Məhkəmə qərarları › İş №2(125)-2749/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2749/2025

26.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2749/2025 26.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Gəncə şəhəri 2 saylı notariat ofisinin xüsusi notariusu X2 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Gəncə şəhəri 2 saylı notariat ofisinin xüsusi notariusu X2 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 dekabr 2024-cü il tarixdə Gəncə şəhər 2 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 8İ- 4470 reyestr nömrəsi ilə qeydə alınmış icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmənin çağırışlarına üzrlü səbəblər göstərmədən gəlməmişlər, iddiaçılar işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Həmçinin, digər cavabdeh Gəncə şəhəri 2 saylı notariat ofisinin xüsusi notariusu X2 məhkəməyə məktub ünvanlayaraq, iş fəaliyyəti ilə əlaqədar təyin olunmuş digər məhkəmə iclaslarının onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Gəncə şəhəri 2 saylı notariat ofisinin xüsusi notariusu X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Gəncə şəhəri 2 saylı notariat ofisinin xüsusi notariusu X2 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar