Məhkəmə qərarları › İş №2(125)-2336/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2336/2023

15.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2336/2023 15.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən əsassız hesablanmış aktla bağlı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh X7 İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun barəsində tərtib edilmiş dəymiş ziyanın bərpası ilə bağlı tələbnamənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh X7 İstismar İdarəsinin əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. MPM-in 54-cü maddəsinə əsasən cavabdeh X7 İstismar İdarəsi əsl Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci ildə istifadəsində olan qaz sayğacına baxış keçirilmiş və sayğacdan kənar qeyri-qanuni qaz xəttinin çəkilməsini müəyyən edərək, itirilmiş 45792 m3 qaz sərfiyyatına görə 5495,05 manat tələb edilmişdir. O, sayğacdan kənar qaz xətti çəksə də, qazdan istifadə etməmişdir. Həmin yaşadığı evə çox az hallarda getmişdir. Buna görə də 45792 m3 qaz sərfiyyatı ilə bağlı 5495,05 manat ziyanın hesablanmasını əsassız hesab edir. İddianın təmin olunaraq 45792 m3 qaz sərfiyyatı ilə bağlı tələb olunan 5495,05 manat ziyanın silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanılmışdır. Müqavilə əsasında ünvana Zenner G4T markalı smart tipli “İtron” qaz sayğacı quraşdırılaraq təbii qazla təchiz edilmişdir. Müqavilə bağlandıqdan sonra iddiaçı qazdan istifadə qaydalarına əməl etməmiş, qüvvədə olan qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, Cavabdeh nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə ünvana baxış keçirilərkən sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan qanunsuz istifadə olunduğu aşkar edilmişdir. Faktla bağlı yerində video görüntü aparılmış, abonentin iştirakı təmin edilmişdir. Bu barədə iddiaçının iştirakı ilə, akta imza edilməklə ******* saylı xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş və itirilmiş qaz sərfiyatına görə qanuna müvafiq olaraq zərər hesablanmışdır. Hazırda qazdan qanunsuz istifadə nəticəsində 45792 m3 qaz sərfiyyatı ilə bağlı borc 5 495.04 manat təşkil edir. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Gəncə RQİİ İstehlakçılara satılan qaza nəzarət şöbəsinin böyük mühəndisi X1 izahatında göstərdi ki, kombidən yayda da istifadə oluna bilər, buna görə də mövsümi istehlak 12 ay olmaqla nəzərə alınır fiziki şəxslərə 24 saat hesabı ilə hesablanır. Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarə olunması üzrə Təlimatda da göstərilmişdir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hesablanmalıdır. Bu müddətdən 6 ay çıxdıqda isə, hazırda mövcud olan 5495.04 manat borca münasibətdə 1555,2 manat fərq edir və borc 3939,84 manat təşkil edir. Qazpaylayıcı şəbəkənin etibarlılığının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədilə ildə 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirilir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş və sayğacdan kənar xətt aşkar olunmuşdur. Aktın tərtib olunmasında istehlakçı İddiaçı iştirak edərək akt imzalamışdır. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı 45792 m3 itirilmiş qaz sərfiyatının dəyəri iddiaçıdan tələb olunmuşdur. **********02530 saylı abonetin saldosundan görünür ki, İddiaçı 2023-cü ilin mart ayının sonuna qalıq borcu akt üzrə 5440,04 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmlə gələn münasibət olsa da mübahisə iddiaçının sayğacdan kənar əlavə xəttdən istifadə etməklə itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlərlə əlaqədar yuxarıda şərh olunmuş hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. «Qaz təchizatı haqqında» Qanunun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 6.5 və 6.7 bəndlərində qeyd edilir ki, qazpaylayıcısı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının (istehlakçının) qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar əlavə xəttə qoşulması aşkar olunmuş və bu barədə müvafiq akt tərtib olunmuşdur. İddiaçı əlavə xəttə qoşulmasını özü də etiraf etmişdir. Lakin itirilmiş qaz sərfiyatına görə hesabat aparılarkən abonent tərəfindən istifadə olunan kombiyə görə yay mövsümü nəzərə alınmamışdır. Belə ki kombidən yalnız qış rejimində yəni 15 noyabrdan 15 aprelədək istifadə olunduğu halda sərfiyyat 12 ay üzrə hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2022-ci il tarixli, 0307741nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 5440,04 manat borcdan 1555,2 manat silinməlidir. MPM-in 119.2-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 35,55 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216- 220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 5440,04 manat puldan 1555,2 manatı silinsin. Cavabdehndən dövlət rüsumu hesabına 35,55 manat alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar