Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2537/2022 18.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Cavabdeh2nə, Unibank ASC-yə, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı Hərracın yekunlarına dair 33/*3 nömrəli, 2* iyun 2*18-ci il tarixli protokolun, eyni tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, hüququn qeydiyyatı barədə çıxarışın ləğv edilməsi və ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Cavabdeh2nə, Unibank ASC-yə, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı Hərracın yekunlarına dair 33/*3 nömrəli, 2* iyun 2*18-ci il tarixli protokolun, eyni tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, hüququn qeydiyyatı barədə çıxarışın ləğv edilməsi və ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi ilə Unibank ASC-nin arasında bağlanmış 33/*3 nömrəli hərracın yekunlarına dair protokolun və eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə digər, Cavabdeh2nə münasibətdə cavabdehin apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsinə və ona məxsus Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi 11* nömrəli ünvanında yerləşən fərdi yaşayış evinə dair aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Cavabdeh2nə, Unibank ASC-yə, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi ilə Unibank ASCnin arasında bağlanmış 33/*3 nömrəli hərracın yekunlarına dair protokolun və eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə digər, Cavabdeh2nə münasibətdə cavabdehin apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsinə və ona məxsus Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi 11* nömrəli ünvanında yerləşən fərdi yaşayış evinə dair aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməsinə dair qətnamə çıxarılmasını tələb etsə də, iddia ərizəsində tələbi aydın və dəqiq göstərməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsində iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizamasalınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, iddia ərizəsində tələb qeyri müəyyən olmaqla, yəni Cavabdeh2nə münasibətdə cavabdehin apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsinə hissəsində hansı hərəkətlərin qanunsuz hesab edilməsinin tələb edilməsi qeyri-müyyən olmaqla Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən verildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Cavabdeh2nə, Unibank ASC-yə, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı Hərracın yekunlarına dair 33/*3 nömrəli, 2* iyun 2*18-ci il tarixli protokolun, eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, hüququn qeydiyyatı barədə çıxarışın ləğv edilməsi və ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-2537/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2537/2022
18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver