Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2389/2023 08.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 1.740 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ödənilməmiş əsas borcun əvəzi qismində 1.740 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh onun tanışıdır. O, özünə məxsus «İphone 12 Pro Max» markalı mobil telefonu satmaq üçün «Whatsapp» mobil tətbiqinə elan vermişdir. Cavabdeh onunla əlaqə saxlayaraq, həmin mobil telefonu almaq istədiyini bildirmişdir. Onlar 04 noyabr 2022-ci il tarixdə görüşmüş və alqı-satqıya dair razılığa gəlmişlər. Cavabdeh ona ilkin 600 manat məbləğində pul vəsaiti vermiş, qalıq 2.160 manat məbləğini isə 12 ay ərzində hər ay 180 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh öncə telefonu yoxlamış və işlək vəziyyətdə olduğuna əmin olduqdan sonra onu almışdır. Cavabdeh 1-ci ay 180 manat, 2-ci ay isə 90 manat məbləğində ödəniş etsə də, sonraki aylar ona pul verməmişdir. O, dəfələrlə cavabdehə zəng etmiş, lakin sonuncunun telefonuna zəng çatmamışdır. O, məcbur olaraq cavabdehin evinə getmiş və Cavabdeh arvadı ona başqa telefon nömrəsi vermişdir. O, cavabdehlə telefonla əlaqə saxlamış, Cavabdeh isə ondan yanvar ayınadək gözləməsini xahiş etmişdir. Buna baxmayaraq 2023-cü ilin fevral ayınadək cavabdeh heç bir ödəniş etməmişdir. Fevral ayının ortalarında Cavabdeh ona hər gün 40 manat verməyə söz vermişdir və beləliklə, ona cəmi 240 manat məbləğində pul vəsaiti ödəmişdir. Qalıq 1.740 manat borcunu isə cavabdeh maddi imkanı olmadığını bildirərək, ödəməkdən boyun qaçırmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin 30 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, o, 2022-ci ilin noyabr ayında «İphone 12 Pro Max» markalı mobil telefonu iddiaçıdan nisyə satın almışdır. Onlar öz aralarında belə razılığa gəlmişlər ki, o iddiaçıya ilkin 600 manat, qalıq 2.160 manat məbləği isə 12 ay ərzində hər ay 180 manat olmaqla ödəyəcək. O ilkin 600 manat, sonradan isə cəmi 550 manat ödəniş etmişdir. Qalıq 1.610 manat məbləğində borcunu ödəməmişdir, çünki İddiaçı ona satdığı telefonun dəyəri bazar qiymətindən yüksək olmuşdur. Hətta o bu səbəbdən telefonu geri qaytarmaq istəmiş, lakin iddiaçı razılaşmamışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından, eləcə də cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Cavabdeh İddiaçı dəyəri 2.760 manat olan mobil telefonu nisyə alsa da, üzərinə düşən öhdəliklərini tam icra etməmiş və İddiaçı 1.610 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 1.610 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat, cəmi 1.650 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 115.0.6-cı maddəsinin tələbinə görə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqəqdar məsrəflərə daxildir. İddiaçı hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını tələb etmiş, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 50 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qəbzi iş materiallarına əlavə etmişdir. Lakin onunla vəkil arasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar bağlanmış müqaviləni məhkəməyə təqdim edə bilməmiş və məhz hazırki məhkəmə mübahisəsi ilə əlaqədar ödənişin edilməsini sübuta yetirməmişdir. Bununla da, həmin pul məbləğinin hansı iş üzrə hüquqi yardımın göstərilməsi üçün ödənildiyini müəyyən etmək mümkün olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 1.610 (bir min altı yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 (qırx) manat, cəmi 1.650 (bir min altı yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2389/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2389/2023
08.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver