Məhkəmə qərarları › İş №2(125)-2333/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2333/2023

21.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2333/2023 21.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı və onun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının və miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X7 və X5) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün X12 qanun üzrə vərəsəsi kimi tanınması, onun adına ünvan 1 fərdi yaşayış evində olan 1/3 hissə miras payı üzərində mirası qəbul etdiyi üçün vərəsəlik hüququnun tanınması və cavabdehin qanun üzrə vərəsə kimi mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdüyü üçün miras paya olan hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək ünvan 1 fərdi yaşayış evində mərhum X3na məxsus 1/3 hissə miras paya mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlak üzərində payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mülkün 1/3 hissəsi mülkiyyət hüququ ilə ona, bacısı Cavabdeh1 və X14 məxsusdur. X3 29 dekabr 1997-ci ildə rəhmətə getdikdən sonra anasına məxsus ünvan 1 ünvanda yerləşən mülkün 1/3 hissəsinə miras əmlak kimi vərəsəlik açılmışdır. Mirası miras mülkdə yaşayan iddiaçı qəbul etmişdir, cavabdeh və digər bacıları bir gün də olsa, miras mülkdə yaşamamış, mirası faktiki qəbul etmək üçün heç bir addım atmamış, notariusda mirasın qəbulu ilə bağlı ərizə verməmişdir. Belə olan halda mərhum anasına məxsus 1/3 hissə miras əmlak üzərində qanun üzrə vərəsə kimi onun hüququ tanınmalıdır. Məhkəmənin hazırlıq iclasında mərhum X12 digər övladları – X4, X7 və X5 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, cavabdehlə danışıb, cavabdeh bildirib ki, onun ünvanına bildirişləri göndərməsinlər, proseslərdən xəbəri var, ancaq yataq xəstəsi olduğundan gəlmir. Odur ki, iddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X7 və X5 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbini bildirməmişlər. İş üzrə digər cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisi məhkəməyə məhkəmə iclaslarına onların iştirakı olmadan baxılmasına dair müvafiq ərizələr ünvanlamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin, eləcə də digər cavabdeh olan notariat ofisinin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində bildirdi ki, iddiaçı ilə qonşudur, doğulandan bəri qonşuluqda yaşayır, iddiaçı evin tək oğludur, iddiaçının anası 1997-ci ildə rəhmətə gedib, dörd bacısı var, evdə həmişə iddiaçı yaşayıb, bacıları isə ailə qurub evdən köçmüşlər, bu səbəbdən iddiaçının bacıları daimi olaraq sözügedən evdə yaşamamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirdi ki, iddiaçı ilə qonşudur, iddiaçının dörd bacısı var, 1997-ci ildən bəri orada yaşayır və anaları da 1997-ci ildə vəfat etmişdir. Məhkəmə iddiaçının, onun vəkilinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 31 oktyabr 2*22-ci il tarixli, 22332***8571 nömrəli vəkil sorğusuna cavab məktubunda bildirilmişdir ki, Kirovabad şəhər Nizami rayonu 2-ci sahə xalq məhkəməsinin *5.*3.1956-cı il tarixli 5/56 saylı qərarına əsasən Kirovabad şəhəri, Firdovsi küçəsi, 38/56 saylı fərdi yaşayış evi aşağıdakı qaydada bölünmüşdür. X8 31,1 kv.m iki yaşayış otaqları, 16,4 kv.m zirzəmi, X9 27,1 kv.m bir yaşayış otağı, 3*,2 kv.m zirzəmi, X18 19,8 kv.m iki yaşayış otaqları, X1* və həyat yoldaşı Ayrapetovaya 21.1 kv.m iki yaşayış otaqları, 6.7 kv.m zirzəmi, X1 26,5 kv.m bir yaşayış otağı, 7.2 kv.m dəhli, 28.1 kv.m zirzəmi istifadələrinə verilmişdir. X6 adına Kirovabad şəhəri, Firdovsi küçəsi, 56 saylı fərdi yaşayış evinin yerləşdiyi 564,* kv.m torpaq sahəsinə dair 15.*1.1964-cü il tarixli torpaq qeydi tərtib edilmişdir. Kirovabad şəhəri 1 saylı notariat kontorunun iyun ayı 1985 tarixli 3-2-274 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvanı Ozan küçəsi, 2ci dalan, 18 olan bu fərdi yaşayış evi (32,7 kv.m iki yaşayış otaqları, 17,6 kv.m zirzəmi) X6 adından X12, İddiaçı, Cavabdeh1 adlarına keçmişdir. Kirovabad şəhəri Gəncə rayon X13 Maliyyə şöbəsi 13.*7.199*-cı il tarixli *5-145 saylı məktubunda Kirovabad şəhər Gəncə rayon xalq məhkəməsinin 1*.1*.1984-cü il tarixli 2-597 saylı qərarına əsasən X14 məxsus Ozan küçəsi, 2-ci dalan, 18 saylı fərdi yaşayış evinin bir hissəsi (tikili “A”-da 13.3 kv.m, 34.* kv.m, 25.2 kv.m yaşayış otaqları, 36.8 kv.m örtülü eyvan, 15.8 kv.m mətbəx, tikili B-də 22.6 kv.m, 7.* kv.m örtülü eyvanlar, tikili “V”-də 9.3 kv.m hamam) müsadirə edilmiş, Azərbaycan SSR Prezidentinin *7.*6.199*-cı il tarixli fərmanına əsasən mülk sahibinə qaytarıldığı bildirilmişdir. X12, İddiaçı, Cavabdeh1 adlarına Ozan küçəsi, 2-ci dalan, 18 saylı fərdi yaşayış evinə dair *9.*8.199*-cı il tarixli 3941 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14.11.2*22-ci il tarixli arayışa əsasən “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X14 aid 14.11.2*22-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibinə dair məlumatlara əsasən əri X16 və beş övladı- İddiaçı, Cavabdeh1, X4, X7 və X5 müəyyən edilmişdir. Gəncə şəhər 5 saylı notariat ofisi tərəfindən vəkil sorğusuna verilmiş cavab məktubunda bildirilmişdir ki, mərhum X21 1997-ci ildə vəfat etmiş, 1997-ci il tarixdən hazırki tarixədək heç bir notariat ofisində mərhum X21 barədə açılmış vərəsəlik işi aşkar edilməmişdir. Odur ki, qanunla müəyyən olunmuş mirasın qəbul müddəti ötürüldüyündən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmadığı qeyd edilmişdir. 272234 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X21 29 dekabr 1997-ci il tarixdə vəfat etmişdir. 31.1*.1979-cu il tarixli ölüm şəhadətnaməsindən görünür ki, X16 3* oktyabr 1979-cu il tarixdə vəfat etmişdir. 188*44 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1951-ci il tarixdə doğulmuşdur. X2, X3dır. 188*43 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 13 avqust 1954-cü il tarixdə doğulmuşdur. X2, X3dır. 188*43 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 13 avqust 1954-cü il tarixdə doğulmuşdur. X2, X3dır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 *8 mart 1956-cı il tarixdə doğulmuşdur. X2, X3dır. 832381 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 1* avqust 1959-cu il tarixdə doğulmuşdur. X2, X3dır. İş materiallarına əlavə edilmiş, kommunal xidmətlərin ödənişini təsdiq edən qəbzlərdən görünür ki, sözügedən əmlakla bağlı kommunal xidmətlərin ödənişini uzun müddətdir iddiaçı həyata keçirir. İş materiallarından görünür ki, X4, X7 və X5 (üçüncü şəxslər) məhkəməyə teleqram ünvanlayaraq mərhum anaları X11 miras qalmış miras əmlakı qəbul etmədiklərini, miras paylarından qardaşları olan iddiaçının xeyrinə imtina etdiklərini bildirmişlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi mərhum X12, İddiaçı və Cavabdeh1 paylı mülkiyyətindədir. Miras qoyan X21 29 dekabr 1997-ci il tarixdə ölmüş və onun ölümündən sonra miras əmlak kimi - ünvan 1 ünvanda yerləşən əmlakın 1/3 hissəsi qalmışdır. Miras qoyanın ölümündən sonra onun birinci növbə vərəsələri kimi 5 övladı – iddiaçı, cavabdeh və üçüncü şəxslər qalmışdır. Mirasın qəbulu ilə bağlı miras qoyanın vərəsələrindən heç biri həmin dövrdə qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına müraciət etməmişlər. Miras qoyan öldükdən sonra onun birinci növbə vərəsələrindən yalnız oğlu, hazırki iddia üzrə iddiaçı həmin yaşayış evinə faktiki sahiblik etməklə idarə etmişdir. Miras qoyanın digər vərəsələri (iddiaçının bacıları olan cavabdeh və üçüncü şəxslər) isə miras qoyanın ölümündən sonra miras əmlaka sahiblik etməmiş və faktiki idarə etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Tahirə Əsgərova öldükdən sonra onun birinci növbə vərəsələrindən sadəcə biri - İddiaçı anasından qalan miras əmlaka sahiblik etməklə və həmin əmlakı faktiki surətdə idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Ondan başqa heç bir vərəsə həmin əmlakı nə notarial qaydada ərizə verməklə, nə də faktiki qəbul etməmişlər. Odur ki, məhkəmə hesab edir ki, miras qoyan Tahirə Əsgərova öldükdən sonra onun birinci növbə vərəsəsi olan övladı – İddiaçı anasından miras qalmış ünvan 1 ünvanda yerləşən əmlakın 1/3 hissəsini tam hissədə miras əmlak kimi faktiki qəbul etmiş sayılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi faktı və miras əmlakda iddiaçının tam hissədə payı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 23* və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X11 miras qalmış ünvan 1 ünvanda yerləşən əmlakın 1/3 hissəsinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul etməsi faktı və həmin 1/3 əmlakda onun tam miras payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar