Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2390/2023 19.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "xxxx" MMC adından X1 müqavilə bağlanan zaman ödənilmiş 5*** (beş min) manat və son təhvil tarixindən gecikdirilmiş hər gün üçün müqavilədə göstərilmiş cərimənin 2 faizi həcmində pul məbləğinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, bildirmişdir ki, cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbinin həcmini azaldaraq cavabdehdən onun xeyrinə 5*** manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, cavabdeh "xxxx" MMC adından X2 ilə 12 may 2*22-ci il tarixdə Gəncə şəhər 6 saylı notariat ofisində Tikinti üçün Podrat müqavilə sazişi bağlamışdır. Ümumilikdə 24*** (iyirmi dörd min) manat məbləğində tikinti işləri nəzərdə tutulmuşdur. Bu işlərə laminad, pol, parket, elektrik, su və qaz təhsisat işləri, divar kağızları, boya və aqlay aiddir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən müqavilədə göstərilən məbləğin 3* faizi həcmində, yəni 5*** (beş min) manat ilkin ödəniş edilmişdir. Edilən ödəmələr, xidmət müqaviləsi hər biri notarial qaydada rəsmiləşdirilmişdir. Müqaviləyə əsasən podratçı şirkətin üzərinə götürdüyü öhdəliklərin tam şəkildə təhvil verilməsinin son tarixi *9 noyabr 2*22-ci il tarix müəyyən edilmişdir. Müqavilə bağlanmasından 8 ay, son tarixdən isə 3 ay keçməsinə baxmayaraq, öhdəliklərin heç biri yerinə yetirilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh "xxxx" MMC məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 1* yanvar 2*23-cü il tarixli, 64 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. 12.*5.2*22-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı "xxxx" MMC-yə 5*** (beş min) manat ödəmişdir. “Mediasiya sessiyasında iştirak edilməməsi” barədə 29.12.2*22-ci il tarixli, *6453 nömrəli arayışdan görünür ki, bu arayış "xxxx" MMC-nin İddiaçı tərəfindən təsvir edildiyi kimi “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair mübahisə üzrə 29.12.2*22ci il tarixdə 15:** saatlarında keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. "xxxx" MMC-yə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumat verilmişdir. İddiaçı mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 5* (əlli) manat məbləğində xərci tam ödəmişdir. 11 may 2*22-ci il tarixli xidmət müqaviləsinin surətindən görünür ki, müqavilə "xxxx" MMC-nin direktoru X2 və müştəri İddiaçı arasında bağlanmışdır. Müqavilənin məqsədi "xxxx" və Mebel, təmizlik MMC tərəfindən müştəriyə müqaviləyə Əlavə olunmuş əlavə № 1-də göstərilmiş şərtlərdə və təyin edilmiş məbləğ daxilində keyfiyyətli şəkildə xidmət göstərmək və müştəri müqaviləyə Əlavə № 1-də göstərilmiş şərtlərə uyğun olaraq bu müqavilənin bitmə tarixinədək xidməti təhvil almaq və bu müqavilədə göstərilmiş qaydada vaxtı-vaxtında ödənişləri etməkdir. Bu müqavilə imzalandığı andan qüvvəyə minmiş və işin həcmindən asılı olaraq müqaviləyə Əlavə № 1-də göstərilmiş olan 11 sentyabr 2*22-ci il tarixdə bitir. Müştərinin ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı ilə"xxxx" MMC arasında bağlanmış 11 may 2*22-ci il tarixli müqaviləyə əsasən 24*** (iyirmi dörd min) manat məbləğində tikinti işləri nəzərdə tutulmuş və müştəri İddiaçı tərəfindən 5*** (beş min) manat ilkin ödəniş edilmişdir. 12 may 2*22-ci il tarixli, 3M-351 reyestr nömrəli, Gəncə şəhər 6 saylı notariat ofisində bağlanmış Tikinti üçün X4 surətindən görünür ki, "xxxx" MMC-nin adından X2 ilə İddiaçı arasında əmlakın tikintisi üçün müqavilə bağlamışlar. Müqavilə bağlandıqdan sonra maliyyələşməni 15 gündən gec olmayaraq açır və müqavilə şərtlərinə görə müqavilə predmetinin 3* faizi miqdarında beh pulu, görülən işlərin, göstərilən xidmətlərin və göndərilmiş avadanlıq, konstruksiya və materialların haqqını razılaşdırılmış qiymətə ödəyir. Görülən işlər – yeni tikili, təmir, hovuz, hasar və darvazalar, qapılar, sıvax, alçipan tavanlar və hər cür, tamet və travertin, mebellərin hazırlanması, mətbəx, salon və yataq, hamam mebelləri və duşa kabin, kombi və istilik sistemləri, plastik qapı və pəncərələri, talvar və çardaqlar. Fors-major hadisəsindən sığortalanma “podratçının” vəzifəsidir. Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Müqavilənin təsdiqi və rəsmiləşdirilməsi üzrə xərclər İddiaçı tərəfindən ödənilir. Yekun məbləğ 24*** (iyirmi dörd min) manat, ilkin ödəniş isə 5*** (beş min) manat təşkil edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin məhkəmə iclasında müəyyən olunmuş faktiki halı bundan ibarətdir ki, İddiaçı təmir tikinti işlərinin aparılması üçün "xxxx" MMC-yə müraciət etmişdir. Bu məqsədlə "xxxx" MMC ilə İddiaçı arasında Gəncə şəhər 6 saylı notarial ofisində 12.*5.2*22-ci il tarixli tikinti üçün podrat müqaviləsi bağlanmışdır. Məhkəmə hesab edir ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 12.*5.2*22-ci il tarixdə Gəncə şəhər 6 saylı notarial ofisində tikinti üçün podrat müqaviləsi bağlanmış bununla da tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Sazişə əsasən yekun məbləğ 24*** (iyirmi dörd min) manat, ilkin ödəniş isə 5*** (beş min) manat müəyyən edilmişdir. İddiaçı tikinti işlərinin görülməsi üçün "xxxx" MMC-yə 5*** (beş min) manat pul vermişdir. Cavabdeh "xxxx" MMC müqavilə üzrə vəd etdiyi işi sonacan görməmiş, üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və 5*** (beş min) manatı isə qaytarmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına təminat verilir. Konstitusiyanın göstərilən müddəalarına müvafiq olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. Mülki Məcəllənin 389.1-ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 39*-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39*-cı maddələrinin şərh edilməsinə dair” 2*12-ci il 12 mart tarixli Qərarı). Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Mülki Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Mülki Məcəllənin 759.2-ci maddəsinə görə, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi 26.*7.2**7-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Beləliklə məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 5*** (beş min) manat tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*7-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün ödənilmiş məbləği tələb etmədiyindən həmin məbləğ iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 233, 3** və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 5*** (beş min) manat tutularaq, İddiaçı ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2390/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2390/2023
19.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver