Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2676/2023 15.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul tələbi»inə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «KİA Optima» markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş ziyanın əvəzi qismində 4.625 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı həmin hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsində iddia qaldırmaq hüququ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə izah olunmalıdır. Belə ki, tərəflərin qeydiyyatda olduqları ünvanın «Elektron Məhkəmə» İnformasiya Sistemi vasitəsi ilə yoxlanılması zamanı cavabdeh hüquqi şəxsin ünvanının Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 75 C olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2023, əməliyyat İD: 160889219, qəbz nömrəsi:10632, terminal nömrəsi: K0127012, GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul tələbi»inə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı həmin hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilər. Ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2023, əməliyyat İD: 160889219, qəbz nömrəsi:10632, terminal nömrəsi: K0127012, GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2676/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2676/2023
15.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver