Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2562/2022 18.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı cavabdehlərlə onun ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mülkün açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətçilər arasında paylara müvafiq bölünməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı cavabdehlərlə onun ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mülkün açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətçilər arasında paylara müvafiq bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə onun ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mülkün açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətçilər arasında paylara müvafiq bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı cavabdehlərlə onun ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mülkün açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətçilər arasında paylara müvafiq bölünməsini tələb etsə də, iddia ərizəsində tələbi aydın və dəqiq göstərməmişdir. Halbuki, Mülki Məcəllənin 220.3-cü paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd etmək lazımdır ki, əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Yalnız bu halda paylı mülkiyyətin hərracdan satılmasını tələb edə bilər. İş materiallarına isə mübahisəli evdəki payın naturada ayrılmasının mümkün olmamasına və öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməməsinə dair sübutlar əlavə edilməmişdir. Qanunun tələbinə əsasən iddiaçı tərəfindən irəli sürülmüş əmlakın açıq hərracdan satılaraq əldə olunan pulların tərəflər arasında bölünməsi tələbindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. Göründüyü kimi paylı mülkiyyətin mülkiyyətçisi payın naturada ayrılmasına və öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməməsinə dair sübutlar təqdim etmədən əmlakın açıq hərracdan satılmasını və əldə olunan pulların tərəflər arasında bölünməsini tələb etmişdir. Odur ki, payın naturada ayrılmasına və öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməməsinə dair sübutlar təqdim edilmədiyindən Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən verildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı cavabdehlərlə onun ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mülkün açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətçilər arasında paylara müvafiq bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-2562/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2562/2022
18.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver