Məhkəmə qərarları › İş №2(125)-2678/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2678/2023

30.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2678/2023 30.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavadehin nümayəndəsi X3, X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı tikintinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Rüzigar Qasımov küçəsi, 2-ci dalan ev 4-də və Gəncə şəhəri Nizami rayonu Rüzigar Qasımov küçəsi 2-ci dalan ev-də yerləşən torpaq sahəsini zəbt etmiş cavabdeh tərəfindən tikintinin və hasarın sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 vəsatətlə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Rüzigar Qasımov küçəsi, 2-ci dalan, ev 4-də və Gəncə şəhəri Nizami rayonu Rüzigar Qasımov küçəsi 2-ci dalan ev-də yerləşən torpaq sahəsini Gəncə şəhər 3 Saylı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən yenidən ölçülərək rəy verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Gəncə şəhər, Nizami rayonu, Rüzigar Qasımov küçəsi, 2-ci dalan, ev 5-in sahibidir və ev 0,0302 ha torpaq sahəsindən ibarətdir. Qaynı İddiaçı2 Gəncə şəhəri, Nizami rayonu, Rüzigar Qasımov küçəsi, 2-ci dalan, ev 4-ün sahibidir və onun istifadəsində olan torpaq sahəsi 0,0143 ha-dan ibarətdir. Həmin torpaq sahələri mərhum X2 mülkiyyətində, istifadəsində olub və uzun illərdi Gəncə şəhəri Nizami rayonu R.Qasımov küçəsi 2-ci dalan, ev 4-də yaşayıb və evin mülkiyyətçisi olub. Mərhumun oğlu İddiaçı2 uzunillər Rusiya Federasiyasında yaşadığı üçün X7 şəhəri Nizami rayonu R.Qasımov küçəsi 2-ci dalan ev 4-də tək yaşamışdır. Püstəxanımın tək olmasından stifadə edən cavabdehin həyat yoldaşı Novruz Abdullayev və cavabdehin özü Püstəxanım Ağalarovaya məxsus torpaq sahəsində qanunsuz tikinti aparmış və öz hasarlarını qabağa çəkərək torpaq sahəsini zəbt etmişlər. Belə ki, cavabdeh və ailəsi Gəncə şəhəri, Nizami rayonu, Oğuz küçəsi, ev 21-də yaşayırlar və bizə məxsus ev ilə hasar qonşusudur. Bundan əlavə, cavabdehin həyatyoldaşı X10 şəhər Bələdiyyəsində uzun illərdir ki, işləyib və bundan istifadə edərək qeyri-qanuni yolla həyat yoldaşı Cavabdeh adına 2008-ci ildə Gəncə şəhər 3 Saylı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən texniki passport çıxarmışdır. Hesab edir ki, həmin texniki passport tam qanunsuz və əsassızdır. X4 tək yaşamağından istifadə edən cavabdehlər 2008-ci ildə qanunsuz olaraq öz adlanan texniki passport çıxarmışlar. Cavabdehin çıxardığı texniki passport tam qanunsuz olduğundan ona məxsus evin ölçüləri Gəncə şəhər 3 Saylı Daşmmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən yenidən ölçülərək rəy verilməlidir. Məhkəmə iclasında iddiaçı tərəf hər biri ayrı-ayrılıqda iddianı müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin maddənin tələbinə əsaslanaraq məhkəmə qeyd edir ki, iddia ərizəsində göstərilən hər bir tələb üzrə araşdırma aparılması zəruri olduğundan, iddiaçı tərəfin hər bir tələbi, həmin tələblərin əsaslandığı hallar, iddianın predmeti və qiyməti iddia ərizəsində dəqiqliklə göstərilməlidir. Hazırki iddia ərizəsi üzrə isə iddiaçılar İddiaçı1 və İddiaçı2 olduğu halda iddia ərizəsi ilə ərazisində tikintinin qanunsuz aparıldığı daşınmaz əmlakların mülkiyyətçiləri və həmin əmlakların ünvanları dəqiq göstərilməmişdir. Bununla yanaşı, məhkəmə prosessual qənaət baxımından bildirir ki, iddiaçı tərəf qanunsuz hesab etdiyi tikintinin kimin hesabına sökülməsi barədə müvafiq xahişlə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə tərəfindən, məhkəmənin xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə keçirilmiş hazırlıq iclaslarında iddia ərizəsində qeyd edilən həmin nöqsanlar iddiaçı tərəfin diqqətinə çatdırılaraq, həmin nöqsanların aradan qaldırılması təklif olunmuşdur. Lakin, iddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə göstərilən nöqsanları aradan qaldırmamışdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmələrə xatırladılır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4–cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən qanunvericilik normasına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyyələrə əsaslanaraq məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-in 149.2.3-cü maddəsinin tələblərinə uyğun tərtib edilmədiyinə görə, məhkəmənin hazırlıq iclasında iddia ərizəsindəki nöqsanların iddiaçının diqqətinə çatdırılaraq onların aradan qaldırılması üçün vaxt verilməsinə baxmayaraq, həmin nöqsanlar aradan qaldırılmadığından, MPM-in 259.0.12-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı tikintinin sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar