Məhkəmə qərarları › İş №2(125)-2624/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2624/2022

24.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2624/2022 24.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1nə, üçüncü şəxs X2, üçüncü şəxs X1, üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhkəmə- Hüquq Şurasına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə, üçüncü şəxs X2, üçüncü şəxs X1, üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhkəmə- Hüquq Şurasına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsinin mətnindən və mahiyyətindən müəyyən olunur ki, bu iddia hakimin hakimlik fəaliyyəti ilə bağlı olan maddi ziyanın ödənilməsi barəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinə görə hakimlər toxunulmazdırlar. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin birinci hissəsinə uyğun olaraq hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Həmin Qanunun 101-ci maddəsinə əsasən hakimlər Məhkəmə-Hüquq Şurasının razılığı olmadan cinayət məsuliyyətinə cəlb oluna bilməzlər. Hakimlər baxdıqları işlərlə bağlı vurulan maddi ziyana görə öz xüsusi əmlakları ilə məsuliyyət daşımırlar. Bu ziyan qanunla müəyyən olunmuş hallarda və qaydada dövlət tərəfindən ödənilir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1nə, üçüncü şəxs X2, üçüncü şəxs X1, üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhkəmə- Hüquq Şurasına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə qarşı “maddi və mənəvi ziyan” barədə iddia ərizəsi iddianın yolverilməzliyinə, yəni ərizəyə mülki icraat qaydasında məhkəmədə baxılmalı olmadığına görə icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar