuncunun oğlu X2 “SOCAR” şirkətində mühasib vəzifəsində işə düzəldəcəyi adı ilə yalan vədlər verib aldadaraq aralarında yaranmış etibarlı münasibətlərdən sui-istifadə etməklə 2023-cü ilin iyun ayında istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Asan Xidmət Mərkəzi”nin qarşısında 2600 manat məbləğındə, daha sonra vahid niyyətlə xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Asan Xidmət” mərkəzinin içərisində yerləşən 1 saylı notariat ofisində rəsmi borc müqaviləsi bağlayaraq 12500 manat məbləğində, ümumilikdə 15100 (on beş min yüz) manat məbləğində nağd pulu ələ keçirməklə iddiaçıya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi qanuni qüvvəsini almış Gəncə Şəhər Məhkəməsinin 1(125)-68/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü və Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(104)-274/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 82.4-cü maddəsində müəyyən edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə cavabdeh tərəfindən 1500 manat pulun qaytarıldığını nəzərə alıb hesab edir ki, cavabdehin iddiaçıya 13600 manat məbləğində zərər vurmasına səbəb olan cinayət əməli qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edildiyindən, həmçinin sözügedən faktı cavabdeh etiraf etdiyindən, həmin hissədə əlavə araşdırmanın aparılmasına, prosessual qənaət prinsipinə görə, zərurət yoxdur. Beləliklə, cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulduğundan, bunun nəticəsində ona ziyan vurulduğundan, dəymiş maddi ziyana görə 13600 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi vurulmuş mənəvi ziyana görə 4000 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı deyildir. Belə ki, hazırki iş üzrə iddiaçı öz tələbində cavabdeh tərəfindən ona mənəvi ziyan vurulduğunu bildirsə də, mənəvi ziyanın əsaslılığını göstərən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, fiziki və mənəvi sarsıntılar keçirməsini sübut etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya mənəvi zərər vurması iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından, iddiaçıya mənəvi zərər vurulması ilə bağlı sübutlar iş materiallarına əlavə edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, sübutlar işin məhkəmədə hərtərəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq məhkəmə xərcinə daxil olan 130,80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 13600 (on üç min altı yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumuna görə 130,80 (bir yüz otuz manat səksən qəpik) manat alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2317/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2317/2025
19.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver