Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2531/2025 12.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 28 nömrəli evin 35 nömrəli mənzilindən cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, Gəncə şəhəri, D.Qorqud küçəsi, 28 nömrəli evin 35 nömrəli mənzilin şəxsi hesab vərəqi mərhum həyat yoldaşı Nümayəndə Kazım oğlunun ölümü ilə əlaqədar onun adına dəyişdirilmişdir. Belə ki, bununla bağlı 25 mart 2004-cü il tarixli arxiv arayışı var. Həmin arxiv arayışında qızı Kazımova (Sultanova) Zeynəb Əli qızı və oğlu Nümayəndə ailə tərkibi olaraq qeyd edilmişdir. Qızı Kazımova (Sultanova) Zeynəb Əli qızı və övladları ailə qurduğu gündən öz evində yaşayır və onun mənzilində formal qeydiyyatdadırlar. Belə ki, qızı Kazımova (Sultanova) Zeynəb Əli qızının oğlu Cavabdeh onun evində yaşamamışdır, qeydiyyatı formaldır. O, hazırda evi oğlu Nümayəndə adına özəlləşdirmək istəyir, lakin ailə tərkibi olaraq cavabdeh onun mənzilində qeydiyyatda olduğuna görə müəyyən idarələr özəlləşməni edə bilmir. Cavabdehin anası Kazımova (Sultanova) Zeynəb Əli qızı notariat xidmətində vermiş olduğu razılıq ərizəsində də qeyd etmişdir ki, mənzilin qardaşının adına özəlləşdirilməsinə etirazı yoxdur, razıdır. Bu səbəbdən bunu nəzərə alaraq cavabdehin mənzildən istifadə hüququnun itirilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, cavabdeh mənzildən istifadə hüququnu itirmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, cavabdeh nəvəsi, yəni qızı Zeynəbin oğludur. Cavabdeh heç vaxt mübahisəli mənzildə yaşamamışdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı anası, cavabdeh isə bacısı Zeynəbin oğludur. Bacısı Zeynəb 1998-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, başqa ünvana köçmüşdür. Cavabdeh heç vaxt mübahisəli mənzildə yaşamamışdır, lakin həmin mənzildə pasport qeydiyyatındadır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin qeydiyyat yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş, 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/09İS/055823-24 nömrəli, xx.xx.2024-cü il tarixli arayışa əsasən “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Nümayəndə Kazım oğluna aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibinə dair məlumatlara əsasən arvadı – İddiaçı, oğlu – Nümayəndə müəyyən edilmişdir. Qeyd hissəsində arayışda yalnız ərizəçinin tələb etdiyi şəxslər barədə məlumatlar göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə Filialının 3-48-DA-4F/2-G-1141//8/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli arxiv arayışına (“Azərbaycan Respublikası Gəncə şəhər İcra hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 88 nömrəli sərəncamı”), Azərbaycan Respublikası Gəncə şəhər İcra hakimiyyəti başçısının “ünvan 3 saylı mənzilin şəxsi hesab vərəqinin İddiaçı adına dəyişdirilməsi haqqında” 25 mart 2004-cü il tarixli, 88 nömrəli sərəncamına və ona əlavə olunmuş sənədlərə əsasən Gəncə şəhəri, D.Qorqud küçəsi 2otaqlı 29,27 kv.m yaşayış sahəli 35 saylı mənzilin şəxsi hesab vərəqi Nümayəndə Kazım oğlunun ölümü ilə əlaqədar onun adından arvadı İddiaçı adına dəyişdirilmiş, ailə tərkibi özü 1940-cı il təvəllüdlü İddiaçı, 1975-ci il təvəllüdlü oğlu Nümayəndə və 1978-ci il təvəllüdlü qızı X1 ibarət olmuş, Gəncə şəhər MKTİB-nin rəhbərliyinə mənzilin şəxsi hesab vərəqində müvafiq dəyişiklik etməsi tapşırılmışdır. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 387557 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Nümayəndə Kazım oğlu xx.xx.1995-ci ildə Gəncə şəhərində “başın küt travması” səbəbindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixdə 522 nömrəli akt qeydi aparılmışdır. İş materiallarında olan X3 tərəfindən verilmiş Bakı şəhəri 30 saylı notariat ofisində xx.xx.2024-cü il tarixdə reyestrdə 8İ-8415 nömrəsi ilə təsdiqlənmiş **********415 nömrəli ərizədən görünür ki, o, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 28 ünvanında yerləşən 35 saylı 2 (iki) otaqlı mənzilin qardaşı Nümayəndə adına özəlləşdirilməsinə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş, Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 10 nömrəli xidmət sahəsi tərəfindən verilmiş 386 nömrəli, 04 yanvar 2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı həqiqətən ünvan 1 ünvanda yaşayır və ailə üzvləri aşağıdakılardır: qızı 1978-ci il təvəllüdlü X3 2005-ci il tarixdən yaşamır, nəvəsi 1999-cu il təvəllüdlü X5 2005-ci il tarixdən yaşamır, nəvəsi 2005-ci il təvəllüdlü X6 2005-ci il tarixdən yaşamır. İş materiallarına əlavə edilmiş, ******* nömrəli, xx.xx.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X2 17 dekabr 2005-ci ildən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X7, Cavabdeh, X9, Nümayəndə, İddiaçı, X3 və X8r. İş materiallarına əlavə edilmiş, ******* nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X2 17 dekabr 2005-ci ildən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər Cavabdeh, X9, Nümayəndə, İddiaçı, X3, X4 və X8r. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5-1-1/2-226/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda bildirilmişdir ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 28 №-li binanın 35 №-li mənzilində Cavabdeh 2010-cu ildən bu günə qədər həmin ünvanda yaşamır. Qonşular tərəfindən tərtib edilmiş akt bu məktuba əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 34 nömrəli, 12 iyun 2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda bildirilmişdir ki, Cavabdeh hazırda ünvan 1 ünvanında yaşamır. İşin faktiki hallarına görə, ünvan 3 saylı mənzilinin order əsasında Nümayəndə Kazım oğluna verildiyi, oderdə onunla birlikdə ailə üzvləri kimi arvadı İddiaçı da adının göstərildiyi işin mübahisəsiz halıdır. Belə ki, Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti başçısının “ünvan 3 saylı mənzilin şəxsi hesab vərəqinin İddiaçı adına dəyişdirilməsi haqqında” 25 mart 2004-cü il tarixli, 88 nömrəli sərəncamına və ona əlavə olunmuş sənədlərə əsasən Gəncə şəhəri, D.Qorqud küçəsi 2-otaqlı 29,27 kv.m yaşayış sahəli 35 saylı mənzilin şəxsi hesab vərəqi Nümayəndə Kazım oğlunun ölümü ilə əlaqədar onun adından arvadı İddiaçı adına dəyişdirilmiş, ailə tərkibi özü 1940-cı il təvəllüdlü İddiaçı, 1975-ci il təvəllüdlü oğlu Nümayəndə və 1978-ci il təvəllüdlü qızı X1 ibarət olmuşdur. Hazırda iddiaçı qanuni sahibliyində olan sözügedən mənzildən cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli mənzilə dair iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatından keçməməsi onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu istisan etmir. Belə ki, iş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 88 nömrəli sərəncamından çıxarışın surətindən görünür ki, mənzilin əvvəlki sahibi Nümayəndə Kazım oğlunun oğlunun ölməsi nəticəsində mənzilin şəxsi hesab vərəqində dəyişiklik edilməklə iddiaçı mənzilin kirayəçisi hesab edilmşdir. Bu baxımdan iddiaçının mənzilə mülkiyyət hüququna dair qanuni gözləntisi vardır. Mülki Məcəllənin 158-ci maddəsi müəyyən edir ki, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır və əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (maddə 158.1.2 və 158.2). Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.2005-ci il tarixdə doğulmuşdur. Bu halda məhkəmə hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1, 228.2, 228.5-ci müddəaları tətbiq ediləcəkdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddənin birinci cümləsi isə müəyyən edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmçinin, Mülki Məcəllənin 228.5-ci maddəsində qeyd edilir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi, qeyd edilən müddəalar istifadə hüququnun yaranması ilə əlaqədar şəxslərin dairəsini konkret müəyyənləşdirmişdir. Mülki Məcəllənin 228.5-ci maddəsi mülkiyyətçinin ailə üzvlərinin dairəsini mülkiyyətçinin əri, arvadı, valideynləri və uşaqları olaraq müəyyən etmişdir. Yuxarıda qeyd edilən işin hallarından da görünür ki, hazırda mübahisəli mənzildə qeydiyyatda olan xx.xx.2005-ci il təvəllüdlü cavabdeh iddiaçının nəvəsi olsa da, heç vaxt mübahisəli mənzildə yaşamamışdır. Belə ki, iddiaçının qızı, cavabdehin isə anası olan Sultanova (Kazımova) Zeynəb Əli qızı cavabdeh doğulmamışdan, yəni 2005-ci ildən əvvəl ailə quraraq həmin mənzildən çıxmış və əri ilə başqa yaşayış sahəsində yaşamaqdadır. Başqa sözlə, iddiaçının ailə üzvü olan qızı Zeynəb Sultanova (Kazımova) vaxtilə öz yetkinlik yaşına çatmayan uşağını - cavabdehi sözügedən mənzilə köçürməmişdir. Bununla da cavabdehin iddiaçının Mülki Məcəllənin 228.5-ci maddəsinin müəyyən etdiyi mənada ailə üzvü olması iş materialları ilə müəyyən olunmur. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, cavabdeh rəsmi qeydiyyatda olsa belə, göstərilən müddəaların mənası baxımından mənzilin hazırkı qanuni sahibinin – iddiaçının ailə üzvü hesab edilmədiyindən onun mənzilə istifadə hüququ yaranmamışdır, 2025-ci ildən sonrakı qeydiyyatı isə yalnız formal xarakter daşıyır. Cavabdehin iddiaçıya münasibətdə digər şəxs olması və mənzildən istifadə hüququnun yaranması üçün həm də Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsində nəzərdə tutulan qaydaya əməl olunmalı idi. Lakin işin hallarından da göründüyü kimi, mənzildən istifadə hüququnun yaranması üçün tərəflər arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmamış və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, bu mənada cavabdehin iddiaçının qanuni sahibliyində olan mənzildən Mülki Məcəllənin 228.1 və 228.2-ci müddəaları baxımından da istifadə hüququ yaranmamışdır. Beləliklə, mövcud olmayan istifadə hüququnun məhkəmə tərəfindən itirilməsi barədə tələb təmin oluna bilməz. Bununla belə, məhkəmə hesab edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin sözügedən mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunmadığından, MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərci iddiaçıya aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 28 nömrəli evin 35 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2531/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2531/2025
12.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver