Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2447/2024 14.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «avtomobilin alınıb verilməsi, bu mümkün olmadıqda isə pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi 3.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 51 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh «VAZ-063» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin və ya həmin avtomobilin alqı-satqısı ilə əlaqədar ödənilməmiş əsas borcun əvəzi 3.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 51 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1489/2023 nömrəli qiyabi qətnaməsinə əsasən Cavabdeh «VAZ-063» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı verilməsi, İddiaçı 1.000 manat məbləğində pul vəsaiti Cavabdeh xeyrinə tutulması qət edilmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Cavabdeh Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1489/2023 nömrəli qiyabi qətnaməsinin ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-2447/2024 nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1489/2023 nömrəli qiyabi qətnaməsi qiyabi qətnaməsi ləğv edilmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli «İcraata xitam verilməsi haqqında» qərardan və ona əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Cavabdeh «VAZ-063» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq, İddiaçı verilmişdir. Həmin avtomobil ünvan 1 ünvanında olmuş və Cavabdeh atası tərəfindən təqdim edilmişdir. Buna görə də xx.xx.2024-cü il tarixli «İcraata xitam verilməsi haqqında» qərarla Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1489/2023 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, o, məhkəmədə iddia qaldırmasına əsas olmuş «VAZ-063» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili almışdır və hazırda iddiaya baxılmasına hüquqi marağı yoxdur. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, İddiaçı iddiası əsassızdır və iddia rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Cavabdeh Ukrayna Respublikasında olarkən Cavabdeh avtomobil almaq üçün X2 pulu olmuş və avtomobil almaq üçün X7 onunla birlikdə avtomobil bazarına getmişdir. Lakin A.Q.Bağırovun şəxsiyyət vəsiqəsi evdə qaldığına görə sənədləşmə etibarnamə A.Q.Bağırovun deyil, onun adına verilmişdir. Onlar avtomobili X1 almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Cavabdeh onun dostudur. Cavabdeh Ukrayna Respublikasında olarkən, ondan öz vəsaiti hesabına avtomobil almağı xahiş etmişdir. Məhkəmə tərəfləri və şahidləri dinləyib, iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, İddiaçı Cavabdeh qarşı «avtomobilin alınıb verilməsi, bu mümkün olmadıqda isə pul» tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Cavabdeh Ukrayna Respublikasında olarkən Cavabdeh avtomobil almaq üçün X2 pulu olmuş və avtomobil almaq üçün X7 onunla birlikdə avtomobil bazarına getmişdir. Lakin A.Q.Bağırovun şəxsiyyət vəsiqəsi evdə qaldığına görə sənədləşmə etibarnamə A.Q.Bağırovun deyil, onun adına verilmişdir. Onlar avtomobili X1 almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Cavabdeh onun dostudur. Cavabdeh Ukrayna Respublikasında olarkən, ondan öz vəsaiti hesabına avtomobil almağı xahiş etmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh qarşı «VAZ-063» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin və ya həmin avtomobilin alqı-satqısı ilə əlaqədar ödənilməmiş əsas borcun əvəzi 3.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 51 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin xx.xx.2023-cü il tarixdə Cavabdeh «VAZ-063» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq, İddiaçı verilmişdir. Bununla da mübahisə aradan qalxmışdır və mübahisəyə məhkəmədə baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarını və iddia predmetini təşkil edən avtomobilin iddiaçıda olmasını nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh qarşı «avtomobilin alınıb verilməsi, bu mümkün olmadıqda isə pul» tələbi barədə iddiasına məhkəmədə baxılmalı deyildir. Həmçinin məhkəmə Cavabdeh izah etməyi zəruri hesab edir ki, Cavabdeh ona əsassız varlanmadan, deliktdən və s. əsaslarla İddiaçı tərəfindən maddi zərər vurulduğunu hesab etdiyi halda İddiaçı qeydiyyatda olduğu yerin məhkəməsinə həmin şəxsə qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «avtomobilin alınıb verilməsi, bu mümkün olmadıqda isə pul» tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2447/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2447/2024
14.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver