Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2567/2022 20.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh 3 saylı tikinti müəssisəsinə qarşı “istehsalatda baş vermiş qəza nəticəsində sağlamlığın pozulması” tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq müəyyən etdi : İddiaçı Cavabdeh 3 saylı tikinti müəssisəsinə qarşı “istehsalatda baş vermiş qəza nəticəsində sağlamlığın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehsalat qəzasında aldığı xəsarətə görə 2022-ci ilin iyul ayından dayandırılmış ödənişin bərpa edilməsi və əmək xəsarətinə görə ödənilməli olan aylıq ödənişlərin Cavabdeh 3 saylı tikinti müəssisəsi tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər MPM-in 152.1.9-cu maddəsinə əsasən iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara аldı : İddiaçı Cavabdeh 3 saylı tikinti müəssisəsinə qarşı “istehsalatda baş vermiş qəza nəticəsində sağlamlığın pozulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2567/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2567/2022
20.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver