Məhkəmə qərarları › İş №2(125)-3359/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3359/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3359/2023 04.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi Bayramova Zöhrə Oktay qızının katibliyi ilə İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Cavabdeh1nə, Unibank ASC-yə, 3-cü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı hərracın yekunlarına dair 33/03 nömrəli, 20 iyun 2018-ci il tarixli protokolun, eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, digər Cavabdeh1nə münasibətdə cavabdehin apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsinə və ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Cavabdeh1nə, Unibank ASC-yə, 3-cü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı hərracın yekunlarına dair 33/03 nömrəli, 20 iyun 2018-ci il tarixli protokolun, eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, digər Cavabdeh1nə münasibətdə cavabdehin apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsinə və ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddiaçı digər Cavabdeh1nə münasibətdə cavabdehin apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsi hissəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 əmlakın sifarişi zamanı icra haqqında qanunun təlblərinə əsasən onun yaşayış yerin və icra hərəkətlərinin dayandırılması barədə vəsatət verilsə də, həmin vəsatəti həll etmədən müvafiq qərar qəbul etmədən mülkiyyətində olan evinin hərraca göndərilməsini təmin etmişdir. Hansı ki, icra məmurunun hərəkətlərindən mübahisə edildiyi halda icra hərəkətləri məcburi dayandırılmalıdır. Cavabdeh1 qanunun tələblərini pozmuşdur. Göründüyü kimi iddiaçının digər Cavabdeh1nə münasibətdə cavabdehin apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsi hissəsində tələbi icraçının qanunsuz hərəkətlərindən şikayət bağlıdır ki, qanuvericilik həmin hərəkətlərdən şikayətin iddia icraatı qaydasında baxılmasını nəzərdə tutmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Cavabdeh1nə, Unibank ASC-yə, 3-cü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı hərracın yekunlarına dair 33/03 nömrəli, 20 iyun 2018-ci il tarixli protokolun, eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, digər Cavabdeh1nə münasibətdə cavabdehin apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsinə və ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməsinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar