Məhkəmə qərarları › İş №2(125)-252/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-252/2025

06.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-252/2025 06.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs X13) “əmlaka payın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, Tahirova (İsmayılova) Cəmilə İbrahim qızı və X5 xx.xx.1982-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. X18 Kəpəz rayonu İcraiyyə Komitəsi tərəfindən xx.xx.1989-cu il tarixli protokolundan çıxarışa əsasən verilmiş 1055 saylı orderlə Kirovabad (ünvan 1 ünvanında yerləşən mənzil (bundan sonra mübahisəli mənzil) X4 arvadı Cəmilə İ. Tahirovayla daimi istifadəsinə verilmişdir. X5 ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2001-ci ildə pozulmuşdur. Gəncə Şəhər İcra hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 248 nömrəli Sərəncamına əsasən, X2 şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)-5746/2016 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş İsmayılova (Tahirova) Cəmilə İbrahim qızına qəyyum təyin olunmuşdur. X5 və X15 xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan xx.xx.2004-cü ildə X13 doğulmuşdur. X5 xx.xx.2006-cı ildə vəfat etmişdir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövrü əldə edilmiş ünvan 2 ünvanında yerləşən mənzilin ½ payının iddiaçıya məxsus olmasının müəyyən olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri İcra Hakimiyyətinin başçısının xx.xx.2024-cü il tarixli 248 saylı sərənam ilə, o, X9 xalası İddiaçı qəyyumu təyin edilmişdir. Gəncə şəhəri Kəpəz Rayonu Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(043)-913/2015 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh Tahirova (İsmayılova) Cəmilə İbrahim qızına qarşı mənzilə istifadə hüququnun itirmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi xx.xx.2017-ci il tarixli 2(104)-2961/2017 saylı qətnamə ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(043)-319/2015 saylı qətnaməsini ləğv etmiş, apellyasiya şikayətini təmin edərək, iddianı rədd etmişdir. İddiaçı kassasiya şikayəti vermiş Ali Məhkəmənin Mülki Kollegiyası xx.xx.2017-ci il tarixli, 2(102)- 9040/2017 saylı qərarı ilə kassasiya şikayətini təmin etməmiş. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, qətnaməsini dəyişdirmədən saxlamışdır. İddiaçı: İsmayılova (Tahirova) Cəmilə İbrahim qızının Cavabdeh qarşı çıxarışların etibarsız hesab edilməsi tələbinə dair Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-77/2018 saylı qətnaməsi ilə iddianı təmin etmişdir. İş üzrə 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 03 saylı ərazi idarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsi xx.xx.2018-ci il tarixli, 2(104)-2394/2018 saylı qətnaməsi ilə apellyasiya şikayətini rədd etmiş. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamışdır. Cavabdeh kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Mülki Kollegyası xx.xx.2018-ci il tarixli, 2(102)-2024/18 saylı qərarı ilə kassasiya şikayətini təmin etməmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamışdır. X1 adına verilmiş RS seriyalı ******* saylı, xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, Cavabdeh və X10 qanun üzrə vərəsəlik hüququnun şəhadətnaməsi əsasında verilmiş RX seriyalı ******* saylı, xx.xx.2015-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış yuxarıda qeyd olunmuş məhkəmə qətnaməsi və qərarı ilə ləğv edilmişdir. Mübahisə predmeti olan ünvan 3, mənzil 23 ünvamndakı mənzil iddiaçının mərhum keçmiş əri ilə nikah dövrü xx.xx.1989cu il tarixdə 1055 saylı orderlə hər ikisinin daimi istifadəsinə verilmişdir, mənzilə dair hüquq əvvəlki vəziyyətə gətirmişdir. Əvvəllər iddiaçının qəyyumu Gəncə şəhəri, Nizami RİHB-nin 78 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı ilə onun bacısı X6 təyin edilmişdir. X6 vəfat etdikdən sonra, o, Gəncə şəhəri RİHB- nin 2024-cü il tarixli sərəncamı ilə onun qəyyumu təyin eidilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi ərizənin məzmununa uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh hazırkı iş üzrə iddiaya etiraz edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Sona qonşusudur. O, Dədə Qorqud küçəsi, bina 8, mənzil 24 ünvanında yaşayır, Sona isə 23 nömrəli mənzildə yaşayır. 2000-ci ildən qonşudurlar. O, həmin mənzildə yaşayırdı, Sona isə həmin ünvana gəlin köçdü. Sonanın əri Vidadi İsmayılov uşaqlarının bir yaşı olanda vəfat edib. Həmin uşağın indi 19-20 yaşı var. Sona Vidadinin vəfatından əvvəl həmin mənzildə yaşayırdı, Vidadinin vəfatından sonra da hazırkı günədək uşağıyla orada yaşayır. Sonadan əvvəl Vidadi Cəmilə ilə evli idi, həmin ünvanda yaşayıblar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr hesab olunurlar (maddə 1159.1.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli Qərarının 4.8-ci bəndinə əsasən, birgə nikah dövründə xidməti və sair fəaliyyətinə görə qulluq illəri və/və ya ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da (məsələn, müəyyən müddət ərzində qüsursuz xidmətlərinə görə hərbçilərə dövlət tərəfindən verilən yaşayış sahələri) ümumi birgə mülkiyyət hesab edilə bilər. Belə ki, həmin əmlak ərə (arvada) pul vəsaiti qarşılığında verilməsə də, birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilir. Odur ki, müəyyən nailiyyətlərinə, o cümlədən uzun illər qüsursuz fəaliyyətinə görə işçilərə (dövlət qulluqçularına, hərbi qulluqçulara və sair) verilən əmlak (əşya, hüquq, vəsait) bağışlama kimi qəbul oluna bilməz. Çünki Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirdiyi əqd hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməlidir. Lakin sözügedən halda əmlak ərə (arvada) əsasən onların uzun müddətli səmərəli xidməti qarşılığında verilir. Başqa sözlə, bu vəziyyətdə söhbət bağışlamadan deyil, əmək (qulluq) fəaliyyəti qarşılığında verilən əmlakla bağlı olduğundan Ailə Məcəlləsinin 32-ci maddəsinin təsir dairəsinə düşür. Bununla yanaşı, hər bir işin hallarından, o cümlədən ərə (arvada) müvafiq güzəşti əldə etmək üçün tələb olunan dövrün hansı hissəsinin birgə nikaha düşdüyü, əmlakın verilməsinin məqsədləri və təyinatı, əmlak verilərkən ailə vəziyyətinin (ailə üzvlərinin sayının) nəzərə alınıbalınmamasından asılı olaraq, belə əmlak ər-arvadın ümumi mülkiyyəti hesab edilsə də, tərəflərin həmin əmlak üzərində payları bərabər müəyyən olunmaya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli, Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. İddiaçı birgə nikah müddətində əldə olunmasına əsaslanaraq mübahisəli mənzilin ərarvadın ümumi birgə mülkiyyəti sayılmasını və ümumi əmlakdakı payların bərabər müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edilənlərə əsasən, hesab edir ki, həmin tələb əsaslıdır. Belə ki, nikah dövründə əldə edilmiş əmlakın əksi sübuta yetirilincəyə qədər ər-arvadın birgə mülkiyyətində olması prezumpsiyası mövcuddur. Bu halda nikah dövründə əldə edilmiş əmlakın birgə mülkiyyət olmamasını sübuta yetirmək vəzifəsi bunu mübahisələndirən tərəfin üzərinə düşür. Beləliklə, X4 və İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilə hər birinin ½ payı müəyyən olunmalıdır. Məhkəmə prosessual qənaət prinsipinə əsasən həmçinin qeyd edir ki, X4 xx.xx.2006-cı ildə ölümündən sonra isə onun birinci növbə vərəsələr kimi 2 nəfər şəxsin olması müəyyən edilir: arvadı X15 və övladları X13. Mülki işin tədqiq edilmiş hallarından müəyyən edilir ki, X4 ölümündən sonra onun vərəsələri X15 və X13 mübahisəli evdə yaşamış, həmin evə olan ½ miras paya faktik sahiblik etmək yolu ilə qəbul etmişdir. Bundan başqa, birinci növbə digər vərəsələrin olması və (ya) onalrın mirası qəbul etməsi müəyyən olunmur. Beləliklə, X12 və X7 əmlak üzərində ½ miras paya vərəsəlik hüququ müəyyən edilməlidir. Beləliklə, mübahisəli mənzil üzərində iddiaçının ½ payının, mərhum Vidadi İsmayılovdan miras qalmış ½ pay üzərində Cavabdeh və X7 paylarının yaranması nəzərə alınaraq, mərhum X3 miras qalmış, Gəncə şəhəri Dədə Qorqud küçəsi, bina 8 ünvanında yerləşən 23 nömrəli mənzildə İddiaçı 2/4, Cavabdeh 1/4, X7 1/4 hissədə payı müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, bu hal iddia tələbindən kənara çıxma hesab edilə bilməz. Belə ki, iddia təmin edilərkən iddiaçının tələb etdiyin daha artıq payı müəyyən edilmir. Bununla yanaşı, miras əmlakın digər ½ payına hüququn yaranması məhkəmə araşdırması nəticəsində müəyyən olunur, habelə, həmin payın açıq saxlanılmasının qarşısı alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 23 fevral 2006-cı ildə vəfat etmiş X3 miras qalmış ünvan 3 ünvanında yerləşən 23 nömrəli mənzilə İddiaçı 2/4, Cavabdeh 1/4, X7 1/4 hissədə payı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar