Məhkəmə qərarları › İş №2(125)-250/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-250/2025

27.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-250/2025 27.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi, İddiaçı Məmmədova (Paşazadə) Nazilə Hökümət qızının, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən zəbt edilmiş ümumi istifadədə olan bağ sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Məmmədova (Paşazadə) Nazilə Hökümət qızı Cavabdeh qarşı cavabdeh tərəfindən zəbt edilmiş ümumi istifadədə olan bağ sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 dekabr 2015-ci ildə Gəncə şəhəri, Zərrabi küçəsi, 1-ci döngə, ev 14, 2 nömrəli mənzili X3 onun yerinə notariat kontorunda vəkalətlə iştirak edən nümayəndəsi Telman Musayevdən AN-1N ******* Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən almışdır. Evin ümumi sahəsi 44 kv.m, yaşayış sahəsi 25.1 kv.m açıq balkonu mövcud deyil. Evin qarşısında 3 qonşunun istifadəsində olan ümumi balkon bir qonşu tərəfindən özününküləşdirilmişdir. Hal-hazırda onun isti aylarda oturub istirahət etmək üçün heç bir şəraiti yoxdur. Halbuki evin həyətində ümumi istifadə üçün böyük bir bağ sahəsi vardır. Lakin o, orada yaşadığı zaman o bağ sahəsinin birinci mərtəbədə yaşayan X4 tərəfindən qeyri-qanuni hasara alınaraq bağlı saxlamasının şahidi olmuşdur. Hal-hazırda o şəxs dünyasını dəyişdiyindən həyat yoldaşı Cavabdeh bağa girişi qadağan edərək qanunsuz qoyduqları qapını bağlı saxlayır. Bununla bağlı may ayında aralarında baş verən münaqişə səbəbindən o, Nizami rayon Polis idarəsinə müraciət etmiş və aldığı cavab məktubunda sözü gedən məsələylə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmədə iştirak edən iddiaçı Məmmədova (Paşazadə) Nazilə Hökümət qızı iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi X5 iştirak etmişlər və iddia ərizəsinə etiraz etmişlər. İzahatında nümayəndə bildirmişdir ki, o, 35 ildir ki, həmin ünvanda yaşamış və uzun illərdir ki, həmin hasar orada olmuşdur. Hasar onun anası tərəfindən çəkilməmiş, babaları tərəfindən çəkilmişdir. İddiaçı isə həmin binada olan mülkdə yaşamır, neçə illərdir ki, iddiaçının orada yaşadığını görməmişlər. O, mülkiyyətində olan evi kirayəyə vermişdir. Hasardan başqa orada hər hansısa darvaza yoxdur və bağlı deyildir. İstədiyi vaxt iddiaçı bağ sahəsinə keçib istifadə edə bilər. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərərflərin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 39.6 kv.m olan mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2016-cı il tarixdə **********94-05101-093006 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1966-cı ildə Gəncə şəhərində doğulmuş İddiaçı soyadını Məmmədovadan Paşazadəyə dəyişdirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunur ki, mübahisəli əraziyə keçirilən baxış zamanı naturada təqdim olunan, Cavabdeh tərəfindən faktiki olaraq istifadə edilən torpaq sahəsinin ölçüsü 492.0 kv.m təşkil edir. Həmin torpaq sahəsinin 270.0 kv.m hissəsi, elektron baza məlumatlarına əsasən, Gəncə şəhəri, Zərrabi küçəsi, 1-ci döngə, 14 saylı evə (binaya) məxsus dövlət mülkiyyətində olan 828.0 kv.m torpaq sahəsinin 270.0 kv.m hissəsi ilə üst-üstə düşür. Cavabdeh tərəfindən faktiki istifadə olunan 492.0 kv.m torpaq sahəsinin 222.0 kv.m hissəsi isə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 2010130O8612-10301 reyestr nömrəli Çıxanşa əsasən X6 və X1 paylı mülkiyyətlərində olan torpaq sahəsilə üst-üstə düşür. İş materiallarından müəyyən olunur ki, həmin rəyin verilməsi üçün iddiaçı tərərfindən 96 manat xərc çəkilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə qeyd edir ki, hər hansı bir iddia tələbi üzrə hüquqi qiymətləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülən iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyi ilə işin faktiki halları kimi müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən faktiki olaraq istifadə edilən torpaq sahəsinin bir hissəsi (270.0 kv.m hissəsi) Gəncə şəhəri, Zərrabi küçəsi, 1-ci döngə, 14 saylı evə (binaya) məxsus dövlət mülkiyyətində olan 828.0 kv.m torpaq sahəsinin 270.0 kv.m hissəsi ilə üst-üstə düşür. və bu baxımdan iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olan mənzilin də yerləşdiyi çoxmənzilli yaşayış binasına aid olan və dövlət mülkiyyətində olmaqla, ümumi istifadədə olan torpaq sahəsidir. Cavabdehin həmin torpaq sahəsi barəsində mülkiyyət hüququ yoxdur. Buna baxmayaraq, cavabdeh həmin torpaq sahəsinin bir hissəsini özbaşına zəbt etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin etirazında göstərdikləri əsassızdır, Məhkəmə hesab edir ki, cavabdeh ümumi istifadədə olan torpaq sahəsində quraşdırdığı hasar ümumi istifadədə olan həmin torpaq sahəsindən iddiaçının sərbast istifadəsinə maneə yaradir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Ona görə də iddiaçının qanunla qorunun istifadə hüquqları müdafiə edilməlidir. İrəli sürülən hazırki iddianın təmin edilməsi üçün qanuni əsaslar yuxarıda sadalanmış maddi hüquq normalarında nəzərdə tutulmuşdir. Ona görə də məhkəmə bu qənaətdədir ki, irəli sürülən iddia təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün ƏMDK, DƏDKR PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinin hesabına 96 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilənlərə əsasən, məhkəmə qərara gəlir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və ƏMDK,DƏDKR PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinin hesabına ödənilmiş 95 manat xərcin əvəzi cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357,358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri, Zərrabi küçəsi, 1-ci döngə, 14 saylı binaya aid dövlət mülkiyyətində olan ümumi istifadədə olan torpaq sahəsində Cavabdeh tərəfindən hasara alınmış torpaq (bağ) sahəsinin ətrafındakı hasar və s. qurğular Cavabdeh vəsaiti hesabına sökülsün. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi olan 100 ( bir yüz) manat məbləğində pul və ƏMDK, DƏDKR PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinin hesabına ödənilmiş xərcin əvəzi kimi 96 (doxsan altı) manat məbləğində pul Cavabdeh alınıb iddiaçı Məmmədova (Paşazadə) Nazilə Hökümət qızına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar